Daucus carota var. carota

Yabanı yerkökü (lat. Daucus carota) — bitkilər aləminin çətirçiçəklilər dəstəsinin çətirkimilər fəsiləsinin yerkökü cinsinə aid bitki növü.

Yabanı yerkökü
Elmi təsnifat
Beynəlxalq elmi adı

Botaniki xarakteristikası

[redaktə | mənbəni redaktə et]

Yabanı yerkökü kökümeyvəlilər içərisində ən çox yayılmış tərəvəzdir. Ondan təzə halda aşpazlıqda, qurudulmaq, şirə hazırlamaq, tərəvəz konservləri və karotin istehsalı üçün istifadə olunur.

Yerkökünün üzəri nazik qabıq təbəqəsi ilə örtülüdür. Qabığın altında qidalı maddələrlə zəngin ətli hissə yerləşir. Kök mərkəzində özək vardır. Özəyin zərif və ya kobud olması yerkökünün keyfiyyətliliyini göstərir. Tərkibində az miqdarda şəkər olan özəyin dadı yerkökünün ətli hissəsinə nisbətən pis olur.

Yerkökünün tərkibində orta hesabla 4–12% şəkər, 0,53–2,23% zülal, 0,1–0,7% yağ, 0,54–3,50% sellüloza, 0,4–2,9% pektin maddəsi, 2,3–5,6% azotsuz ekstraktlı maddə, o cümlədən dekstrin və nişasta, 0,6–1,7% kül olur. Quru maddələrin ümumi miqdarı 8–20%-ə qədərdir. Şəkərlərin əsasını saxaroza (3,5–6%), az miqdarda qlükoza (1–2%) və fruktoza (0,2–1,9%) təşkil edir. Yerkökünün özək hissəsində xarici təbəqəyə nisbətən şəkərin miqdarı azdır.

Yerkökü zülalında əvəzedilməz aminturşularından metionin, fenilalanin, leysin, izoleysin, valin, treonin, lizin, triptofan və s. tapılmışdır.

Botaniki təsviri

[redaktə | mənbəni redaktə et]

Hündürlüyü 13–100 sm olan ikiillik, nadir hallarda birillik ot bitkisidir. Gövdəsi düz, kökü iyvari, ağımtıl rəngdədır. Yarpaqları yumurtavari və ya uzunsov, kənarları diş-dişli yaxud kəsikdir. Çoxşualı çətirləri vardır, ləçəkləri ağ, yaxud sarı, nadir hallarda çəhrayıdır. Çətirin ortasında bir (və ya bir neçə) tünd qırmızı rəngdə çiçək vardır. Meyvələri 3 mm, elliptik-uzunsovdur. İyun-oktyabr aylarında çiçəkləyərək, iyul-oktyabr aylarında meyvə verir.

Mənşəyi və yayılması

[redaktə | mənbəni redaktə et]

Yabanı kök boreal coğrafi tipinin palearktik sinfinin qərbi-palearktik qrupuna aiddir. Avropada (şimal istisna olmaqla), eləcə də Şimali Afrikadan Qərbi Himalay dağlarına kimi, Rusiya, Orta Asiya və Qafqazda yayılmışdır. Azərbaycanda yabanı kök bütün rayonlarda arandan orta dağ qurşağına kimi (dəniz səviyyəsindən 1800 m qədər) bitir.

Ekoloji qrup və bitdiyi yerlər

[redaktə | mənbəni redaktə et]

Mezokserofitdir, meşə-kol, psammofit-litoral və alaq bitkilik tiplərində rast gəlir. Əsasən meşələrdə, kolluqlarda, dənizkanarı qumluqlarda, çay məcralarında və kanarlarında, bağlarda, bostanlarda və yol kənarlarında, qrup şəklində bitir. Dağ çəmənlərində çox vaxt müxtəlifotlu senozlarında ləkələr əmələ gətirir.

Kimyəvi tərkibi

[redaktə | mənbəni redaktə et]

Alkaloid, flavonoid, kumarin, steroid və karotinoidlərlə, eləcə də efir və piyli yağlarla, aromatik birləşmələrlə zəngindir.

Təsiri və tətbiqi

[redaktə | mənbəni redaktə et]

Yabanı kök farmakopeyaya daxil olan ofisinal dərman bitkisidir. Elmi və eksperimental təbabətdə, Tibet, Çin və xalq təbabətində, kliniki sınaqlarda, homeopatiya, farmakologiya, eləcə də baytarlıqda geniş tətbiq edilir. Əsasən mədə-bağırsaq, qaraciyər, ürəkdamar, əsəb-sinir, böyrək daşı xəstəliklərində, eləcə də bəd xassəli şişlərə qarşı istifadə olunur. Öd və sidikqovucu, işlədici, antihelmint, spazmolitik və iltihab proseslərinə qarşı təsirə malikdir.

Əks təsirləri

[redaktə | mənbəni redaktə et]

Mədə və onikibarmaq bağırsaq xorası, eləcə də enteritlərdə istifadə etmək olmaz.

İstifadə olunan hissələri və İstifadə formaları

[redaktə | mənbəni redaktə et]

Müalicə məqsədilə bitkinin yerüstü hissəsi, meyvələri və kökü istifadə edilir. Cövhər, ekstrakt, şirə və dəmləmə formasında istifadə olunur.

Digər faydalı xüsusiyyətləri və istifadəsi

[redaktə | mənbəni redaktə et]

Ədviyyə kimi istifadə olunur. Bal verən bitkidir.

