Davenkou mədəniyyəti

Davenkou mədəniyyətinin xəritədə yeri

DavenkouÇində Qərbi və Cənubi Şandunda, Mərkəzi Şandunun bir hissəsində, həmçinin Szyansunun şimalında Orta Neolit dövrünə (e.ə. 3700–2600/2300-cü illər) aid arxeoloji mədəniyyət.[1]

1959-cu ildə Şandun əyalətinin qərbində, Venxe çayı sahilindəki Baotou və Davenkou kəndlərində qazıntılar zamanı aşkar edilmiş məzarlığının adı ilə adlandırılmışdır. Arxeoloji qazıntılar 1964, 1974, 1978-ci illərdə də aparılmışdır. Üç (bəzən daha çox) mərhələ müəyyənləşdirilir.[1]

Erkən mərhələyə yastı və hündür kasalar (o cümlədən həndəsi naxışlı), qab, qulplu bardaq və kasalar əsasında tripodlar (üçayaqlı qablar), geniş yayılmış formalardan hündür oturacaqlı bardaqlar, nazikayaqlı qədəhlər; gövdəsinin orta hissəsində qulpu olan bardaqlar aiddir; qabların üzərindəki naxışlar ziqzaqvarı, nöqtəli və yaxud onların kombinasiyası şəklindədir. Orta mərhələyə oturacağı üç hissəyə bölünən nazikayaqlı qədəhlər aiddir; qab altlıqları dəliklidir, yastı kasa və tripodlara rast gəlinmir. Son mərhələyə isə dulus kürələrində düzəldilmiş standartlaşdırılmış kütləvi formalar: müxtəlif parçlar, hündürotu racaqlı kasalar, tripodlar və s. aiddir.[1]

Xüsusiyyətləri

[redaktə | mənbəni redaktə et]

Naxışlı qablara az təsadüf olunur (bəzən üfüqi cızma xətlər, volyuta). Ölülər başları şimal və ya şimal şərqində istiqamətində, çoxsaylı ke ra mika, balıqqulağı və sümükdən düzəldilmiş bəzək əşyaları, cilalanmış daş baltalarla birlikdə dəfn edilirdi. Kollektiv halda və ya taxta tabutlarda da dəfn adətinə təsadüf olunur. Təsərrüfat əkinçilikmaldarlığa əsaslanırdı. Əvvəllər “Davenkou mədəniyyəti” anlayışı Şandun və Şimali Szyansunun Orta Neolit dövrünün bütün mədəniyyətlərini özündə birləşdirirdi. Ən yeni tədqiqatlarda Davenkou ilə yanaşı Beysin, Lyulin və s. mədəniyyətlər də müəyyənləşdirilir. Davenkoudan əvvəlki Dadunszı mədəniyyəti (e.ə. 4200–3700-cü illər) köhnə tarixi ədəbiyyatda Davenkounun erkən mərhələsi hesab olunurdu. Davenkou mədəniyyətini Lunşan mədəniyyəti əvəz etmişdir.[1]

  1. 1 2 3 4 Davenkou// Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). — VI cild. Bakı, 2009. — Səh.: 380-381.