Dina Tumarkina

Dina İosifovna Tumarkina (16 avqust 1932, Odessa) — Azərbaycan teatr aktrisası, Azərbaycan SSR xalq artisti (1981), Azərbaycan SSR Dövlət mükafatı laureatı (1972).

Dina Tumarkina
Doğum tarixi (91 yaş)
Doğum yeri Odessa, Odessa vilayəti, Ukrayna SSR
Vətəndaşlığı SSRİ SSRİ
İsrail İsrail
Fəaliyyəti teatr aktrisası
Fəaliyyət illəri 1956-cı ildən
Teatr Azərbaycan Dövlət Rus Dram Teatrı
Mükafatları "Azərbaycan SSR xalq artisti" fəxri adı — 1981 "Azərbaycan SSR əməkdar artisti" fəxri adı — 1972 Azərbaycan SSR Dövlət mükafatı — 1972

Həyatı[redaktə | mənbəni redaktə et]

Dina Tumarkina 16 avqust 1932-ci ildə Odessada anadan olmuşdur. O, Odessa Texnologiya İnstitutunda və M.E.Tilker adına Odessa teatr studiyasında təhsil almışdır.[1] 1955-ci ildə Bakıya köçmüş, yarım il Gənc Tamaşaçılar Teatrının, 1956-cı ildən isə Azərbaycan Dövlət Rus Dram Teatrının aktrisası olmuşdur. Dina Tumarkina bu teatrdakı 34 illik yaradıcılıq fəaliyyəti ərzində 150-dən artıq rol ifa etmişdir.[2]

Aktrisa 1990-cı ilin əvvəlindən İsraildə yaşayır. O, buradakı müxtəlif teatrlarda 6-ı ivrit dilində olmaqla, 11 rol ifa etmişdir.[2]

Təltif və mükafatları[redaktə | mənbəni redaktə et]

İfa etdiyi əsas rollar[redaktə | mənbəni redaktə et]

Dina Tumarkinanın repertuarında iradəli və işgüzar qadın obrazları yer tutmuşdur.[3] Onun ifa etdiyi əsas rollar:[4]

  • "Komandorun addımları", Vadim Korostılyev — Nataliya
  • "Şıltaq qızın yumşalması", Uilyam ŞekspirBianka
  • "Sirano de Berjerak", Edmon RostanRoksana
  • "Vanya dayı", Anton ÇexovYelena Andreyevna
  • "Terezanın ad günü", Georgi MdivaniAmanda
  • "Dairəni genişləndirin", İmran QasımovAliyə
  • "Sən həmişə mənimləsən", İlyas ƏfəndiyevNəzakət
  • "Şəhərin yay günləri", AnarDilarə
  • "Vicdan", Vladimir Tokarev — Valya
  • "Bəyaz gecələrlə vidalaşma", Vera Panova — Kira

Filmoqrafiya[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "İsraildə yaşayan Azərbaycan xalq artistinin 85 illik yubileyi keçirilib". Trend İnformasiya Agentliyi. 3 iyun 2017. 29 dekabr 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 dekabr 2020.
  2. 1 2 3 Аграновский А. Звезда под названием Дина Тумаркина // Вышка (rus). 7 августа 2015. С. 6.
  3. Тумаркина Дина Иосифовна // Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә ]. IX ҹилд: СпутникФронтон. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев . 1986. С. 371.
  4. İlham Rəhimli. Azərbaycan Teatr Ensiklopediyası (3 cilddə). 1-ci cild. Bakı: Azərnəşr. 2016. səh. 428. ISBN 978-9952-8306-3-7.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]