Dağıstan Uşaq Respublika Kitabxanası

Nürəddin Usubov adına Dağıstan Uşaq Respublika KitabxanasıDağıstannın paytaxtı Mahaçqala şəhərində yerləşən mərkəzləşmiş uşaq kütləvi mədəni maarif müəssisəsi. Kİtabxana İrçi Kazaka küçəsi, 10 ünvanında yerləşir.

Nürəddin Usubov adına Dağıstan Uşaq Respublika Kitabxanası
Loqonun şəkli
Ümumi məlumatlar
Ölkə Rusiya Rusiya
Dağıstan
Tipi uşaq kitabxanası
Yaradılıb 19.5.1968
Filiallar 58
Oxucu sayı 16 min (2014)
Ünvan 367030, Rusiya, Dağıstan, Mahaçqala, İrçi Kazaka küçəsi, 10
Fondu
Fondun həcmi 99 mindən artıq (2014)[1]
Fondun tərkibi kitablar, jurnallar, qəzetlər, rəsmi nəşrlər, xəritələr və s.
Digər məlumatlar
Direktor Sultanova Kubra Alievna
İşçi sayı 52

Tarixi[redaktə | mənbəni redaktə et]

Mahaçqala Şəhər Uşaq Kitabxanası 1968-ci ildə qurulmuşdur. Lakin onun rəsmi açılşı 1971-ci ildə baş tutmuşdur. Təntənəli açılışa Moskva, Kabardin-Balkar, Tatarıstan, Tacikistan, MoldovaBolqarıstandan məşhur uşaq yazıçıları dəvət olunmuşdu. Açılışda qırmızı lenti paytaxt Moskvadan gəlmiş məşhur uşaq ədəbiyyatı yazıçıları Agnia Barto və Maria Prilejayeva kəsmişdirlər.[1]

Kitabxana fondu universaldır. Bu fonda yeni qəzet və jurnallar, populyar elmi ədəbiyyat, yerli və xarici bədii əsərlər, təhsilə kömək edəcək kitablar, cizgi və populyar elmi filmləri olan video lentlər, audio lentlər, şəffaf dəstləri, slaydlar, qrammofon qeydləri, kartpostal dəstləri, stolüstü oyunlar, plakatlar daxildir.

Kitabxana fondunun həcmi 99 mindən çox saxlama vahididir. Kitabxana oxuculara xidməti yaxşılaşdırmaq üçün yeni-yeni metodlar tətbiq edir. Son illərdə kitabxanada kataloqların elektronlaşdırılması prosesi aparılmışdır. O, cümlədən kitabxanaya gələn oxuculara fondlarda olan nəşrlərin elektron versiyası da təklif edilir. Xidmət üç ixtisaslaşdırılmış oxu zalı və iki abunəçi bölməsi tərəfindən təmin edilir.

Kitabxana strukturuna müxtəlif şöbə və bölmələr daxildir. Kitabxanada filiallar və gənc oxucularla işləmək üçün metodik mərkəz fəaliyyət göstərir. Kitabxana strukturunda kitab saxlama şöbəsi, komplektləşdirmə və emal şöbəsi, biblioqrafiya şöbəsi, metodik şöbə, incəsənət şöbəsi, dövri nəşrlər şöbəsi, xarici ədəbiyyat bölməsi, məktəbəqədər və ibtidai sinif şagirdlərinə xidmət şöbəsi, 5-9-cu sinif şagirdləri üçün xidmət şöbəsi daxildir.

Kitabxana hər il 16 mindən çox adama xidmət göstərir. Kitabların verilməsi 390 min nüsxədən çoxdur. Ziyarətlərin sayı ildə 165 mindən artıqdır.

18 fevral 2004-cü ildə Dağıstan Respublikası Dövlət Şurasının Fərmanı ilə kitabxanaya Dağıstan uşaq yazıçısı, məşhur Lak yazıçısı Yusupov Nuratdin Abakaroviçin adı verilmişdir.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1 2 "О библиотеке". 2016-03-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-05-24.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]