David Babayan

David Klimoviç Babayan (erm. Դավիթ Բաբայան; 5 aprel 1973, Stepanakert, DQMV) — Qondarma Dağlıq Qarabağ Respublikasının keçmiş Xarici işlər naziri, prezidentin müşaviri, tarix elmləri doktoru.

David Babayan
erm. Դավիթ Բաբայան
2021 – 2023
Vəzifədədir
2023-cü ildən
Şəxsi məlumatlar
Doğum tarixi 5 aprel 1973(1973-04-05) (51 yaş)
Doğum yeri
Təhsili
Fəaliyyəti politoloq, siyasətçi
Elmi fəaliyyəti
Elmi dərəcəsi

David Babayan 2020-ci il oktyabrın 28-də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müxtəlif madələrilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, barəsində məhkəmənin qərarı əsasında həbs qətimkan tədbiri seçilərək beynəlxalq axtarışa verilib. 2023-cü il sentyabrın 29-da Babayan Azərbaycan Respublikasının hüquq-mühafizə orqanları tərəfindən saxlanılaraq istintaqa təqdim olunub və ona həmin tarixdə qeyd olunan maddələr üzrə ittiham elan edilib.[1]

David Babayan 1973-cü ildə Xankəndində anadan olub. 1989-cu ildə Xankəndi 8 saylı rus orta məktəbini bitirib. Babayan 1989-cu ildə İrəvan Xalq Təsərrüfatı İnstitutuna iqtisadiyyatın dövlət tənzimlənməsi ixtisası üzrə daxil olmuş və 1994-cü ildə bitirmişdir.

O, 1997-ci ildə Ermənistan Amerika Universitetinin Siyasi Elmlər Fakültəsini bitirib. 1998-ci ildə Mərkəzi Avropa Universitetinin (Budapeşt) Beynəlxalq Münasibətlər fakültəsində təhsil alıb.

Babayan 2005-ci ildə Ermənistan Respublikası Milli Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunda namizədlik dissertasiyasını müdafiə edərək tarix elmləri namizədi elmi dərəcəsi alıb. 2013-cü ildə dosent elmi adını alıb. O, 2018-ci ildə Ermənistan Respublikası Milli Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunda doktorluq dissertasiyası müdafiə edərək tarix elmləri doktoru elmi dərəcəsinə yiyələnib.

O, geosiyasət, politologiya və hökumətşünaslıq fənnlərindən Xankəndi Pedaqoji İnstitutu və Gorus Dövlət Universitetində dərs deyir. 300-ə yaxın nəşrin, o cümlədən Ermənistan, Rusiya, ABŞ Avropanın bir sıra aparıcı elmi nəşrlərində dərc olunmuş onlarla elmi məqalənin müəllifi olub. O, 8 monoqrafiya müəllifidir.

Babayan Qondarma Dağlıq Qarabağ Respublikasının Yazıçılar Birliyinin üzvüdür.

Siyasi karyerası

[redaktə | mənbəni redaktə et]

David Babayan 1998–1999-cu illərdə Qondarma Dağlıq Qarabağ Respublikasının Xarici İşlər Nazirliyinin Siyasi İdarəsinin ikinci katibi vəzifəsində çalışıb.

2000–2001-ci illərdə beynəlxalq ictimaiyyət tərəfindən tanınmamış DQR Xarici İşlər Nazirliyinin Siyasi İdarəsinin Siyasi proqramlaşdırma şöbəsinin müdiri vəzifəsində işləyib. O, 2001-ci ilin may-dekabr aylarında Babayan Qondarma Dağlıq Qarabağ Respublikasının Xarici İşlər Nazirliyinin Siyasi İdarəsinin rəisi vəzifəsində çalışıb.

Babayan 2001–2005-ci illərdə Qondarma DQR prezidentinin yanında Planlaşdırma Qrupunun əməkdaşı işləyib. O, 2005–2007-ci illərdə Qondarma Dağlıq Qarabağ Respublikası Prezidentinin köməkçisi olub. 2007-ci ildə Qondarma DQR Prezident Administrasiyasının Baş İnformasiya şöbəsinin müdiri təyin edilib.

2013-cü ildə Qondarma DQR Prezident Administrasiyasının Baş İnformasiya Şöbəsinin müdiri, Qondarma DQR Prezident Administrasiyası rəhbərinin müavini təyin edilib. 2019-cu ildə Artsaxın Mühafizəkarlar Partiyasını yaradıb və onun sədri seçilib.[2]

2020-ci ildə Babayan Qondarma Dağlıq Qarabağ Respublikası Prezidentinin müşaviri təyin edilib.[3] 2021-ci ildə o, Qondarma Respublikanın xarici işlər naziri təyin olunub.[4].

Babayan 2023-cü ildə Qondarma Respublikanın Prezidentinin müşaviri və xüsusi tapşırıqlar üzrə nümayəndəsi təyin edilib.[5] 2020-ci ilin yazında o, Qondarma Respublikada keçirilən seçkilərdə iştirak edib.[6]

David Babayan 2020-ci il oktyabrın 28-də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 100.1, 100.2 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və aparma), 32.3, 114.1 (muzdlular yığma, onlara təlim keçmə, maliyyələşdirmə və başqa cür maddi təminat vermə, habelə onlardan hərbi münaqişədə və hərbi əməliyyatlarda istifadə etməni təşkil etmə), 32.3, 116.0.1, 32.3, 116.0.6, 32.3, 116.0.7, 32.3, 116.0.8, 32.3, 116.0.9, 32.3, 116.0.10 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 117.2-ci (silahlı münaqişə zamanı hərəkətsizlik etmə və ya cinayətkar əmr vermə), 32.3,214.2.1, 32.3,214.2.3, 32.3,214.2.4 (terrorçuluğu təşkil etmə), 283.2.1, 283.2.3-cü (milli düşmənçiliyin salınmasını təşkil etmə) və digər madələrilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, barəsində məhkəmənin qərarı əsasında həbs qətimkan tədbiri seçilərək beynəlxalq axtarışa verilib.[7]

2023-cü il sentyabrın 29-da D. Babayan Azərbaycan Respublikasının hüquq-mühafizə orqanları tərəfindən saxlanılaraq istintaqa təqdim olunmuş və ona həmin tarixdə qeyd olunan maddələr üzrə ittiham elan edilib.[8]

  • 2016 — Vaçaqan Barepaşt medalı ilə təltif edilib.
  • Qondarma Respublikanın fövqəladə və səlahiyyətli səfir diplomatik rütbəsinə malikdir.
  1. "David Babayan da həbs olundu - Rəsmi". 2023-10-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-09-30.
  2. "Возглавляемая Давидом Бабаяном Консервативная партия Арцаха прошла государственную регистрацию - Новости Армении - Терт.am". 2019-05-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-05-10.
  3. "Давид Бабаян назначен советником президента Арцаха. Глава государства произвел ряд назначений". İstifadə tarixi: 2020-05-27.
  4. "Давид Бабаян назначен главой МИД Карабаха". Sputnik Армения (rus). 2021-01-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-01-05.
  5. "Давид Бабаян назначен советником президента Республики Арцах". armenpress.am (rus). İstifadə tarixi: 2023-01-24.
  6. "Давид Бабаян — кандидат в президенты Арцаха". 2020-02-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-03-19.
  7. Baş Prokurorluq Davit Babayan və Lyova Mnatsakanyanın həbsi barədə məlumat yayıb
  8. ""David Babayan haqda həbs qətimkan tədbiri icra olunub", Baş Prokurorluq". 2023-09-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-09-30.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]