"Dinamo Kazan" — qeyri-müstəqil Tatarıstan Muxtar Respublikasının paytaxtı Kazan şəhərini təmsil edən qadın voleybol klubudur.Muxtar Respublika hal-hazırda Rusiyanın tərkibində olduğu üçün komanda Rusiya Superliqasında çıxış edir.
Dinamo Kazan | |||
---|---|---|---|
Ölkə | |||
Şəhər | Kazan | ||
Ləqəb(lər) | Ženskij Volejbol'nyj Klub Dinamo Kazan | ||
Rəng(lər) | göy-ağ | ||
Yaranma tarixi | 2002 | ||
Meydança | Kazan Basket Hall | ||
Tutumu | 7.000 | ||
Prezidenti | Leonid Barişev | ||
Baş məşqçisi | Rişat Qilyazatdinov | ||
Liqa | Rusiya Superliqası | ||
2012-13 | Çempion | ||
|
|||
Rəsmi saytı | |||
Vikianbarda əlaqəli mediafayllar |
Komanda 2002-ci ildə Tatarıstan prezidentinin sərəncamı ilə yaradılmışdır. Klub Rusiyanın son illərdə ən böyük çıxış yaxalayan komandalardandır. Komanda ilk çempionluğunu 2011-ci ildə yaşadı. Daha sonra ardıcıl iki il bu titulu qorudu. Son Rusiya çempionu 2013-cü ildə super ulduz Yekaterina Qamovayı transfer edərək onsuzda güclü olan heyətini daha da zənginləşdirdi. 2014-cü ildə isə kazanlılar Bakıda keçirilən "Dördlər finalı"nda ilk öncə Rabitəni məğlub edib daha sonra finalda son çempion Vakıfbank Günəş Sığortanı 3-0 yenərək tarixində ilk dəfə CEV Qadınlar Çempionlar Liqasını qazandı. Həmçinin, turnirin ən yaxşı oyunçusu da Qamova oldu.[1]
2013-14 mövsümü üçün[2]
Nömrə | Oyunçunun adı | Mövqeyi | Boyu(metr) | Doğum tarixi |
1 | Mariya Borodakova | Blokçu | 1.90 | 1986 |
3 | Olqa Biryukova | Diaqonal | 1.94 | 1994 |
4 | Dаrya Маliqina | Diaqonal | 2.00 | 1994 |
5 | İrina Malkova | Blokçu | 1.92 | 1989 |
8 | Dariya Rossamaxina | Toppaylayıcı | 1.87 | 1987 |
9 | Маriya Popova | Hücumçu | 1.80 | 1986 |
10 | Cordan Larson | Hücumçu | 1.88 | 1986 |
11 | Yekaterina Qamova | Diaqonal | 2.02 | 1980 |
13 | Yevgeniya Startseva | Toppaylayıcı | 1.85 | 1989 |
14 | Yekaterina Ulanova | Libero | 1.76 | 1986 |
15 | Antonella del Kore | Hücumçu | 1.82 | 1980 |
16 | Аnnа Меlikova | Blokçu | 1.92 | 1995 |
17 | Reqina Moroz | Blokçu | 1.88 | 1987 |
18 | İrina Voronkova | Hücumçu | 1.90 | 1995 |
Texniki heyət[3]