Deno — V8 mühərriki və Rust proqramlaşdırma dilinə əsaslanan JavaScript, TypeScript və WebAssembly üçün işləmə mühiti.[6] Deno Node.js-nin yaradıcı olan Rayan Dal tərəfindən ortaq şəkildə yaradılmışdır.[7]
Deno | |
---|---|
İnkişaf etdirici | Rayan Dal[d] |
Proqramlaşdırma dili | Rust[2], TypeScript, JavaScript, C++ |
Əməliyyat sistemi | Linux[3], macOS[3], Microsoft Windows[3], FreeBSD[4] |
Yayımlanma tarixi | 13 may 2018[1] |
Sonuncu versiya |
|
Sayt | deno.land |
Vikianbarda əlaqəli mediafayllar |
Deno ayrıca paket meneceri tələb etmək yerinə özü həm işləmə mühiti, həm də paket meneceri rolunu tək bir çalışdırılan proqramda icra edir.[6][8]
Deno JSConf EU 2018 konfransında Rayan Dal tərəfindən "Node.js haqqında təəssüf etdiyim 10 şey" adlı çıxışında elan edildi.[9] Protocol Buffers kimi serializasiya vasitələrindən istifadə edərək mesajların ötürülməsi yolu ilə sistem çağırışlarının bağlanmasına (ing. system call bindings) nail olmaq və girişə nəzarət etmək üçün əmr sətrində parametrlər təmin etmək məqsədi daşıyan Deno prototipini təqdim etdi.[10]
Deno ilk dəfə Go dilində yazılmışdı və imtiyazlı (Go, sistem çağırışı icazəsi ilə) və imtiyazsız (V8) tərəflər arasında serializasiya üçün Protocol Buffers istifadə edirdi.[11] İkiqat iş mühiti və tullantı toplama ilə bağlı narahatlıqlar səbəbindən Go Rust ilə əvəz olundu.[12] Tokio libuv-un yerinə hadisələrlə idarə olunan asinxron platforma olaraq təqdim edildi[13] və FlatBuffers daha sürətli, "zero-copy" serializasiya və deserializasiya üçün qəbul edildi.[14] Lakin 2019-cu ilin aprel ayında seriallaşdırmanın əhəmiyyətli əlavə xərclərini ölçən testlər yayımlandıqdan sonra FlatBuffers 2019-cu ilin avqust ayında silindi.[15]
2018-ci ilin noyabr ayında geniş alətlər və utilitlər təqdim etmək üçün Go-nun standart kitabxanası əsasında modelləşdirilmiş standart kitabxana Node.js-nin paket ağacının çox böyüməsi problemini qismən həll etdi.[16]
Deno 1.0 rəsmi olaraq 13 may 2020-ci ildə yayımlandı.[17]
Cloudflare Workers-dən ilhamlanan Deno Deploy 23 iyun 2021-ci ildə yayımlandı.[18][19] 4 may 2022-ci ildə yayımlanan Beta 4-də idarəetmə paneli təkmilləşdirilib və hesablaşma funksiyalarını əlavə edilib. Deno Deploy-un ümumi əlçatanlılığı 2022-ci ilin üçüncü rübü üçün nəzərdə tutulub.[20]
Deno Fresh, client tərəfinə sıfır JavaScript göndərən Deno üçün yeni tam stack veb freymorku, 1.0 28 iyun 2022-ci ildə yayımlandı.[21] Freymvorkda yerləşdirmə müddətlərində böyük təkmilləşdirmələr sırasına imkan verən heç bir yaratma addımı yoxdur. Fresh-in 1.1 versiyası 8 sentyabr 2022-ci ildə yayımlandı.[22]
Deno SaaSKit beta versiyası 4 aprel 2023-cü ildə yayımlandı. Bu Fresh və Deno istifadə edilərək hazırlanmış müasir açıq mənbəli SaaS şablonudur.[23]