Vaxtanq Kikabidze (19 iyul 1938, Tbilisi – 15 yanvar 2023[1][2], Tbilisi) — Sovet və gürcü müğənnisi, bəstəkarı, kino aktyoru, kinorejissoru, ssenaristi, siyasətçisi; Gürcüstan SSR xalq artisti (1980), Ukraynanın əməkdar artisti (2013), SSRİ Dövlət mükafatı laureatı (1978). Gürcüstan parlamentinin VII çağırış deputatı (2020-2023).
Vaxtanq Kikabidze | |
---|---|
gürc. ვახტანგ კონსტანტინეს ძე კიკაბიძე | |
Doğum adı | ვახტანგ კიკაბიძე |
Doğum tarixi | 19 iyul 1938 |
Doğum yeri | |
Vəfat tarixi | 15 yanvar 2023[1][2] (84 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | beyin şişi |
Milliyyəti | gürcü |
Vətəndaşlığı | |
Fəaliyyəti | komediyaçı, müğənni, kinorejissor, ssenarist, kino aktyoru, aktyor, siyasətçi |
Fəaliyyət illəri | 1966–2023 |
Təhsili |
|
Mükafatları |
|
IMDb | ID0452795 |
buba.diaspora.ru | |
Vikianbarda əlaqəli mediafayllar |
Vaxtanq Konstantinoviç Kikabidze 1938-ci ilin 19 iyulunda Tbilisi şəhərində anadan olub. 1961-ci ildə Tbilisi Xarici Dillər İnstitutuna daxil olub və paralel olaraq aktyorluq və müğənnilik karyerasını davam etdirib. Onun kinodakı ilk debütü 1966-cı ildə "Dağlarda görüş" filmindən başlayır. Aktyor bir sıra kinolarda çəkilsə də, ona əsl şöhrəti 1977-ci ildə Georgi Daneliyanın "Mimino" filmindəki baş rolu gətirib. Bu filmə görə o, SSRİ Dövlət Mükafatına layiq görülüb.
Vaxtanq Kikabidze həmçinin populyar estrada müğənnisi kimi də şöhrət tapıb.
O, 2023-cü il yanvarın 15-də Tbilisi xəstəxanasında, 85 yaşında beyin şişindən vəfat edib. 17 yanvar tarixində vida və vətəndaş anım mərasimi keçiriləcək. O, Tbilisidəki Mtatsminda Panteon qəbiristanlığında dəfn olunacaq.
2018-ci ilin yanvarında Qəbələ XII Beynəlxalq "Veselo" Yumor və Musiqi Festivalı çərçivəsində Vaxtanq Kikabidzenin solo konserti keçirilib.[3]
Aktrisa Liana Qudadzenin əmioğlusudur.