Diona (peyk)

Diona (q.yun. Διώνη, lat. Dione) — Saturn planetinin peyki. 21 mart 1684-cü ildə italyan astronomu Covanni Kassininin Paris rəsədxanasındakı tədqiqatları nəticəsində kəşf edilmişdir.

Diona
Kəşf edənCovanni Kassini[1]
Kəşf tarixi21 mart 1684, 1684[1]
Şərəfinə adlandırılıb
Diona
Böyük yarımoxu
377.420 km
Əyilməsi0,00033 radian
Nəyin peykidirSaturn
Özünə xas ekssentrisitet
0,0022
Kütləsi1,09546 ± 0 yottagram[2]
Albedo0,55
10,4

Adlandırılması

[redaktə | mənbəni redaktə et]

Diona Kassininin kəşf etdiyi Saturnun 4 peykindən biridir. Digər üçü Tetis, ReyaYapetdir. Kassini kəşf etdiyi peykləri Fransa kralı XIV Lüdovikin şərəfinə "Lüdovik ulduzları" (lat. Sidera Lodoicea) adlandırmışdı.

1847-ci ilə qədər astronomlar Dionanı Saturnun dördüncü peyki (Saturn IV) adlandırırdılar. Yalnız həmin il Vilyam Herşelin oğlu Con Herşel Saturnun o dövrdə məlum olan 7 peykini Roma mifologiyasında Saturnun analoqu olan Kronosun bacı və qardaşlarının şərəfinə adlandırmağı təklif etdi.

Xarakteristikası

[redaktə | mənbəni redaktə et]

1122 km diametrində olan Diona, Günəş sisteminin 15-ci böyük peykidir.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]
  1. 1 2 Berry A. A Short History of Astronomy (brit. ing.). London: John Murray, 1898.
  2. https://ssd.jpl.nasa.gov/?sat_phys_par.