Difai FK — 2018-ci ildə yaradılıb.[2] Klub 2022/2023-cü il futbol mövsümündə Azərbaycan Birinci Liqasında Ağsu şəhərini təmsil edir.
Difai FK | |
---|---|
Klubun tam adı | Difai Futbol Klubu |
Ölkə | Azərbaycan |
Kodu | DİF |
Rəng(lər) | qara–qırmızı |
Yaranma tarixi | 2022 ) |
Stadionu | Şamaxı şəhər stadionu[1] |
Tutumu | 950 |
Baş məşqçisi | Paşa Əliyev |
Kapitanı | Anar Orucov |
Liqa | Azərbaycan Birinci Liqası |
2023/2024 | 1 |
"Difai" 1918-ci ilə qədər gizli fəaliyyət göstərmiş Azərbaycanın 1-ci anti-terror təşkilatının adıdır.
2022/2023 mövsümündə "DİFAİ" klubu Region Liqasında Paxtaxt qrupunda mübarizə aparmağa başladı. 11 noyabr 2022-ci ildə ilk oyununda Cürət klubuna böyük darmadağınla qalib gəldi. Beləcə, liqada güclü rəqib olduğunu bir növ bəyan etmiş oldu. Ardından "İCBFA" 4–2, "Çınar Zəngilan" klubunu 2–1 hesabı ilə məğlub etdi. Darmadağınlara davam edən klub 4-cü oyununda "İrəvan" klubunu 12–0 hesabı ilə, "Cəbrayıl" klubunu 3–2 hesabı ilə, "Lokomotiv" klubunu 7–1 hesabı ilə məğlub etdi. Rəqiblərin kabusuna çevrilən "DİFAİ" 9 oyun məğlub edilməz bir kluba çevrildi. "DİFAİ" klubunun qarşısını yalnız 10-cu oyunda "Çınar Zəngilan" klubun 2–0 hesabı ilə məğlub edərək ala bildi.[3]
Pley-off mərhələsində isə, "DİFAİ" daha çox etirazı ilə gündəmə gəldi. Belə ki, "Şirvanovka" klubu ilə oynanan oyunlarda qayda pozuntusunun baş verdiyini, AFFA ya müraciət etdiklərini dilə gətirdilər.[4] 2022/23 sezonu üçün ələmdar olan başqa bir hadisə isə, klubun stadionunun "ASK Arenadan" "Şirvan Olimpiya Kompleksinə" daşınması oldu.[5][6]
2023/2024-cü il futbol mövsümündə Azərbaycan Birinci Liqasına vəsiqə əldə edən klublar arasında "Difai" klubunun da adı var idi. Bu mövsüm üçün əlamətdar başqa bir hadisə isə, klubun artıq Şuşanı deyil, Ağsu şəhərini təmsil etməyə başlaması oldu. Həmçinin 21 noyabr tarixindən etibarən klub ev oyunlarını Şamaxı şəhər stadionunda keçirməyə başladı. Səbəb, Ağsu stadionunun təmirə başlamasıdır.[1]
Klubun hədəfi çempionluqdur. Azərbaycanı uğurla təmsil etmək. Həmçinin premyer liqaya vəsiqə qazanmaqdır.[2]