David Kipiani (gürc.დავით ყიფიანი; 18 noyabr1951[1], Tbilisi – 17 sentyabr2001, Tbilisi) — yarımmüdafiəçi mövqeyində oynayan keçmiş gürcü futbolçusu və futbol meneceri. Kipiani, əsasən, oyun qurucu kimi oynamışdır və Gürcüstanın ən məşhur futbolçularından biri hesab olunur. O, zərif oyun tərzi, ötürmə məsafəsi ilə tanınırdı.[2][3][4][5][6]
Kipiani Gürcüstan SSR-in Tbilisi şəhərində anadan olub. Karyerasının ilk mərhələlərində 35№ məktəbdə oynamağa başladı.[7] Kipiani 1967-ci ildə Tiflis Dinamo komandasında oynamağa dəvət almışdı. Zədəli olduğu üçün yalnız iki mövsüm bir oyunda iştirak edə bildi. Daha sonra Kipiani Tiflisdə yerləşən Lokomotiv komandada oynamağa getdi.
Lokomotiv ilə uğurlu mövsümdən sonra Kipiani Gavril Kaçalin tərəfindən yenidən Dinamo komandasına dəvət edildi. Eyni zamanda, "Lokomotiv" də oynayarkən, Kipiani gələcək meneceri Nodar Axalkatsi ilə çalışdı, güclü və uğurlu klublardan olan Dinamo Tbilisi'nin əsas simalarından biri oldu. Lakin 1970-ci illərin sonu və 1980-ci illərin əvvəllərində beynəlxalq səviyyədə tanındı.[8] Müxtəlif nüfuzlu futbol turnirlərində nəzərəçarpacaq uğurlar əldə etdi.[9][10]
1975–1982-ci illər arasında — Kipiani Manuçar Maçaidze, Aleksandre Çivadze, Vladimir Qutsaev və Ramaz Şengelia kimi oyunçuların yanında, Dinamo Tbilisi -nin tanınan liderlərindən biri idi. Gürcüstan komandasının "Liverpul"[11], Inter Milan[12], "Napoli"[13], "Vest Hem Yunayted", "Feyenord" və digər böyük futbol klublarına qarşı uğuru, əsasən, futbolçunun şəxsi və peşəkar istedadı ilə müəyyən edildi. Bu bənzərsiz oyun qabiliyyətləri və fərdi bacarıqlar, Kipiani -nin digərləri arasında fərqləndirirdi.[14][15][16][17][18]
Kipiani 1974-cü ilin aprelindən 1981-ci ilin mayına qədər Sovet İttifaqında 19 dəfə oynadı və 7 qol vurdu. Beynəlxalq debütü menecer Konstantin Beskovun rəhbərliyi altında, 17 aprel 1974-cü ildə Zenitsa şəhərində yoldaşlıq matçında etdi. Kipiani ilk beynəlxalq qolunu Sovet Komandasının debütündən beş dəqiqə sonra vurdu və bu matçın yeganə qolu oldu və SSRİ Yuqoslaviyanı 1–0 məğlub etdi.[19][20][21] O, son milli komanda oyununu 30 may 1981-ci ildə Uelsə qarşı 1982 Dünya Kuboku seçmə oyununda keçirdi.
Kipianiyə Dünya Kubokunun finalında oynamaq şansı verilmədi. Çoxları zirvəsinin 1982-ci ildə olduğunu düşünür, ancaq İspaniya Dünya Kubokunda iştirak edə bilmədi və 26 apreldə "Kuban Krasnodar"da (4-cü tur) ayağından aldığı ağır zədə səbəbindən oyunu yarımçıq tərk etdi.[22][23]
17 sentyabr 2001-ci ildə Tserovani (Mtsxeta) yaxınlığında avtomobil qəzasında aldığı xəsarətlərdən Gürcüstanın Tbilisi şəhərində vəfat etdi.[24] O, 49 yaşında idi. Gürcüstan Kuboku və Gürcaani şəhərindəki stadiona onun adı verildi.[25]