Rebekka (film, 1940)

"Rebekka" (ing. Rebecca) — 1940-cı ildə rejissor Alfred Hiçkokun triller janrında çəkdiyi bədii film. Film Dafna dü Moryenin eyniadlı romanı əsasında çəkilmişdir. Baş rollarda Lourens OlivyeCoan Fonteyn çəkilib. Film iki "Oskar" mükafatına layiq görülüb.

Rebekka
ing. Rebecca
Janr triller
Rejissor Alfred Hiçkok
Prodüser Devid Selznik
Əsərin müəllifi Dafna dü Morye
Ssenari müəllifləri Robert E. Şervud
Coan Harrison
Baş rollarda Lourens Olivye
Coan Fonteyn
Operator Corc Barns
Bəstəkar Frans Uaksman
Rəssam Layl Uiler
İstehsalçı Selznick International Pictures
Distribütor Netflix
İlk baxış tarixi 1940, 1 oktyabr 1940, 12 aprel 1940[2]
Filmin növü bədii film
Müddət 130 dəqiqə
Büdcə 1,288,000 $[1]
Gəlir 6 milyon $[1]
Ölkə ABŞ ABŞ
Dil ingilis dili
İl 1940
Rəng ağ-qara
IMDb ID0032976
Mükafatları Ən yaxşı filmə görə "Oskar" mükafatı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Möhtəşəm rəqs gecələri ilə tanınan Menderli malikanəsinin sahibi Maksimillian de Vinter (Lourens Olivye) gözəl həyat yoldaşı Rebekkanın ölümündən bir il sonra Monte-Karloya gedir. Orada missis Van Hopper (Florens Beyts) və onun gənc ortağı ilə tanış olur. Zaman keçdikcə Maksimilian adını bilmədiyimiz bu gənc xanımla (Coan Fonteyn) maraqlanmağa başlayır. Tezliklə cütlük nikaha daxil olur. Ağciyər və utancaq qız üçün Menderlidə yaşamaq o qədər də asan olmur. Malikanədə olan hər bir şey keçmiş xanımı xatırladır. Hətta təsərrüfat işləri ilə məşğul olan missis Denvers (Cudit Anderson) qeyri-təbii şəkildə Rebekkaya sədaqət nümayiş etdirir, lakin bu yeni missis de Vinterin qismətinə düşən bədbəxtliklərin hələ başlanğıcıdır.

  • Lourens Olivye — Corc Forteskü Maksimillian de Vinter
  • Coan Fonteyn — ikinci missis de Vinter
  • Cudit Anderson — missis Denvers
  • Corc Sanders — Cek Fevell
  • Naycel Brüs — Jil Lesi
  • Recinald Denni — Frenk Krouli
  • Obri Smit — polkovnik Culian
  • Qledis Kuper — Beatris Lesi
  • Florens Beyts — missis Edit Van Hopper
  • Leo C. Kerroll — doktor Beyker
  • Melvill Kuper — müstəntiq
  • Edvard Fildinq — Fris
  • Filip Uinter — Robert

Mükafatlar və nominasiyalar

[redaktə | mənbəni redaktə et]

"Rebekka" filmi 11 nominasiyada Oskar mükafatına namizəd göstərilib və 2 nominasiyada mükafata sahib olub.[3] 1936-cı ildən etibarən bu yeganə filmdir ki, Ən yaxşı film nominasiyasında qalib olsa da, rejissor, aktyorlar və ssenari müəllifləri bu mükafata layiq görülməyiblər.

Lourens OlivyeCoan Fonteyn filmin çəkilişində.
Mükafatlar
Mükafat Nominasiya Namizəd şəxs Nəticə
Oskar mükafatı Ən yaxşı film Selznick International Pictures
Devid Selznik
Qazandı
Ağ-qara filmdə ən yaxşı operator Corc Barns[4] Qazandı
Ən yaxşı rejissor Alfred Hiçkok Namizəd
Ən yaxşı uyğunlaşdırılmış ssenari Robert E. Şervud
Coan Harrison
Namizəd
Ən yaxşı aktyor Lourens Olivye Namizəd
Ən yaxşı aktrisa Coan Fonteyn Namizəd
Ən yaxşı ikinci plan aktrisa Cudit Anderson Namizəd
Ən yaxşı montaj Hel S. Kern Namizəd
Ən yaxşı orijinal musiqi Frans Uaksman Namizəd
Ən yaxşı quruluşçu rəssam-dekorator Layl Uiler Namizəd
Ən yaxşı vizual effektlər Cek Kosqrov
Artur Cons
Namizəd

"Rebekka" filmi iki dəfə AFI-nin AFI 100 Years… series siyahısına salınmışdır.

