Daniel Varujan

Daniel Varujan (q.erm. Դանիել Վարուժան, əsl soyadı — Çubukkaryan (q.erm. Չպուքքարեան или Չպուգքեարեան[4]); 20 aprel 1884[1][2][…], Dörteylül[d], Sivas vilayəti, Osmanlı imperiyası[2][3]26 avqust 1915[1][2][…], Çanqırı, Kastamonu vilayəti, Osmanlı imperiyası) — Osmanlı ermənilərindən olan şair və pedaqoq. O, 1902–1905-ci illərdə Venesiyada mexitarist məktəbində, 1905–1909-cu illərdə Belçikanın Gent Universitetində təhsil almışdır. Varujan 1912–1915-ci illərdə Konstantinopolda Maarifçilik məktəbinin direktoru kimi fəaliyyət göstərmişdir. O, 1904-cü ildə yaradıcılıq fəaliyyətinə başlamışdır. Varujanın poeziyası romantizm, simvolizm və erməni folklor ənənələrinin qarışığıdır.

Daniel Varujan
Doğum adı Դանիէլ Չպուքքարեան
Təxəllüsü Դանիէլ Վարուժան
Doğum tarixi 20 aprel 1884(1884-04-20)[1][2][…]
Doğum yeri
Vəfat tarixi 26 avqust 1915(1915-08-26)[1][2][…] (31 yaşında)
Vəfat yeri
Vəfat səbəbi erməni soyqırımı[2][3]
Təhsili
Fəaliyyəti şair, yazıçı
Fəaliyyət illəri 1904–1915
İmza
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

O, ilk lirik "Şüdləşmə"toplusunda (1906) doğma torpağının təbiəti fonunda sadə bir insanın həyatını göstərir. "Poqrom"(1908) məcmuəsində sultan rejiminin əməllərini, ermənilərinə qarşı təqiblərini təsvir etmişdir. Varujanın "Qabilin ürəyi"(1909) toplusu mübarizə, ədalət və qisas haqqındadır. O, "Bütpərəst mahnılar"toplusunda mifoloji motivlərə müraciət etmiş, "Qolqotanın çiçəkləri"silsiləsində (hər ikisi 1912-ci il) bütpərəst və xristian obrazlarını birləşdirmişdir. Varujan "Çörək nəğməsi"(1921, bax) toplusu dünyanın plastik gözəlliyini, kəndlinin yaradıcılığını əks etdirir. Onun yaradıcılığı Şərqi erməni poeziyasına təsir göstərmiş, şeirləri bir çox dillərə tərcümə edilmişdir.[5]

  1. 1 2 3 4 Daniel Waruschan // Brockhauz Ensiklopediyası (alm.).
  2. 1 2 3 4 5 6 7 8 9 Erməni Sovet Ensiklopediyası (erm.). / red. Վ. Համբարձումյան, Կ. Խուդավերդյան Հայկական հանրագիտարան հրատարակչություն, 1974.
  3. 1 2 3 Հայկական համառոտ հանրագիտարան (erm.). Հայկական հանրագիտարան հրատարակչություն, 1990. C. 4.
  4. Апелян, 2021
  5. Зулумян Б. С. ВАРУЖАН // Большая российская энциклопедия. Том 4. Москва, 2006, стр. 613

Əlavə ədəbiyyat

[redaktə | mənbəni redaktə et]
Rus dilind'
  • ВАРУЖАН, Даниель // Большая советская энциклопедия[в 30 т.] (3-е изд.). М.: Советская энциклопедия. гл. ред.: А. М. Прохоров. 1969–1978. 608 ст.
  • В. Я. Брюсов. Поэзия Армении с древнейших времен до наших дней в переводах русских поэтов. Ереван: Айрапет. под ред. М. Д. Амирханяна. 2017.
  • Э. М. Джрбашян (авт. вступ. ст.), М. Г. Джанполадян (сост., биогр. справки, примеч.), А. С. Шарурян (сост.), Е. М. Николаевская (ред.). Армянские поэты нового времени. Ленинград: Советский писатель. 1983.
İngilis dilində

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]