Devid O. Selznik və ya Zelsnik (ing. David O. Selznick; 10 may 1902[2][3][…], Pitsburq, ABŞ[4] – 22 iyun 1965[2][3][…], Hollivud, ABŞ[4]) — ABŞ prodüseri, Hollivud tarixində ən böyük uğurlara imza atmış kinoprodüserlərdən biri. Onun rəhbərliyi altında XX əsrin "Kinq-Konq" (1933), "Küləklə sovrulanlar" (1939), "Rebekka" (1940) kimi ən möhtəşəm filmlərinə imza atılmışdır.
Devid Selznik | |
---|---|
ing. David Selznick | |
Digər adları |
Devid O. Selznik Devid Zelsnik Oliver Ceffris[1] |
Doğum tarixi | 10 may 1902[2][3][…] |
Doğum yeri | |
Vəfat tarixi | 22 iyun 1965[2][3][…] (63 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | ürək tutması |
Dəfn yeri |
|
Vətəndaşlığı | |
Həyat yoldaşı |
İren Qledis Meyer Selznik (1930-1948; boşanıblar) Cennifer Cons (1949-1965; Devid Selznik vəfat edib) |
Atası | Lüis C. Selznik |
Fəaliyyəti | film prodüseri, ssenarist, sahibkar, icraçı prodüser[d], kinorejissor, prodüser |
Fəaliyyət illəri | 1923-cü ildən |
Təhsili | |
IMDb | ID0006388 |
Vikianbarda əlaqəli mediafayllar |
Devid Selznik 1902-ci ildə Pensilvaniyada yəhudi ailəsində anadan olmuşdur. Atası səssiz kino distribütoru Lüis C. Selznik idi.
Devid Nyu-Yorkdakı Kolumbiya Universitetində təhsil almış və 1923-cü ildəki iflasa qədər atasının şagirdi kimi işləmişdir. 1926-cı ildə Selznik Hollivuda köçür və atasının əlaqələrini köməyilə Metro-Goldwyn-Mayer kino şirkətində ssenari redaktorunun köməkçisi kimi işə düzəlir. 1928-ci ildə MGM-i tərk edərək Paramount Pictures studiyasına üz tutur. Selznik orada 1931-ci ilə qədər işləyir. Bu, artıq onun RKO Pictures-in rəhbəri olduğu dövrə təsadüf edir.
Növbəti üç ildə (1933–1936) Selznik Metro-Goldwyn-Mayer-in vitse-prezidenti olur. Prodüser kimi "İki şəhər haqqında povest", "Devid Kopperfild" və "Anna Karenina" kimi filmlərdə ixtisaslaşmışdır.
1936-cı ildə Selznik şəxsi Selznic International kino şirkətini yaradır. Eyni zamanda United Artists ilə də müqavilə bağlayır. Həmin dövrdə Selznik 50.000 dollara "Küləklə sovrulanlar" bestsellerini ekranlaşdırmaq hüququnu əldə edir. Növbəti üç ildə o, romanın epik ekran həlli üzərində çalışır. Film olduqca yüksək qəbul edilir və Selznikə ilk Oskar mükafatını qazandırır.
1939-cu ildə Selznik Britaniya rejissoru Alfred Hiçkokla uzunmüddətli müqavilə bağlayır. Ən yaxşı filmə görə Oskar mükafatı əldə etməsinə baxmayaraq, onların "Rebekka" filmi üzərində birgə işi rejissor və prodüser arasında narazılığa səbəb olmuşdu. Məsələn, onların filmin sonluğundakı "R" hərfinə görə də mübahisəsi düşmüşdü. Selznik bu hərfin külqabıdan qalxan tüstü ilə buludlarda canlanmasını istəyirdi. Hiçkok isə eyni şeyin yastıq üzərində gərəkli olduğunu israr edirdi.[5] Beləliklə, Selznik Hiçkoku digər studiyalara "icarəyə verir" və bu pullara öz şəxsi filmlərini çəkməyə başlayır. Həmin filmlərdə baş rol bir qayda olaraq, onun gənc həyat yoldaşı Cennifer Cons tərəfindən ifa olunmalı idi.
1946-cı ildə Selznik genişmiqyaslı düşünülmüş "Günəş altında duel" vesterni ilə "Küləklə sovrulanlar"ın uğurunu təkrarlamağa çalışdı. İki il sonra isə alkoqolla bağlı kəskin problemlər onu kino sənayesindən uzaqlaşmağa məcbur etdi. O, "Əlvida, silah" romanını ekranlaşdırmaq hüququ alandan sonra 1957-ci ildə yenidən böyük kinoya qayıtmağa cəhd göstərdi. Lakin əsərin kino versiyası prokatda uğursuzluğa düçar oldu.
