Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Bu məqalə qaralama halındadır. |
Divanı-Kəbir (Böyük Divan) və ya Divanı Şəmsi Təbrizi, Məhəmməd Cəlaləddin Ruminin söylədiyi ilahi eşq şeirlərindən ibarət olan, 44 min 8 yüz 34 beyitlik (rübai beytləri ilə birlikdə təxminən 50 min beyt) şeirlərdən ibarət əsərdir. Mövlananın "Aşiqlər Divanı" formasında adlandırdığı əsər eyni zamanda "Şəms Divanı", ya da "Divan-ı Şəmsi Təbrizi" kimi anılır. Divan ədəbiyyatında divanların şairlərinin adları ilə anılması ənənəsinə uyğun olmayan bu son adlandırma; Mövlananın qəzəllərinin sonunda öz adı əvəzinə (bir neçə istisna xaricində) hər zaman Şəmsi Təbrizi adından istifadə etməsindən irəli gəlir.
Əsər, Xorasan vilayətinin xalq farscası ilə yazılmışdır. Yek avaz qəzəllərdən ibarətdir.
Mövlana bu qəzəllərində, "Şəms (günəş) başda olmaq üzrə, bağ-bağça, gül-bülbül, aşiq-məşuq, dəniz-damla, mey-saqi kimi simvollarla ilahi məhəbbəti həmişə ön planda tutur; Məsnəvi olduğu kimi Allaha qovuşmadan könlünün rahatlıq tapmayacağını, ilahi eşqi yazan aciz qalıb qələminin qırıldığını, bu dünyanın bir palçıqdan ibarət olduğunu, çox yeməyin mənzilə çatmağa əngəl təşkil etdiyini, artıq ağla olan üstünlük və ucalığını, nəfsin pisliyini, miskin- miskin oturan insanların bu tənbəllikləri məqsədə (ilahi aşmaq) çata bilməyəcəyini, gecələrini yatmaqla deyil də eşq və ibadətlə keçirilməsi lazım olduğunu" vurğulayaraq şeirlərini didaktik bir üslubla deyir. Bəzi şeirlərində də qəzəlin ruhundan fərqli olaraq sosial mövzulara girir; Rüşvət yeyən qaziləri tənqid edir; Yalançı şeyxləri, şovinist alimləri mənfəət və zəlil kimi səciyyələndirir; Bazar yerlərindən, toy adətlərindən, küçədə oynayan uşaqlardan, zülmətə müqavimətdən və azadlıqdan bəhs edər.[1]
347 Səhifə, Səlcuqlu nəsx yazısı, xəttatı məlum deyil, 13-cü əsr sonlarında yazıldığı təxmin edilir.[2]
270 Səhifə, Səlcuqlu nəsx, xəttatı müəyyən deyil, 13-cü əsr sonlarına doğru yazıldığı güman edilir.
309 Səhifə, Səlcuqlu nəsx, xəttatı müəyyən deyil, 13-cü əsr sonlarına doğru yazıldığı güman edilir.
Afyon-Gedik Əhməd Paşa Kitabxanası, No:158 277 səhifə, Nəsx yazı, Xəttat Məhəmməd, B. Yusif tərəfindən 203-cü Hicri (miladi təqvimə görə 1103) ilində yazılmışdır.
Bir an olsun fikirlərdən imtina etsən nə olar? Balıq kimi bizim dənizimizə girsən, orada dalğalar udsan nə olar?
Fikirlərindən yatar, onlardan imtina etsən Əshab-i Kəhf-dən sayılarsan, fikirlərdən müqəddəs, pak bir nur olarsan Nə olar bu hala gəlsən!
Sən bir saman tullantı, bizsə dövlət kəhrəbasıyıq; Bu anbardan ayılıb kəhrəbaya qayıtsan, nə olar ki.
Artıq bu dəfə torpaq olacağam — deyə, yüz dəfə əhd etdin. Bircə dəfə də əhdinə sadiq olsan nə olar.
Sən gizli bir incisən amma bu samanlıqda torpaq rəngini almısan. A gözəl üzlü, nə olar üzündəki tozu torpağı bir yusan da düzəltsən!
Padşah qızısan sən, Cəbrayılın da səcdə etdiyi varlıqsan sən. Nə olar a yoxsul, atanın yurdunu bir axtarsan!
Bütündən ayrılmış bir tikəsən, bədəndən ayrılmış bir əlsən ancaq; Barı bundan sonra bizdən ayrılmasan, nə olar.
O vaxt başsız qalarsan, malın mülkün gedər, hərislikdən, təkəbbürdən ayrılarsan; Lakin məhz o zaman qaranlıq aləmində baş göstərər, görünərsən; Nə olar bunu etsən.[3]
--------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------
Haqqın zikrindən bir şərbət iç də fikirdən qurtar. Ey ilahi razılığa nail olan, müharibəyə sarılmasan nə olar. Yetər artıq, sən bir dağa bənzəyərsən; Dağda qızıl mədəni ara, qışqırmağı burax. Qışqırıb dağı çağırmasan nə olar![4]
--------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------
Yaradılmışdan keç, Yaradana çat!
Aşiqsənsə, aşiqlərlə otur!
Gecə də, gündüz də qapılarında dur!
Bu qapıdan içəri girdikdə isə,
Yaradılmışdan uzaqlaş; Yaradanla otur!
-
Könül Onu istəyir, Hər şey bəhanə.
Başımı qoyduğum hər yerdə, səcdə edilən Odur
Dörd künc və altı bucaqda sitayiş edilən Odur.
Bağ-bağça, gül-bülbül, səma, sevgili;
Bütün bunlar həmişə bəhanə; Əsas məqsəd Odur.
Bu məqalədəki istinadlar müvafiq istinad şablonları ilə göstərilməlidir. |