Yevgeni Rudakov (futbolçu)

Yevgeni Vasiliyeviç Rudakov (ukr. Євген Васильович Рудаков, 2 yanvar 1942, Moskva21 dekabr 2011[1], Kiyev) — Sovet və rusiya əsilli ukraynalı futbolçu, qapıçı. SSRİ beynəlxalq dərəcəli idman ustası (1973). SSRİ-nin əməkdar idman ustası (1973).

Yevgeni Rudakov
ukr. Євген Васильович Рудаков
Ümumi məlumatlar
Doğum tarixi 2 yanvar 1942(1942-01-02)
Doğum yeri
Vəfat tarixi 21 dekabr 2011(2011-12-21)[1] (69 yaşında)
Vəfat yeri
Dəfn yeri
Vətəndaşlığı SSRİ SSRİUkrayna Ukrayna
Boyu 190
Çəkisi 75 kq[2]
Mövqeyi Qapıçı
Karyerası
Gənclik karyerası
1957–1959 SSRİ Torpedo Moskva
Klub karyerası[* 1]
1960 SSRİ Torpedo Moskva
1961–1962 SSRİ Sudostroitel Mykolayiv
1962–1977 SSRİ Dinamo Kiyev 297 (-205)
Milli yığma[* 2]
1968–1976 SSRİ SSRİ milli futbol komandası 42 (-29)
1972 SSRİ SSRİ U-21 milli futbol komandası 6 (-6)
Məşqçisi olduğu klublar
1979 SSRİ Spartak İ-F
1980–1990 SSRİ Zmina Kiyev
1994 Ukrayna Kremen Kremençuk
Təltif və medalları
Yay Olimpiya Oyunları
Bürünc 1972 Münhen
UEFA Avropa Çempionatı
Gümüş Avro 1972
Dövlət təltifləri
Ukrayna Respublikasının III dərəcəli «Ləyaqət» Ordeni "Əməkdə fərqlənməyə görə" medalı SSRİ əməkdar idman ustası SSRİ beynəlxalq dərəcəli idman ustası

  1. Milli çempionatların müxtəlif liqalarında peşəkar klubların heyətində keçirdiyi oyunların və vurduğu qolların sayı.
  2. Rəsmi oyunlarda milli yığmanın heyətində keçirdiyi oyunların və vurduğu qolların sayı.
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı və karyerası

[redaktə | mənbəni redaktə et]

Yevgeni Rudakov 2 yanvar 1942-ci ildə Moskvada anadan olmuş, 17 yaşında Torpedo Moskvanın gənclər komandasına yazılmış və dublla 2-ci yeri qazandı. Komandada güclü qapıçıların olması ilə əlaqədar olaraq 1961-ci ildə Nikolayev təmsilçisi Sudostroitel Mykolayivda oynamağa başladı. 1963-cü ildə Kiyev təmsilçisi Dinamo Kiyevə qoşuldu və 1964-1977-ci illərdə bu klubda oynadı.

Kiyev Dinamosu ilə 7 dəfə SSRİ çempionu olan Rudakov, eyni zamanda komandasının 3 dəfə SSRİ Kuboku qazanmasında da mühüm rol oynadı. Həmçinin Yevgeni komandasına 1974-75 mövsümündə UEFA Kuboklar Kubokunun və 1975-ci il UEFA Superkubokunu qazanmasına da kömək etdi.

Bundan əlavə SSRİ milli futbol komandasının heyətində 42 matç keçirmişdir. SSRİ yığması ilə 1972-ci ilin Futbol üzrə Avropa çempionatında finalına vəsiqə qazanmağlarına baxmayaraq final matçında Qərbi Almaniyaya 0-3 hesabı ilə məğlub olub gümüş medal qazandı. Milli komandadakı yoldaşları Revaz DzodzuaşviliMurtaz Xurtsilava ilə birlikdə çempionatın rəmzi komandasına daxil edildilər. Həmin rəmzi komandaya onlarla yanaşı - Frans Bekkenbauer, Paul Braytner, Uli Xöness, Günter Netzer, Herbert Vimmer, Raul Lamber, Yupp Haynkes və Gerd Müller daxil edilmişdi.

O cümlədən SSRİ Olimpiya komandası ilə 6 oyuna çıxan Rudakov 1972 Yay Olimpiya Oyunlarında bürünc medal qazanmışdı.

Rudakov 1971-ci ildə SSRİ-də ilin futbolçusu, 1969, 19711972-ci illərdə SSRİ-nin ən yaxşı qapıçısı seçildi. Eyni zamanda 19711972-ci illərdə Qızıl topu qazanmaq uğrunda mübarizə aparmışdır.

Məşqçi kimi Spartak İ-F, 1980-ci illərdə Kiyevdəki Zmina klubunda, 1990-cı illərdə idman internat məktəbində, sonra V. Lobanovski adına Kiyevin Dinamo gənclər məktəbində çalışmışdır.

21 dekabr 2011-ci ildə Ukraynanın paytaxtı Kiyevdə vəfat etmişdir.