Ölçüsündən asılı olaraq yerkökü 3 qrupa bölünür: qısa və ya karateli qrupuna aid yerkökünün uzunluğu – 3–6 sm, yarımuzunlarda – 8–20 sm, uzunlarda isə 20 45 sm olur. Sortların çoxu orta uzun qrupa aiddir. Karateli qrupuna "Paris karatelisi", "Xibin" sortu aiddir. Bunların ətli hissəsi zərif olduğundan orqanizmdə asan həzm edilir. Lakin saxlanmağa davamsızdır.

Orta uzun sortlara daxil olanlardan Nant, Geranda, Geranda-1129, Ukrayna gerandası, Şantene, Moskva gecyetişəni aiddir. Bunlar silindr və konusvari formada, yaxşı dada malik olur. Nant və Şantene sortları uzunsov simmetriyası, zərif ətli hissəsi və əla dadı ilə üstünlük təşkil edir. Saxlanmağa davamlıdır. Şantene sortu irimeyvəlidir və bunun 1 ədədinin çəkisi 400 qrama qədər olur. Geranda sortu və onun müxtəliflikləri saxlanılmağa davamlıdır.

Uzunölçülü yerkökü sortlarından Valeriya sortunu göstərmək olar. Gecyetişən sortdur, rəngi darçını-qırmızı, forması sivri konus şəklində, kökünün üstü hamar, üzərində kiçik gözcükləri olur. Bunun böyük və girdə özəyi çox kobud olmayıb, bütün qış boyu saxlanır. Azərbaycanda Nant-4, Biryuçekut-415, Şantene-2461 və yerli Abşeron yerkökü sortları yetişdirilir.

Xalq təbabətində yerkökünün şirəsindən ağciyər xəstəliyi zamanı, göyöskürəyə qarşı, eləcə də qanartıran və həzm prosesini yaxşılaşdıran vasitə kimi geniş istifadə olunur.

Yerkökü suyu böyrəklər daş bağlayan zaman sidikqovucu dərman kimi də işlədilir. Sidikqovucu və bəlğəmgətirici xüsusiyyətə malikdir. Kök yemək üzün rəngini yaxşılaşdırır, boyu uzadır. Kökü çiy şəkildə yemək və ya xörəkdə işlətmək mədəni möhkəmlədir. O, sinə ağrısı, öskürək, böyrək daşı xəstəliklərinə xeyirlidir. Kök mürəbbəsi əhvalı yaxşılaşdırıb, bədəni qüvvətləndirir, mədə və qaraciyər üçün faydalıdır.

Karotin, selen, eləcə də B, C, D, E, K vitaminləri ilə zəngindir.

  • Xeyirli xassələri: sinir sistemini möhkəmləndirir, həyat enerjisini artırır, immunitet qocalmanın qarşısını alır, görməni yaxşılaşdırır, hüceyrələrin mübadiləsini fəallaşdırır – cavanlıq eliksiri hesab olunur.
  • Nəyə kömək edir: siqaret çəkmək, gücsüzlük.
  • Məhdudiyyətlər: uzun müddət qəbul etdikdə dərinin rəngini dəyişə bilər.
  • Təcrübə: yeməkdən əlavə, 1 çay qaşığı bitki yağı əlavə olunmaqla içilməlidir.
  • Carota sylvestris (Mill.) Rupr.
  • Caucalis carnosa Roth
  • Caucalis carota (L.) Crantz
  • Caucalis daucus Crantz
  • Daucus alatus Poir.
  • Daucus allionii Link
  • Daucus australis Kotov [Illegitimate]
  • Daucus blanchei Reut.
  • Daucus brevicaulis Raf.
    • Daucus carota var. brachycaulos Reduron
    • Daucus carota var. brachycentrus Maire
  • Daucus carota f. carota
    • Daucus carota var. carota carota
    • Daucus carota subsp. dentatus (Bertol.) Fiori
  • Daucus carota f. epurpuratus Farw.
    • Daucus carota var. excelsus Maire
  • Daucus carota f. fischeri Moldenke
  • Daucus carota f. goodmanii Moldenke
    • Daucus carota subsp. hispidus Masclef
    • Daucus carota var. linearis Reduron
    • Daucus carota var. pseudocarota (Rouy & E.G.Camus) Reduron
  • Daucus carota f. roseus Millsp.
  • Daucus carota f. roseus Farw.
  • Daucus communis Rouy & E.G.Camus
    • Daucus communis var. pseudocarota Rouy & E.G.Camus
  • Daucus dentatus Bertol.
  • Daucus esculentus Salisb.
  • Daucus exiguus Steud.
  • Daucus glaber Opiz ex Čelak.
  • Daucus heterophylus Raf.
  • Daucus kotovii M.Hiroe
  • Daucus levis Raf.
  • Daucus marcidus Timb.-Lagr.
  • Daucus maritimus With. [Illegitimate]
  • Daucus montanus Schmidt ex Nyman
  • Daucus neglectus Lowe
  • Daucus nudicaulis Raf.
  • Daucus officinalis Gueldenst. ex Ledeb.
  • Daucus polygamus Jacq. ex Nyman [Invalid]
  • Daucus scariosus Raf.
  • Daucus sciadophylus Raf.
  • Daucus strigosus Raf.
  • Daucus sylvestris Mill.
  • Daucus vulgaris Garsault [Invalid]
  • Daucus vulgaris Neck.
  1. Linnaeus C. Species Plantarum (lat.): Exhibentes plantas rite cognitas ad genera relatas. 1753. C. 1. S. 242.