Pop-art və ya pop sənəti (ing.pop art, popular art sözünün qısaldılmış forması — populyar və ya təbii incəsənət) — 1950–1960-cı illərdə Qərbi Avropa və ABŞ-də abstrakt ekspressionizmə əks reaksiya kimi meydana gəlmiş təsviri incəsənət istiqaməti[1], partlayış, şok effekti əmələ gətirən incəsənət[2].
"Pop-art" terminini ilk dəfə 1966-cı ildə ingilis kritiki Lourens Elleoueya işlətmişdir. Pop-art incəsənətdə bədii cərəyan kimi 1950-ci illərin 2-ci yarısından ABŞ və Qərbi Avropa ölkələrində meydana gəlmişdir. Cərəyanın əsasını ABŞ-də Robert Rauşenberq, Roy Lixtenşteyn[3], Casper Cons[4][5], Ceys Rozenkvist, Klas Oldenburq, Cim Dayn, Endi Uorhol, Böyük Britaniyada Piter Bleyk, Riçard Hamilton və b. qoymuşdur[6].
Pop-art nümayəndələrinin "əsərlərində" bədii obrazlar real həyatdan götürülmüş əşyalar yığımı ilə əvəz olunur, beləliklə də natura, əşya "əsərin" əsas (bəzən də yeganə) komponenti kimi nümayiş etdirilir. Pop-art nümayəndələri adi məişət əşyalarını, kitab və jurnallardan kəsilmiş şəkilləri, plastik materiallardan düzəldilmiş ərzaq məmulatını kompozisiyaya daxil edir, bəzən rəngli şəkillər üzərinə metal, ağac, zinət əşyakarı qeyri-məntiqi şəkildə yapışdırmaqla kompozisiya yaradırlar[2].
Жан Бодрийяр. Поп-арт: искусство общества потребления? // Бодрийяр Жан. Общество потребления. Его мифы и структуры. — М.: Культурная революция; Республика, 2006. — С. 150—158.
Рыков А. В. Проблема поп-арта в англо-американской теории искусства // Рыков.
Diggory, Terence (2013) Encyclopedia of the New York School Poets (Facts on File Library of American Literature). ISBN 978-1-4381-4066-7
Francis, Mark and Foster, Hal (2010) Pop. London and New York: Phaidon.
Haskell, Barbara (1984) BLAM! The Explosion of Pop, Minimalism and Performance 1958-1964. New York: W.W. Norton & Company, Inc. in association with the Whitney Museum of American Art.
Lifshitz, Mikhail, The Crisis of Ugliness: From Cubism to Pop-Art. Translated and with an Introduction by David Riff. Leiden: BRILL, 2018 (originally published in Russian by Iskusstvo, 1968).
Lippard, Lucy R. (1966) Pop Art, with contributions by Lawrence Alloway, Nancy Marmer, Nicolas Calas, Frederick A. Praeger, New York.
Selz, Peter (moderator); Ashton, Dore; Geldzahler, Henry; Kramer, Hilton; Kunitz, Stanley and Steinberg, Leo (April 1963) "A symposium on Pop Art" Arts Magazine, pp. 36–45. Transcript of symposium held at the Museum of Modern Art on December 13, 1962.