Dinozavr dərrakəsi

Troodon inequalisin skelet tərkibi. Troodontidlər quş olmayan dinozavrlar arasında beyin kütlə indeksi yüksək olanlardandır, yəni onlar davranış baxımından inkişaf ediblər və güclü hissiyyatları olub.[1]

Dinozavr dərrakəsi paleontoloqlar üçün uzun müddət mübahisə mövzusu olub. Quş olmayan dinozavrlar əvvəl dərrakəsiz heyvanlar sayılmış, ancaq Dinozavr intibahından sonra onlara qiymət verilmişdir. Dinozavr dərrakəsi haqqındakı bu yeni optimizmin qaynağı Yura dövrü parkı kimi məşhur əsərlərdə nümayiş edilən həddindən artıq şişirdilmiş təsvirlərdir. Paleontoloqlar hal-hazırda dinozavrları sürünənlər üçün çox ağıllı, ancaq müasir məməlilər qədər ağıllı olmayan heyvan hesab edir. Bəziləri iddia edir ki, əgər Təbaşir-Paleogen nəsil kəsilməsi baş verməsəydi, kiçik teropodların dərrakəli formaları insan səviyyəsində intelektə təkamül edə bilərdi. Dinozavr nevrologiyası haqqnda yanlış təsəvvürlərə steqozavrlarzauropodların çanağında ikinci beyinləri olması fikri daxildir.

Dinozavr beyninin həcmi və kütlə indeksi[redaktə | mənbəni redaktə et]

Dinozavrlarda beyin həcminin bədən kütləsi ilə müqayisəsi beyin ölçüsünün endokranın həcmi qədər olduğunu təyin edib.[2] Ancaq müasir sürünən cinsi Sphenodonun beyni öz endokranının yalnız yarısını doldurur.[3] Bəzi paleontoloqlar bu əlli faiz qiymətləndirilməsini dinozavr beyninin həcmini hesablayanda istifadə edir.[2] Başqaları endokran səthdəki detallardan bəzi sürünən qalıqlarının beyinlərinin endokranın daha böyük hissəsini əhatə etdiyini müəyyənləşdirib.[4] Hans Larsson qeyd edir ki, sürünənlərdən quşlara keçid beyin həcminin əhatə etdiyi endokran həcmini hesablamaq üçün nisbəti (beyin həcminin bədən kütləsi ilə müqayisəsi) istifadə etməyi düzgün yanaşma olmaqdan çıxaldıb.[4]

Teropod beyinləri[redaktə | mənbəni redaktə et]

Karkarodontozavr saharikusun endokranı üzərindəki 2001-ci il tədqiqatında Hans Larsson aşkar etdi ki, Karkarodontozavr saharikusun və Allosaurusun uc beyinin beyinə nisbəti quş olmayan dinozavrların 95%-lik hüdudundadır.[5] Tirannozavr isə daha çox quş proporsiyası istiqamətindədir.[5] Tirannozavr nisbətən əsas selurozavr olduğundan selurozavrın gəlişi teropod beyninin genişlənməsinin başlanğıcı oldu.[5]

Allosaurus fragilis[redaktə | mənbəni redaktə et]

Allosaurus fragilisin beyni Karkarodontozavr saharikusunkuna oxşayır.[6] Forma müasir timsahın beyninə oxşardır.

Karkarodontozavr saharikus[redaktə | mənbəni redaktə et]

Karkarodontozavr saharikusun kəlləsi.

