Daniel Şahverdiyan

Daniel (Danuş) Aleksandroviç Şahverdiyan (erm. Դանիել (Դանուշ) Ալեքսանդրի Շահվեդյան; 11 yanvar 1882[1], Aygehad, Borçalı qəzası[1]24 oktyabr 1941[1]) — Ermənistan bolşevik inqilabçısı, siyasətçisi, RSDF(b)P üzvü (1902), Ermənistan Sovet Sosialist Respublikasının prokuroru (1922–1923).[2]

Daniel Şahverdiyan
Doğum tarixi 11 yanvar 1882(1882-01-11)[1]
Doğum yeri
Vəfat tarixi 24 oktyabr 1941(1941-10-24)[1] (59 yaşında)
Təhsili
  • Sankt-Peterburq İmperator Universiteti[d] (–1911)[1]
Fəaliyyəti inqilabçı, dövlət xadimi
Partiyası

Daniel Aleksandroviç Şahverdiyan 11 yanvar 1882-ci ildə Borçalı qəzasında yerləşən Aygehad kəndində anadan olmuşdur. Orta təhsilini Tiflisdə almışdır. 1911-ci ildə Peterburq Universitetinin hüquq fakültəsini bitirmişdir. Ermənistan Sosial Demokratları İttifaqının yaradılmasında, bolşevik "Kayt", "Mer xrev" və "Banvori kriv" qəzetlərinin nəşrində, RSDF(b)P Qafqaz təşkilatlarının 1-ci qurultayının işlərində iştirak etmişdir (1903). 1902-ci ildən inqilabi fəaliyyətlə məşğul olmuş, 1904-cü ildən partiya üzvü olmuşdur. 1921-ci və 1924–1928-ci illərdə SSRİ və SSRİ-nin Türkiyədəki ticarət nümayəndəsi olmuşdur. 1922–1923-cü illərdə Ermənistan SSR Xalq Ədliyyə Komitəsində Xalq Komitəsi sədrinin müavini olmuşdur. Repatriasiyanın təşkilində Şahvedyanın böyük əməyi var. 1928–1929-cu illərdə SSRİ Qızıl Xaç Cəmiyyətinin İngiltərə, AlmaniyaBelçikadakı nümayəndəsi olmuşdur. 1928-ci ildən SSRİ Xalq Xarici Ticarət Komissarlığında işləmişdir.[3]

Daniel Şahverdiyan 24 oktyabr 1941-ci ildə Stalin repressiyalarının qurbanı olmuşdur. Ermənistana səfəri zamanı Anastas Mikoyan Daniel Şahverdiyanı edam etməkdən xilas etməyə çalışmış, lakin buna nail ola bilməmişdi.[4]

  1. 1 2 3 4 5 6 7 8 9 10 Erməni Sovet Ensiklopediyası, VIII cild (erm.). C. 8. S. 428–429.
  2. "ՀՀ գլխավոր դատախազություն, նախկին գլխավոր դատախազներ". 2014-11-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-11-19.
  3. Ով ով է. Հայեր. Կենսագրական հանրագիտարան, հատոր երկրորդ, Երևան, 2007.
  4. Shakarian, Pietro A. "Yerevan 1954: Anastas Mikoyan and Nationality Reform in the Thaw, 1954–1964". Peripheral Histories. 12 November 2021. 4 June 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 December 2021.

Əlavə ədəbiyyat

[redaktə | mənbəni redaktə et]
  • Ազատյան Հ. Գ., Դանուշ Շահվերդյան (Պրոֆեսիոնալ հեղափոխական. կյանքն ու գործունեությունը), Ե., 1975։