Devid Qross

Devid Qross- (19 fevral 1941il,[1][2] Vaşinqton, ABŞ)[3] - Amerikalı fizik, 2004-cü ildə "Güclü qarşılıqlı təsirlər nəzəriyyəsində asimptotik sərbəstliyin kəşfinə görə" fizika üzrə Nobel mükafatı laureatı (Hyu Devid Politzer və Frank Vilçek ilə birlikdə).

Santa Barbara, Kaliforniya Universitetinin Kavli Nəzəri Fizika İnstitutunun professoru və onun keçmiş direktoru (1997–2012il), ABŞ Milli Elmlər Akademiyasının (1986il) [4] və Amerika Fəlsəfə Cəmiyyətinin (2007il) üzvü.

D.Qross19 fevral 1941-ci ildə Vaşinqtonda yəhudi ailəsində anadan olub. Atası politoloq Bertram Meer Qross (1912-1997il), anası Nora Fine Sovet Ukraynasından ABŞ-a mühacirət edib.[5][6]

D.Qross Yerusalimdə (İsrail) İvrit Universitetində oxumuş, 1962-ci ildə burada magistr dərəcəsi almışdır. 1966-cı ildə Berkli Kaliforniya Universitetində fizika üzrə fəlsəfə doktoru dərəcəsini almışdır. Sonra Harvard Universitetində kiçik elmi işçi, 1969-cu ildən Prinston Universitetinin heyətində və 1972-1997-ci illərdə professor olmuşdur.

Hal-hazırda Santa Barbara Kaliforniya Universitetinin Kavli Nəzəri Fizika İnstitutunda nəzəri fizika üzrə Frederik Qluk professoru dərəcəsinə malikdir.

1973-cü ildə ilk aspirantı Frank Vilçek ilə birlikdə asimptotik sərbəstliyi kəşf etdi, buna görə kvarklar arasındakı məsafə azaldıqca güclü qarşılıqlı təsir zəifləyir. Kvarklar bir-birinə çox yaxın olduqda, özlərini sərbəst hissəciklər kimi aparırlar. Bu nəzəriyyə (həmçinin müstəqil olaraq Hyu Devid Politzer tərəfindən kəşf edilmişdir) kvant xromodinamikanın inkişafı yolunda mühüm addım idi.

Bundan əlavə, D.Qross Jeffrey Harvey, Emil Martinek və Ryan Rohm (Princeton String Quartet) ilə birlikdə heterotik simlər nəzəriyyəsini inkişaf etdirdi.

Amerika Fizika Cəmiyyətinin, Amerika İncəsənət və Elmlər Akademiyasının, İnkişaf Etməkdə Olan Ölkələr Elmlər Akademiyasının (TWAS, 2007il) [7] üzvü, Hindistan Milli Elmlər Akademiyasının (INSA, 2008il),[8] Çin Elmlər Akademiyasının xarici üzvü (2011il), Rusiya Elmlər Akademiyasının üzvüdür (2016il).

2016-cı ildə o, Greenpeace, Birləşmiş Millətlər Təşkilatı və bütün dünya hökumətlərini geni dəyişdirilmiş orqanizmlərə (GMO) qarşı mübarizəni dayandırmağa çağıran bir məktub imzaladı.[9][10][11]

Mükafat və fəxri fərmanları

[redaktə | mənbəni redaktə et]
  • 1970-1974-cü illərdə-Sloun Təqaüdü
  • 1986-cı ildə-Amerika Fizika Cəmiyyətinin Sakurai Mükafatı
  • 1987-ci ildə-Makartur Təqaüdü [12]
  • 1988-ci ildə-Dirak medalı
  • 1994-cü ildə- Veizman Xatirə Mühazirələri
  • 2000-ci ildə-Harvi Mükafatı
  • 2000-ci ildə-Oskar Klein medalı
  • 2003-cü ildə-Hissəciklər fizikası və yüksək enerji fizikası üzrə mükafat
  • 2004-cü ildə-Fransa Elmlər Akademiyasının Böyük medalı
  • 2004-cü ildə-Fizika üzrə Nobel Mükafatı (Hyu Devid Politzer və Frank Vilçek ilə birlikdə)
  • 2005-ci ildə- Qızıl Plata Mükafatı, Nailiyyətlər Akademiyası
  • 2008-ci ildə-San Carlos Boromero Mükafatı, Filippin San Karlos Universiteti
  • 2010-cu ildə-Kamboca Universitetinin fəxri elmlər doktoru
  • 2013-cü ildə-Richard E. Prange mükafatı, Merilend Universiteti
  • 2016-cı ildə-Şərəf medalı, Birgə Nüvə Tədqiqatları İnstitutu, Rusiya
  1. David Gross // Internet Speculative Fiction Database (англ.) — 1995.
  2. ↑ Перейти обратно:1 2 Leidse Hoogleraren (нидерл.)
  3. Deutsche Nationalbibliothek Record #1052439292 // Gemeinsame Normdatei (нем.) — 2012—2016.
  4. Гросс, Дейвид на сайте Национальной академии наук США  (англ.)
  5. Автобиография на сайте Нобелевского комитета. Дата обращения: 10 июля 2014. Архивировано 4 декабря 2017 года.
  6. ↑ Перепись населения США 1940 года. Дата обращения: 10 июля 2014. Архивировано 7 апреля 2016 года.
  7. Gross David | TWAS. Дата обращения: 1 декабря 2015. Архивировано 8 декабря 2015 года.
  8. ↑ The Year Book 2014 // Indian National Science Academy  (англ.)
  9. 107 Nobel laureates sign letter blasting Greenpeace over GMOs. Дата обращения: 30 июня 2016. Архивировано 29 июня 2016 года.
  10. ↑ Laureates Letter Supporting Precision Agriculture (GMOs). Дата обращения: 30 июня 2016. Архивировано 7 июля 2016 года.
  11. ↑ Список нобелевских лауреатов, подписавших письмо. Дата обращения: 30 июня 2016. Архивировано 2 сентября 2017 года.
  12. David Gross, MacArthur Foundation. Дата обращения: 7 сентября 2015. Архивировано 12 сентября 2015 года.