2001-ci ildə Hans Larsson Karkarodontozavr saharikusun endokranının təsvirini nəşr etdi.[7] Heyvanın burnunun ucuna yaxın olan beyin hissəsi ön beyindir və ondan sonra orta beyin gəlir. Larsson aşkar etdi ki, orta beyin heyvanın qalan hissəsinə 45 dərəcə bucaqda aşağı doğru istiqamətlənib. Bundan sonra arxa beyin gəlir. Arxa beyin, demək olar ki, ön beyinə paraleldir və orta beyinlə 40 dərəcə bucaq əmələ gətirir.[8] Karkarodontozavr saharikusun beyni Allosaurus fragilisin beyninə oxşardır.[6] Larsson həm də Karkarodontozavrın uc beyninin beyinə ölçü nisbətini tədqiq etdi və tapdı ki, bu nisbət quşdan çox sürünənkinə yaxındır.[5]

Tirannozavr[redaktə | mənbəni redaktə et]

Tirannozavr uc beyinin bütün beyinə nisbətinin quş olmayan sürünən nisbətinin 95%-lik limitindən yuxarıdadır və daha çox quş proporsiyası istiqamətindədir.[5] Bu sürünən oblastında olan Allosaurus fragilis və Karkarodontozavr saharikukusla ziddiyyət təşkil edir.[5]

Troodon[redaktə | mənbəni redaktə et]

Troodonun uc beyinin beynə nisbəti müasir quşların 31.5%-dən 63%-ə qədərdir.[9]

Arxeopteriks[redaktə | mənbəni redaktə et]

Arxeopteriksin müasir quşların 78%-i uc beyinin beyinə nisbəti var.[9]

Limosa gupsorum[redaktə | mənbəni redaktə et]

Eosen quşu Limosa gupsorumun malik olduğu nisbət ziddiyyət təşkil edir. Bu nisbət müasir quşun nisbətinin yalnız 63%-dir.[10]

Quşlar[redaktə | mənbəni redaktə et]

Quş dərrakəsi dərrakənin mmüəyyən edilməsi və ölçülməsi haqqındadır. Ənənəvi olaraq quşlar insanlardan ağılca zəif hesab edilir və bəzi mədəniyyətlərdə "quş ağıllı" sözü insanları alçaltmaq üçün istifadə edilir. Heyvanlarda dərrakənin müəyyən edilməsi və ölçülməsinin çətinliyi elmi tədqiqat işini çətinləşdirir. Anatomik olaraq quşun başına nisbətən böyük bir beyni var. Bir çox növlərdə görmə və eşitmə yaxşı inkişaf etmiş, ancaq toxunma və iybilmə yalnız az bir qrupda inkişa etmişdir. Quşlar səsləmə və nəğmə ilə birlikdə həmçinin görmə siqnalları ilə əlaqə qurur. Beləliklə intelektin test edilməsi hissiyat stimullarına verilən cavablarla öyrənilir.

"İki beyin" mifi[redaktə | mənbəni redaktə et]

S. stenopsin qırmızı rənglə işarələnmiş beyin boşluğu

Stegosaurusu təsvir etdikdən sonra Otniel Çarlz Marş onurğa beyninin bud-çanaq oynağı hissəsində böyük kanalı qeyd edir. Bu kanalda kiçik beyindən 20 dəfə böyük quruluş yerləşə bilərdi. Bu Stegosaurus kimi məşhur dinozavrların quyruğunda "ikinci beyinləri"nin olması fikrini məşhur etdi. Bu "beyin" bədənin qalan hissəsindəki refleksləri idarə edə bilərdi. Həmçinin təklif edilib ki, bu "beyin" Stegosaurus yırtıcıların təhdidi altında olanda müvəqqəti kömək edə bilərdi.[11] Tədqiqatlar göstərir ki, bədən boşluğunda sinir toxuması yoxdur.[12]

Ağıllı dinozavrlar[redaktə | mənbəni redaktə et]

Toyota (1977)[redaktə | mənbəni redaktə et]

