Pop-art

Qızılı beş gördüm (ing. I Saw the Figure 5 in Gold) — ABŞ rəssamı Çarlz Demut tərəfindən 1928-ci ildə çəkilmiş rəsm əsəri

Pop-art (ing. pop art, popular art sözünün qısaldılmış forması — populyar və ya təbii incəsənət)  — 1950-60-cı illərdə Qərbi AvropaABŞ-də abstrakt ekspressionizmə əks reaksiya kimi meydana gəlmiş təsviri incəsənət istiqaməti[1], partlayış, şok effekti əmələ gətirən incəsənət[2].

Tarixi[redaktə | mənbəni redaktə et]

"Pop-art" terminini ilk dəfə 1966-cı ildə ingilis kritiki Lourens Elleoueya işlətmişdir. Pop-art incəsənətdə bədii cərəyan kimi 1950-ci illərin 2-ci yarısından ABŞQərbi Avropa ölkələrində meydana gəlmişdir. Cərəyanın əsasını ABŞ-də Robert Rauşenberq, Roy Lixtenşteyn[3], Casper Cons[4][5], Ceys Rozenkvist, Klas Oldenburq, Cim Dayn, Endi Uorhol, Böyük Britaniyada Piter Bleyk, Riçard Hamilton və b. qoymuşdur[6].

Xüsusiyyətləri[redaktə | mənbəni redaktə et]

Pop-art nümayəndələrinin "əsərlərində" bədii obrazlar real həyatdan götürülmüş əşyalar yığımı ilə əvəz olunur, beləliklə də natura, əşya "əsərin" əsas (bəzən də yeganə) komponenti kimi nümayiş etdirilir. Pop-art nümayəndələri adi məişət əşyalarını, kitab və jurnallardan kəsilmiş şəkilləri, plastik materiallardan düzəldilmiş ərzaq məmulatını kompozisiyaya daxil edir, bəzən rəngli şəkillər üzərinə metal, ağac, zinət əşyakarı qeyri-məntiqi şəkildə yapışdırmaqla kompozisiya yaradırlar[2].

Görkəmli nümayəndələri[redaktə | mənbəni redaktə et]

Roy Lixtenşteyn. Topla qız, 1961
  • Billi Apl
  • Evelyne Aksell
  • Ser Piter Bleyk
  • Derek Boşier
  • Pauline Botyi
  • Patrik Kaulfield
  • Alan D'Arkangelo
  • Cim Dayn
  • Burhan Doqansi
  • Rosalin Dreksler
  • Robert Doud
  • Ken Elias
  • Erró
  • Marisol Eskobar
  • Ceyms Gill
  • Bryus Gray
  • Red Grooms
  • Riçard Hamilton
  • Keyt Harinq
  • Cann Hauors
  • Devid Hokni
  • Doroti İannone
  • Robert İndiana
  • Casper Cons
  • Allen Cones
  • Aleks Katz
  • Korita Kent
  • Konrad Klaphek
  • Kiki Kogelnik
  • Nikolas Kruşenik
  • Yayoi Kusama
  • Gerald Laing
  • Roy Lixtenşteyn
  • Riçard Lindner
  • Con MakHale
  • Piter Maks
  • Marta Minuçin
  • Takaşi Murakami
  • Yoşitomo Nara
  • Klaes Oldenburq
  • Culian Opie
  • Eduardo Paolotsi
  • Piter Fillips
  • Siqmar Polk
  • Hariton Puşuaqner
  • Mel Ramos
  • Robert Rauşenberq
  • Larri Rivers
  • Ceyms Rizzi
  • Ceyms Rozenkvist
  • Ed Ruşa
  • Niki de Sent Falle
  • Piter Saul
  • Corc Seqal
  • Kolin Self
  • Marjorie Strider
  • Aya Takano
  • Uayne Siebaud
  • CoyTilson
  • Andi Uarhol
  • Idelle Ueber
  • Con Uesli
  • Tom Uesselman

Sitatlar[redaktə | mənbəni redaktə et]

Pop-art — populyar, ötəri, hazırcavab, tez unudulan, seksual və gəncdir. — Riçard Hamilon.


Pop — bu, sevgidir, pop hər şeyi tanıyır ... Pop bomba partlamasına bənzəyir. Bu amerikan arzusu, optimist, səxavətli və sadədir. — Robert İndiana

Ədəbiyyat[redaktə | mənbəni redaktə et]

Rus dilində[redaktə | mənbəni redaktə et]

  • Жан Бодрийяр. Поп-арт: искусство общества потребления? // Бодрийяр Жан. Общество потребления. Его мифы и структуры. — М.: Культурная революция; Республика, 2006. — С. 150—158.
  • Рыков А. В. Проблема поп-арта в англо-американской теории искусства // Рыков.

İngilis dilində[redaktə | mənbəni redaktə et]

  • Diggory, Terence (2013) Encyclopedia of the New York School Poets (Facts on File Library of American Literature). ISBN 978-1-4381-4066-7
  • Francis, Mark and Foster, Hal (2010) Pop. London and New York: Phaidon.
  • Haskell, Barbara (1984) BLAM! The Explosion of Pop, Minimalism and Performance 1958-1964. New York: W.W. Norton & Company, Inc. in association with the Whitney Museum of American Art.
  • Lifshitz, Mikhail, The Crisis of Ugliness: From Cubism to Pop-Art. Translated and with an Introduction by David Riff. Leiden: BRILL, 2018 (originally published in Russian by Iskusstvo, 1968).
  • Lippard, Lucy R. (1966) Pop Art, with contributions by Lawrence Alloway, Nancy Marmer, Nicolas Calas, Frederick A. Praeger, New York.
  • Selz, Peter (moderator); Ashton, Dore; Geldzahler, Henry; Kramer, Hilton; Kunitz, Stanley and Steinberg, Leo (April 1963) "A symposium on Pop Art" Arts Magazine, pp. 36–45. Transcript of symposium held at the Museum of Modern Art on December 13, 1962.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. В. Г. Власов. Иллюстрированный художественный словарь. — СПб.: Икар, 1993. — С. 173.
  2. 1 2 Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә ]. VII ҹилд: МисирПрадо. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев . 1983. С. 600.
  3. Hendrickson, Janis. Roy Lichtenstein. Cologne, Germany: Benedikt Taschen. 1988. səh. 31. ISBN 3-8228-0281-6.
  4. Robert Rosenblum, "Jasper Johns" Art International (September 1960): 75.
  5. Hapgood, Susan, Neo-Dada: Redefining Art, 1958-62. New York: Universe Books, 1994.
  6. de la Croix, H.; Tansey, R., Gardner's Art Through the Ages, New York: Harcourt Brace Jovanovich, Inc., 1980.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]

Həmçinin bax[redaktə | mənbəni redaktə et]