Devid Selznik 63 yaşında ürək çatışmazlığından vəfat etmişdir.
İl | Azərbaycanca adı | Orijinal adı | Rejissor | Studiya |
---|---|---|---|---|
1923 | O Dempsini zəbt edəcək? | ing. Will He Conquer Dempsey? | ||
1923 | Rudolf Valentino və onun 88 Amerika gözəli | ing. Rudolph Valentino and His 88 American Beauties | ||
1924 | Ruletka | ing. Roulette | S.E.V. Teylor | Aetna-Selznick Distributing Corporation |
1928 | Qərbin zibilləri | ing. Spoilers of the West | V.S. Van Dayk | Metro-Goldwyn-Mayer |
1928 | Vayominq | ing. Wyoming | V.S. Van Dayk | Metro-Goldwyn-Mayer |
1928 | Unudulan simalar | ing. Forgotten Faces | Viktor Şşertzinger | Paramount Pictures |
1929 | Çin məhəlləsinin gecələri | ing. Chinatown Nights | Uilyam Uellman | Paramount Pictures |
1929 | Sevdiyim insan | ing. The Man I Love | Uilyam Uellman | Paramount Pictures |
1929 | Dörd lələk | ing. The Four Feathers | Merian Kuper Lotar Mendes Ernest B. Şodsak |
Paramount Pictures |
1929 | Həyatın rəqsi | ing. The Dance of Life | Con Kromvell A. Edvard Sazerlend |
Paramount Pictures |
1929 | "Fast" şirkəti | ing. Fast Company | A. Edvard Sazerlend | Paramount Pictures |
1930 | Şans küçəsi | ing. Street of Chance | Con Kromvell | Paramount Pictures |
1930 | Sara və oğlu | ing. Sarah and Son | Doroti Arzner | Paramount Pictures |
1930 | Bal | ing. Honey | Uesli Raqqlz | Paramount Pictures |
1930 | Texaslı | ing. The Texan | Con Kromvell | Paramount Pictures |
1930 | Müdafiə üçün | ing. For the Defense | Con Kromvell | Paramount Pictures |
1930 | Təsadüfi qətl | ing. Manslaughter | Corc Frensis Ebbot | Paramount Pictures |
1930 | Gülüş | ing. Laughter | Harri d'Abbadi d'Arrast | Paramount Pictures |
1932 | İtirilmiş eskadron | ing. The Lost Squadron | Corc Arçeynbod | RKO Pictures |
1932 | Altı milyonun simfoniyası | ing. Symphony of Six Million | Qreqori La Kava | RKO Pictures |
1932 | Dövlətin inamı | ing. State's Attorney | Corc Arçeynbod | RKO Pictures |
1932 | Qərbə tərəf keçid | ing. Westward Passage | Robert Milton | RKO Pictures |
1932 | Hollivud neçəyədir? | ing. What Price Hollywood? | Corc Kyukor | RKO Pathé |
1932 | Əjdaha nəriltisi | ing. Roar of the Dragon | Uesli Raqqlz | RKO Pictures |
1932 | Razılaşma yaşı | ing. The Age of Consent | Qreqori La Kava | RKO Pictures |
1932 | Cənnət quşu | ing. Bird of Paradise | Kinq Vidor | RKO Radio Pictures |
1932 | Boşanma müqaviləsi | ing. A Bill of Divorcement | Corc Kyukor | RKO Radio Pictures |
1932 | Qaliblər | ing. The Conquerors | Uilyam Uellman | RKO Pictures |
1932 | Qadağan olunmuş dodaqlar | ing. Rockabye | Corc Kyukor | RKO Pathé |
1932 | Yarıçılpaq həqiqət | ing. The Half-Naked Truth | Qreqori La Kava | RKO Radio Pictures |
1932 | Heyvan krallığı | ing. The Animal Kingdom | Edvard H. Qriffit | RKO Radio Pictures |
1933 | Topaz | ing. Topaze | Harri d'Abbadi d'Arrast | RKO Radio Pictures |
1933 | Böyük Casper | ing. The Great Jasper | C. Volter Rubin | RKO Pictures |
1933 | Ən yaxşılarımız | ing. Our Betters | Corc Kyukor | RKO Radio Pictures |
1933 | Kinq-Konq | ing. King Kong | Merian Kuper Ernest B. Şodsak |
RKO Radio Pictures Turner Entertainment |
1933 | Kristofer Stronq | ing. Christopher Strong | Doroti Arzner | RKO Radio Pictures |
1933 | Təmizlənmə | ing. Sweepings | Con Kromvell | RKO Pictures |
1933 | Meymun pəncəsi | ing. The Monkey's Paw | Ernest B. Şodsak | RKO Radio Pictures |
