Dmitri Uznadze (gürc. დიმიტრი უზნაძე; 20 dekabr 1886 (1 yanvar 1887) – 9 oktyabr 1950[1][2], Tbilisi[1]) — gürcü psixoloq və psixologiya üzrə elmlər doktoru, Tbilisi Dövlət Universitetinin (TDU) və Gürcüstan Elmlər Akademiyasının (GEA) həmtəsisçisi.
Dmitri Uznadze | |
---|---|
gürc. დიმიტრი ნიკოლოზის ძე უზნაძე | |
Doğum adı | დიმიტრი უზნაძე |
Doğum tarixi | 20 dekabr 1886 (1 yanvar 1887) |
Vəfat tarixi | 9 oktyabr 1950[1][2] (64 yaşında) |
Vəfat yeri | |
İş yeri | |
Təhsili | |
Üzvlüyü | |
Mükafatları | |
Vikianbarda əlaqəli mediafayllar |
Dmitri Uznadze 1886-cı ildə Gürcüstanın qərbindəki Kutaisi vilayətinin Sakara adlı kəndində, kəndli ailəsində anadan olmuşdur. 1896-cı ildə Kutaisi Liseyinə daxil olmuşdur. 1905-ci il inqilabına qatıldığı üçün liseydən qovuldu.[3] Təhsilini davam etdirmək üçün əvvəlcə İsveçrəyə, daha sonra isə Almaniyaya getdi. 1909-cu ildə Leypsiq Universitetinin fəlsəfə fakültəsini bitirmişdir. 1910-cu ildə "Vladimir Solovev: Epistemologiya" adlı əsəri ilə Almaniyanın Vittenberq Universitetində doktorluq dərəcəsi almışdır. 1909-cu ildə ölkəsinə qayıtdıqdan sonra Kutaisidə tarix müəllimliyi etmişdir.
1912-ci ildə Dmitri Uznadzenin "Təcrübə Pedaqogikasına Giriş" adlı kitabı nəşr olunmuşdur. Beləliklə, Gürcüstanda iki yeni fənnin əsası qoyuldu. Bu fənnlərə təşəbbüs pedaqoqikası və uşaq psixologiyası fənnləri daxildir. Dmitri Uznadze 1910-cu ildə Rusiyanın ilk praktiki-pedaqoji qurultayında Gürcüstanı təmsil etmişdir. O, qurultay zamanı qabaqcıl pedaqoji fikirləri məktəb praktikasına gətirməyə çalışmışdır.[4] 1915–1917-ci illərdə Sinatle qızlar məktəbinin direktoru kimi fəaliyyət göstərmişdir.
1917-ci Oktyabr inqilabından sonra Tiflis Dövlət Universitetinin (TDU) yaradılmasında iştirak etmişdir.[5] Yüksək ixtisaslı təhsil kadrlarının hazırlanması və pedaqogikası sahəsində elmi tədqiqatlar aparmışdır. Təhsil və məktəb islahatı məsələləri üzrə də çalışmışdır. 1917-ci ildə "Zaqafqaziyada məktəb islahatı" adlı kitab nəşr etdirmişdir. 1941-ci ildə Gürcüstan Elmlər Akademiyasını (GAS) qurdu. 1941–1950 illər arasında Gürcüstan Elmlər Akademiyası Psixologiya İnstitutunun (indiki Dmitri Uznadze adına Psixologiya İnstitutu) ilk direktoru olmuşdur. 1946-cı ildə ona "Gürcüstanın görkəmli elm xadimi" adı verilmişdir.
9 oktyabr 1950-ci ildə Tbilisidə vəfat edən Dimitri Uznadze, Tbilisi Dövlət Universitetinin bağçasında dəfn edildi.[6] 1951-ci ildən bəri Tbilisi Dövlət Universitetində onun adını daşıyan təhsil təqaüdü təsis edilib. Dimitri Uznadzenin yaşadığı ev, şəxsi əşyalarını ilə birlikdə muzey kimi fəaliyyət göstərir.[7]
Psixologiyanın inkişafında xüsusi rol oynayan monoqrafiyaları : "Eksperimental Psixologiyanın Əsasları" (1925), "Ümumi Psixologiya" (1940), "Uşaq Psixologiyası" (1947), "Ruh psixologiyasının eksperimental əsasları" (1949), "Eksperimental Pedaqogikaya giriş" (1912). Həmçinin 1917-ci ildə nəşr edilmiş gürcü dilindəki ilk dərs kitabları : "Qədim Şərq və ibtidai mədəniyyət", "Qədim Yunanıstan", "Yeni tarix", "Roma Tarixi".