Məşhur yapon elmi fantastika yazıçısı Aritsune Toyota (豊田有恒)) ağıllı dinozavrlar fikri irəli sürən ilk şəxslərdən biridir.[13] Toyota "İsti qanlı Deynonuk" (Con Ostrom, 1964) nəzəriyyəsi ilə maraqlanırdı və bəzi dinozavrların bilik əldə etmək üçün təkamül etdiyi fikrini inkişaf etdirdi. O, "İsti qanlı dinozavrlar" (Adrian Desmond , 1975, Rozmari Bakman, Oksfordşir) fikrinə əsaslandı və bunun necə ola biləcəyi haqqında nəzəri fikir yaratdı.[14] O, ilk olaraq öz fikirlərini elmi fantastika kimi 1977-ci ildə Kako no kageri (『過去の翳』, Keçmişin kölgəsi) romanında çap etdirdi. Bu hekayədə o, dinozavrları sürünənəbənzər insanlar kimi təsvir edirdi. Sürünənəbənzər insanlar ovlanmaq üçün sümük alətlərdən istifadə edir, primitiv dildə danışır və rudimentar cəmiyyət qururlar. Bu məxluqların dromeozavrlara oxşar dinozavrlardan təkamül etdiyi fikirləşilir.

Bir il sonra Toyota yapon zoologist Tatsuo Saneyoşidən (實吉達郎) məsləhət aldı və detallarda daha çox zoolojik həqiqətlər üçün çalışmağa başladı. Sonra o, Zoku jikanhō keikakunu (『続・時間砲計画』, Prospectus for the spatiotemporal cannon part 2) yazdı. O, terepodu tədqiq etməyə davam etdi və 1979-cu ildə romanını Dainosaurusu sakusen (『ダイノサウルス作戦』, Dinozavrların planı) kimi seriallaşdırdı.

Saqan (1977)[redaktə | mənbəni redaktə et]

Yazıçı Karl Saqan 1977-ci il kitabı Cənnətin əjdahaları:İnsan intelektinin təkamülü üzərinə fərziyyələrində heç bir nəsil kəsilmə hadisəsi baş verməsiydi, zaurornioid cinsinin daha dərrakəli formalarına təkamül edəcəyini fərz edir. Saqan fikirləşir ki, zaurornioidlərin ağalıq etdiyi dünyada hesab onluq sistemilə yox, səkkizlik say sistemi ilə olardı.

Cerison (1978)[redaktə | mənbəni redaktə et]

Amerikan psixoloqu Harri Cerison ağıllı dinozavrların mövcud olmasının mümkünlüyünü təklif etdi. 1978-ci ildə Amerikan Psixoloji Assosiasiyasının görüşündə "Ağıllı dinozavrlar və müqayisəli psixologiya" adlı prezentasiya verdi. Onun nitqinə görə Dromiseyomim insan kimi dərrakəli növlərə təkamül edə bilərdi.[14]

Rasl (1982)[redaktə | mənbəni redaktə et]

Dinozavroidin fərziyyəyə əsaslanan modeli, Dinozavr Muzeyi, Dorçester

1982-ci ildə Ottavadakı Kanada Milli Muzeyində onurğalı qalıqlarının mühafizi olan Deyl Rasl fərz edir ki, əgər Troodon 66 milyon il bundan əvvəl Təbaşir-Paleogen nəsil kəsilməsi zamanı ölməsəydi, insandakına oxşar bir bədən şəklinə təkamül edə bilərdi. Geoloji vaxt ərzində Rasl qeyd edir ki, dinozavrlar arasında beyin kütlə indeksində stabil artış müşahidə edilib.[15] Rasl ilk troodon kəlsəsini kəşf etdi və qeyd etdi ki, onun beyin kütlə indeksi insanlarınkından aşağı, lakin dinozavrlarınkından 6 dəfə böyükdür. Əgər troodonun təkamülü indiyə qədər davam etsəydi, onun qafa tası insanınkı ilə müqayisədə 1100 kub santimetrə qədər ola bilərdi. Troodontidlərin obyektləri götürmək və tutmaq üçün yarım-manipulyativ barmaqları və iki gözlə görmə qabiliyəti var idi.[16]

Rasl təklif edib ki, troodontid ailəsinin bir çox digər dinozavrları kimi bu "Dinozavroid"in də böyük gözləri və hər əlində üç barmağı ola bilərdi. O hesab edir ki, bir çox müasir sürünənlərdə (və quşlarda) olduğu kimi onun cinsiyyət üzvləri daxilidir. Rasl fərz edir ki, onun göbəyə ehtiyacı var idi, çünki cift daha böyük qafa tasının inkişafına kömək edə bilər. Ancaq onun süd vəziləri olmaya bilərdi və o, quşların etdiyi kimi qusulan yeməklə balalarını yedirə bilərdi. O fikirləşir ki, onun dili quş nəğməsinə bənzər səslənə bilərdi.[16][17]