  • AFİ-nin 100 il… 100 triller siyahısı – #80
  • AFİ-nin 100 il… 100 qəhrəmanlar və yaramazlar siyahısı – Missis Denvers, #31 Yaramazlar

Filmdəki lezbos xətti

[redaktə | mənbəni redaktə et]

"Rebekka" filmi Heys Kodeksinə uyğunluqla bağlı Production Code Administration tərəfindən əsaslı surətdə araşdırılmışdı.[5] Buna səbəb filmdə lezbiyanlığa dair gizli mənanın mövcudluğu şübhəsi idi. Araşdırma uğurlu nəticə verdi, lakin filmdə lezbos xəttinin olması kino tədqiqatçıları və lezbiyan auditoriya tərəfindən sübuta yetirildi.[6][7] Ekranda açıq nümayişə qadağa meyilləri əslində bu istəyin aşkara çıxarılması üçün əlavə imkan yaratdı. Gizli məna ekran əsərinin daha dərin qatlarına baş vurulması ehtiyacını yaradırdı. Lazım olan obraz ayrı-ayrı detallardan yaradılır və bu mənanın yozumunda tamaşaçıların açıq iştirakını tələb edir.[5] Bir çox hallarda fərqli meyillərə malik qəhrəmanın təqdimatı zamanı məqsədli imtina əsas rol oynayır. Bu zaman obraz yalnız digər qəhrəmanların xatirəsində "yaşayır". Oxşar variant "Rebekka"da da ehtiras hədəfi təsərrüfatçı missis Denversin filmdə yoxluğu kimi istifadə olunub.[7][8] Belə olduqda, qadağan olunmuş münasibətlər tamamilə aradan qaldırılır. Bu münasibətlər qarşı tərəfin iştirakı olmadığına görə, yolverilməz görünür və senzuradan yan keçməni təmin edir, lakin bu təfsir ehtimalından azad etmir, əksinə izaha açar vasitə kimi xidmət edir. Rebekkanın yoxluğu, əslində süjetdə lezbiyan münasibətlərinin olmadığını qəsdən nəzərə çarpdırmaq kimi şərh edilə bilər. Bu məsələ filmin prodüseri Devid Selznikin sözlərində də öz əksini tapır:[9]

" Biz seksual pozğunluğa yol verməyəcəyik, hətta bu ehtimal olunsa belə.
"

Missis Denvers obrazı tipik "lezbos dəsti" kimi stereotip cizgilərilə yaradılıb və Amerika kinematoqrafiyasının 1920-ci illərdən başlamış dövrü üçün səciyyəvidir: kobud rəftarlı, qəddar, qarayanız, daima qapalı tünd paltarlar geyinən qadın nümunəsi. Onun heç bir zahiri əlamətində şəfqət hissi duymaq mümkün deyil və hətta onun mübtəlalığı birbaşa ölmüş insana istiqamətlənib.[6][7][10] Missis Denversin lezbiyanlığa meyli həmin dövrün digər klassikası "Çağırılmamışlar" filmindəki miss Holloveyin oriyentasiyasını xatırladır.[11][12] Rebekkanın özünün homoseksuallığı sualı isə açıq qalır və tədqiqatçılar arasında buna birmənalı yanaşan yoxdur.[12] Lakin Rebekka rolunun qadın ehtirasının hədəfi olması ehtimalı da var.[6][13]

  1. 1 2 Box Office Information for Rebecca Arxivləşdirilib 2013-09-28 at the Wayback Machine. The Numbers. İstifadə tarixi: 2017-07-19.
  2. IMDb (ing.). 1990.
  3. "The 13th Academy Awards (1941) Nominees and Winners". Academy of Motion Picture Arts and Sciences. 2016-03-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-07-19.
  4. "Critic's Pick: Rebecca". The New York Times. 2012-02-17 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-07-19.
  5. 1 2 "Hollywood Lesbians. Annamarie Jagose interviews Patricia White about Her Latest Book «Uninvited: Classical Hollywood Cinema and Lesbian Representability»". Genders (ingilis). Genders.org. 2000. 2011-07-17 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-07-20.
  6. 1 2 3 Alison Darren. Lesbian Film Guide. London and New York: CASSEL. 2000. 177.
  7. 1 2 3 Harry M. Brenshoff and Sean Griffin. Queer images : a history of gay and lesbian film in America. The Production Code and “Sex Perversion”. USA: Rowman & Littlefield Publishers, Inc. 2006. 32.
  8. Patricia White. Uninvited: classical Hollywood cinema and lesbian representability. USA: Indiana University Press. 1999. 269. ISBN 9780253213457.
  9. Uninvited, 1999. səh. 65
  10. Richard Dyer. The culture of queers. Queer Noir. USA: Routledge. 2002. 96. ISBN 9780415223768.
  11. Queer images, 2006. səh. 66
  12. 1 2 Uninvited, 1999. səh. 66
  13. Queer images, 2006. səh. 67

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]