Devid Hokni (David Hockney) ingilis rəssam, qrafik, səhnə dizayneri, fotoqraf və pop art cərəyanının görkəmli nümayəndəsi. O, 20-ci əsrin ən nüfuzlü rəssamlarından biri hesab edilir.
Devid Hokni | |
---|---|
David Hockney | |
Doğum tarixi | |
Doğum yeri | Bredford, İngiltərə |
Milliyyəti | İngilis |
Fəaliyyəti | rəssam, rəssam-qravürçü[d], fotoqraf, səhnə dizayneri, boyakar[d], illüstrasiyaçı[d], litoqraf, qrafika ustası[d], heykəltaraş, kollaj hazırlayan[d], memarlıq çertyojçusu[d], ssenarist, vizual incəsənət rəssamı, incəsənət xadimi |
Janr | Pop art |
Stillər | müasir incəsənət[1], pop-art[1] |
Üzvlüyü | |
Mükafatları |
John Moores Painting Prize (1967) Companion of Honour (1997) Royal Academician Order of Merit (2012) |
davidhockney.com | |
Vikianbarda əlaqəli mediafayllar |
Atası hesabdar və həvəskar rəssam olub və Hokninin rəssam kimi formalaşmasında mühüm rol oynayıb. Hokni 1948-ci ildən rəssam olmağa qərar verir və məktəb üçün rəsmlər və plakatlar hazırlayır. 1953-cü ildə Bredford Rəssamlıq Məktəbinə daxil olur. 1959-cu ildə isə Londonda incəsənət üzrə təhsil alır. 1963-cü ildən artıq tanınmağa başlayır.
1960-ci ildə Ron Kitayla tanışlıq və P.Pikassonun sərgisində iştirakından sonra o, incəsənətə baxışını yenidən nəzərdən keçirir. Hokni Londonda olduğu müddətdə kontraslı, əlvan rəsmlər çəkir, rəsmlərə sözlər, qraffiti və reklam fraqmentləri əlavə edir. 1961-ci ildə "Gənc müasirçilər" sərgisində iştirak edir və onun rəsmləri insanlarda böyük maraq oyadır. 1962-ci ildə Rəssamlıq Akademiyasını tərk edir və qaleristin dəstəyi ilə şəxsi sərgisini təşkil edir. O, həmçinin Endi Uorholla tanış olur. Hokni Kaliforniyaya gedir, Los Anceles üzgüçülük hovuzlarının rəsmlər seriyasını çəkir (1967-ci ildə "Piter hovuzdan çıxır" əsəri Walker Art Gallery-də John Moores Rənkarlıq Mükafatını qazanır. Burada yaşadığı müddətdə onun əsərlərinin əsas mövzusunu işıq, su və kişi gözəlliyi təşkil edir.
O, çap edir, dostlarının portretlərini çəkir və Royal Kort Teatrı, Qlayndborn, La Skala, Metropoliten Opera Teatrları üçün səhnə dizaynı hazırlayır. 1982-ci ildə Parisdə keçirilən "Devid Hokni - Fotoqraf" sərgisi və "Devid Hokni:Fotolar" kitabı ona fotoqraf kimi böyük şöhrət qazandırır.
1985-ci ildə Hokniyə birbaşa ekrana çəkməyə imkan verən Quantel Paintbox kompüter proqramı ilə çəkmək tapşırılır.
Onun 60 rəsmin birləşməsi olan nəhəng "Böyük Kanyon" əsəri Avstraliya Milli Galereyası tərəfindən 4,6 milyon dollara alınıb.
Hokninin ən bahalı əsəri "Böyük sıçrayış" 2006-cı ildə satılıb və 2,6 milyon ingilis sternilqi dəyərindədir. 2007-ci ildə ən böyük əsəri olan "Uorter yaxınlığında hündür ağaclar" əsəri Kral Akademiyasının ən böyük qalereyasında asılıb. 2008-ci ildə Hokni bu əsəri Teyt Qalereyasına bağışlayıb. 2009-cu ildən bəri Hokni iPhone və iPad-da Brushes-dan istifadə edərək çoxlu natürmordlar, portretlər və mənzərələr çəkib. 2012-ci ildə yanvarın 21-dən aprelin 9-na kimi Devid Hokninin Kral Akademiyasında "Böyük Rəsm" adlı sərgisi keçirilmişdir. Bu sərgidə rəssamın 150-dən çox əsəri nümayış olunub. Onlardan 50-si iPad-da çəkilib və kağız üzərinə çap edilib.
2008-ci ildə Devid Hoknidən ilhamlanan rəssam Billy Pappas haqqında "Hoknini Gözləyərdən" adlı sənədli filmi çəkilib.