Raslın fikir eksperimenti 1980-ci illərdən bəri paleontoloqların tənqid atəşinə məruz qalıb. Onların çoxu dinozavroidin həddindən artıq insana bənzədiyini qeyd edir. Qreqori Pol və Tomas Riçard Holtz onu "şübhəli biçimdə insan" hesab edir və Darren Neyş düşünür ki, böyük beyinli yüksək dərrakəli troodontid horizontal duruş və uzun quyruqla standard teropod bədən quruluşunu saxlayacaq və insan kimi əllərindənsə, quş kimi obyektləri burnu və ayaqları ilə hərəkət etdirəcək.[17]

Ədəbiyyat[redaktə | mənbəni redaktə et]

  • Larsson, H.C.E. 2001. Endocranial anatomy of Carcharodontosaurus saharicus (Theropoda: Allosauroidea) and its implications for theropod brain evolution. pp. 19–33. In: Mesozioc Vertebrate Life. Ed.s Tanke, D. H., Carpenter, K., Skrepnick, M. W. Indiana University Press.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Junchang Lü, Li Xu, Yongqing Liu, Xingliao Zhang, Songhai Jia, and Qiang Ji. "A new troodontid (Theropoda: Troodontidae) from the Late Cretaceous of central China, and the radiation of Asian troodontids" (PDF). Acta Palaeontologica Polonica. 55 (3). 2010: 381–388. doi:10.4202/app.2009.0047. 2018-10-05 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2015-06-14.
  2. 1 2 "Allometric Comparison," Larsson (2001). Page 25.
  3. "Allometric Comparison," Larsson (2001). Pages 25-26.
  4. 1 2 "Allometric Comparison," Larsson (2001). Page 26.
  5. 1 2 3 4 5 6 "Allometric Comparison," Larsson (2001). Page 29.
  6. 1 2 "Description," Larsson (2001). Page 20.
  7. "Abstract," Larsson (2001). Page 19.
  8. "Description," Larsson (2001). Pages 20-21.
  9. 1 2 "Allometric Comparison," Larsson (2001). Page 30.
  10. Considered a Numenius species in "Allometric Comparison," Larsson (2001). Page 30.
  11. Fastovsky DE, Weishampel DB. Stegosauria: Hot Plates // Fastovsky DE, Weishampel DB (redaktor). The Evolution and Extinction of the Dinosaurs (2nd Edition). Cambridge University Press. 2005. 107–30. ISBN 0-521-81172-4.
  12. Switek, Brian. "The Double Dinosaur Brain Myth". Smithsonian. 2 Aug 2012. 4 August 2012 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 30 July 2013.
  13. Saneyoshi, Tatsuo. Hontō ni ita fushigina ikimono: Jinrui to dōbutsu no sosentachi (Japanese). Tokyo: PHP Kenkyūjo. 2006. 41–48. ISBN 978-4-569-65442-3.
  14. 1 2 Kaneko, Ryūichi. Shin kyōryū densetsu : Saiko kyōryū eoraputoru kara kyōryū jinrui made kyōryūgaku no saisentan (Japanese). Tokyo: Hayakawashobō. 1997. 204–206. ISBN 978-4-15-050211-9.
  15. "Cosmos: Smartosarus". 2009-09-17 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-06-15.
  16. 1 2 Russell, D. A.; Séguin, R. "Reconstruction of the small Cretaceous theropod Stenonychosaurus inequalis and a hypothetical dinosauroid". Syllogeus. 37. 1982: 1–43.
  17. 1 2 Naish, D. (2006). Dinosauroids Revisited Arxivləşdirilib 2007-10-12 at the Wayback Machine Darren Naish: Tetrapod Zoology, April 23, 2011.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]