1933 | Saat səkkizdə nahar | ing. Dinner at Eight | Corc Kyukor | Metro-Goldwyn-Mayer |
1933 | Gecə uçuşu | ing. Night Flight | Klarens Braun | Metro-Goldwyn-Mayer |
1933 | Baronu qarşılayın | ing. Meet the Baron | Volter Lenq | Metro-Goldwyn-Mayer |
1933 | Rəqs edən qadın | ing. Dancing Lady | Robert Z. Leonard | Metro-Goldwyn-Mayer |
1934 | Yaşasın Villa! | ing. Viva Villa! | Cek Konvey | Metro-Goldwyn-Mayer |
1934 | Manhetten melodramı | ing. Manhattan Melodrama | V.S. Van Dayk | Metro-Goldwyn-Mayer |
1935 | Devid Kopperfild | ing. David Copperfield | Corc Kyukor | Metro-Goldwyn-Mayer |
1935 | Vanessa: Onun sevgi hekayəti | ing. Vanessa: Her Love Story | Uilyam K. Hovard | Metro-Goldwyn-Mayer |
1935 | Ehtiyatsız | ing. Reckless | Viktor Fleminq | Metro-Goldwyn-Mayer |
1935 | Anna Karenina | ing. Anna Karenina | Klarens Braun | Metro-Goldwyn-Mayer |
1935 | İki şəhər haqqında povest | ing. A Tale of Two Cities | Cek Konvey | Metro-Goldwyn-Mayer |
1936 | Kiçik lord Fontleroy | ing. Little Lord Fauntleroy | Con Kromvell | Selznick International Pictures |
1936 | Allahın bağı | ing. The Garden of Allah | Riçard Boleslavski | Selznick International Pictures |
1937 | Ulduz doğuldu | ing. A Star Is Born | Uilyam Uellman | Selznick International Pictures United Artists |
1937 | Zendanın əsiri | ing. The Prisoner of Zenda | Con Kromvell | Selznick International Pictures United Artists |
1937 | Müqəddəs heç nə | ing. Nothing Sacred | Uilyam Uellman | Selznick International Pictures United Artists |
1938 | Tom Soyerin macəraları | ing. The Adventures of Tom Sawyer | Norman Tauroq | Selznick International Pictures United Artists |
1938 | Qəlbən cavan | ing. The Young in Heart | Riçard Uolles | Selznick International Pictures |
1939 | Bir-biri üçün | ing. Made for Each Other | Con Kromvell | Selznick International Pictures |
1939 | İntermesso | ing. Intermezzo | Qriqori Ratov | Selznick International Pictures |
1939 | Küləklə sovrulanlar | ing. Gone with the Wind | Viktor Fleminq | Selznick International Pictures Metro-Goldwyn-Mayer |
1940 | Rebekka | ing. Rebecca | Alfred Hiçkok | Selznick International Pictures |
1944 | Hədsiz dərəcədə mükafatlandırma | ing. Reward Unlimited | Jak Turnör | David O. Selznick Productions |
1944 | Siz gedən kimi | ing. Since You Went Away | Con Kromvell | David O. Selznick Productions |
1944 | Mən sizi görəcəyəm | ing. I'll Be Seeing You | Uilyam Diterle | Vanguard Films David O. Selznick Productions |
1945 | Ovsunlanmış | ing. Spellbound | Alfred Hiçkok | Vanguard Films David O. Selznick Productions |
1946 | Günəş altında duel | ing. Duel in the Sun | Kinq Vidor | David O. Selznick Productions |
1947 | Paradayn hadisəsi | ing. The Paradine Case | Alfred Hiçkok | Vanguard Films David O. Selznick Productions |
1948 | Cenninin portreti | ing. Portrait of Jennie | Uilyam Diterle | Vanguard Films The Selznick Studio |
1949 | Üçüncü adam | ing. The Third Man | Kerol Rid | Selznick Releasing Organization |
1950 | Yerə aparılmış | ing. Gone to Earth | Maykl Pauell Emerik Pressburger |
RKO Radio production |
1953 | Termini vağzalı | it. Stazione Termini | Vittorio de Sika | Columbia Pictures De Sica Productions Selznick International Pictures |
1957 | Əlvida, silah | ing. A Farewell to Arms | Çarlz Vidor | 20th Century Fox |