Devid Bredli (ing. David Bradley; 4 yanvar 1949, Sietl, Vaşinqton) — peşəkar İT mühəndislərdən biri. O, "IBM PC" kompüteri üzərində çalışan on iki mühəndisdən biri olub. Bredli kompüteri yenidən yükləmək üçün istifadə edilən "Control+Alt+Delete" düymələr kombinasiyasının yaradıcısı kimi tanınır.
Devid Bredli | |
---|---|
ing. David Bradley | |
Doğum tarixi | 4 yanvar 1949 (75 yaş) |
Doğum yeri | |
İş yerləri |
"IBM" şirkətinin aparıcı mühəndisi olan Devid Bredli şirkətin bir çox əsas layihələrində iştirak edib və onun karyerasının böyük hissəsi "IBM"lə bağlı olub. D.Bredli "PowerPC" prosessorları əsasında işləyən kompüterlərin istehsalçılar qrupuna da rəhbərlik edib. O, 7 ixtira üçün patent alıb.
Devid Bredli 1949-cu il yanvarın 4-də ABŞ-nin Sietl şəhərində dünyaya gəlib.
Orta məktəbdə oxuyarkən ən çox texniki fənlərlə maraqlanır, bu sahədə istedadı ilə digərlərindən fərqlənir.
Bredli 1971-ci ildə Deyton Universitetində bakalavr dərəcəsi alıb. İndiana ştatının Vest-Lafayett şəhərində yerləşən Perdyu Universitetində magistr dərəcəsinə layiq görülüb. Bredli 1975-ci ildə elektrik mühəndisliyi üzrə fəlsəfə doktoru olur. O, IBM şirkətində işləyərək Series/1 sistemi üzərində çalışır. Bredli 1978-ci ildə System/23 Datamaster üçün giriş-çıxış sistemini işləyib hazırlayır.
Bredli 1983-ci ildə Fərdi Sistemlərin Arxitektura Departamentini formalaşdırır. O, 1984-ci ildə Personal System/2 Modelin 30-ın idarə etməsinə kömək edib.
Bredli 1987-ci ilin noyabrında qabaqcıl prosessor dizayn meneceri olur. Onun qrupu 486/25 Power Platform and the PS/2 Models 90 və 95-i inkişaf etdirib. O, 1991-ci ildə Entry "Systems Technology" üzrə arxitektura meneceri olub. Bredli 1992-ci ildə "PowerPC RİSC" mikroprosessor istifadə edərək fərdi kompüter işləyən qrupun arxitektura meneceri kimi çalışıb.
O, 1993-ci ildə PC qrupun arxitektura menecerliyinə qayıdır.
Klaviaturanın 3 düyməsi onu dünyada məşhurlaşdı 1981-ci ilin Florida ştatının Boka-Raton şəhərində mühəndislər komandası "IBM" üçün yeni fərdi kompüter hazırlayırdı. IBM layihəsi üzərində proqramçı Devid Bredli çalışırdı. Bütün işlər tələsik aparılırdı, çünki rəqiblər — Apple və RadioShack, artıq kompüterlərin kiçik yığcam modelləri istehsala buraxmışdı.
Kompüter üzərində işlər vaxtında başa çatdı, 1981-ci ilin payızında kompüter mağazalarında yeni IBM PC satışa çıxarıldı. Bu, həqiqətən də kütləvi şəkildə yayılan ilk kompüter oldu, bütün dünyada milyonlarla insan iş və yaradıcılıq üçün PC-dan istifadə etdi.
Mühəndislər birinci kompüterlər üzərində işlədiyi dövrdə belə qərara gəliblər ki, yanlış yazılmış proqram fərdi kompüterin donmasına səbəb olur, buna görə nasazlıqdan sonra onun fəaliyyətinin bərpa edilməsi üsulunu qabaqcadan nəzərə almaq lazımdır. Beləliklə, "BIOS" Daimi Yaddaş Qurğusunun proqramlaşdırılması üzərində çalışan Bredli kompüteri yenidən yükləmək üçün "CTRL+ALT+DEL" düymələr kombinasiyasını yaratdı. Qeyd edək ki, Bredli bu düymələr
kombinasiyasının kodunu yazmağa 5 dəqiqə vaxt sərf edib.
O, öz seçimini belə izah edib ki, istifadəçi biri digər ikisindən uzaq yerləşən düymələr kombinasiyasını səhvən sıxa bilməz. Bu uğurlu seçimə baxmayaraq, "IBM" istehsalçıları, hətta istifadəçi təlimatında kompüterin üç düymə vasitəsilə qəzalı yenidən yükləmə çağırışını sənədləşdirmək istəməyiblər. Bu imkan əvvəlcə yalnız proqramçılar üçün dərslikdə təsvir edilib.
"CTRL+ALT+DEL" kombinasiyası 1990-cı illərin əvvəllərində məşhurluq əldə etdi.
Kolleqaları və dostları Bredlini sadə və təvazökar insan kimi xarakterizə edirlər.
Devid Bredli özü qeyd edib ki, "CTRL+ALT+DEL" düymələr kombinasiyası ideyasını o tapıb kodunu yazsa da, bu düymələr kombinasiyasını o deyil, "Microsoft" şirkəti populyarlaşdırıb: "Yüzlərlə insanın iştirakı ilə 2001-ci ildə San-Xose Texniki muzeyində ilk IBM PC-nin buraxılışının 20 illiyi keçirilirdi. Orada Bill Geyts daxil olmaqla, dünya kompüter sənayesinin birinci şəxsləri toplaşmışdılar. İlk sualları jurnalistlər Devid Bredliyə verməyə başladı. Təvazökar proqramçı "CTRL+ALT+DEL" düymələr kombinasiyası necə meydana gəlməsi ilə bağlı suala belə cavab verib:
"Bəli, mən klavişlərin bu uyğunluğunu fikirləşdim, amma məhz Bill onu məşhur etdi". |
Bill Qeyts onun ideyasını bir səhvin nəticəsi hesab edir. Harvard Universitetində müsahibə zamanı Bill Geyts etiraf edib ki, sistemə giriş üçün "Ctrl+Alt+Del" klavişlər kombinasiyasından istifadə qərarı səhv olub. Qeyts bildirib ki, bu qərar səhv idi: "Lakin günahkar mən yox, "IBM" şirkətinin mühəndisi Devid Bredli olub."
Gözlənilməz etiraf zalda gülüşə səbəb olub.
"İlk öncə biz sistemə giriş əməliyyatı üçün bir düymədən istifadə etmək istəyirdik, lakin "IBM" klaviaturasının dizaynına görə məsuliyyət daşıyan gənc bizim ideyamızı qəbul etmədi" – Qeyts deyib.
Bredli 2004-cü ildə, 55 yaşında pensiyaya çıxıb və IBM-də öz müvəffəqiyyətli karyerasını 29 il işləyərək başa çatdırıb. O, topladığı bilik və təcrübəni Şimali Karolina Ştatndə və Florida Atlantik universitetlərində pedaqoji fəaliyyətlə məşğul olaraq tələbələrə verir. Cəmiyyətdə elm və yüksək texnologiyaların aktiv təbliğatında Bredli öz missiyasını yerinə yetirir.
Bredli zarafatla deyib: "Mən o zaman uğurlu həyat yaşadığımı biləcəyəm ki, mənim soyadım krossvord və ya televiktorina sualının cavabı olacaq". Krossvord haqqında dəqiq məlumat olmasa da, amma məşhur Amerika viktorinasına "Ctrl+Alt+Delete" müəllifinin adı həqiqətən düşdü.