Dmitri Yakovenko (rus. Дмитрий Олегович Яковенко, 29 iyul 1983 Omsk) Rusiyalı qrosmeyster (2001). Şahmat üzrə Komandalar Arası Dünya Çempionatında (2009) qızıl medal qazanan Rusiya komandasının və Şahmat üzrə Komandalar arası Avropa Çempionatının (2007, 2015) üzvu olub.
Dmitri Yakovenko | |
---|---|
rus. Дмитрий Олегович Яковенко | |
Ölkə | Rusiya |
Doğum tarixi | |
Doğum yeri | Omsk SSRİ |
Titulu | qrosmeyster |
Son reytinqi | 2704 (dekabr 2016) |
Maksimal reytinqi | 2760 (yanvar 2009) |
FİDE nömrəsi | 4122356 |
Vikianbarda əlaqəli mediafayllar |
Dmirtriy 3 yaşı olarkən şahmat oynamağı birinci dərəcə səviyyəsində olan atasından öyrənib və məşqiçisi Aleksandr Nikitin olub. Dmitri məktəbi qızıl medalla və Moskva Dövlət Universitetinin tətbiqi riyaziyyat və kibernetika fakultəsinin qırmızı diplomla bitirmişdir.
1999-cu ildə 16 yaşa qədər Gənclər arasında şahmat üzrə Dünya çempionatıda ikinci yeri tutdu.
2001-ci ildə 18 yaşa qədər Gənclər arasında şahmat üzrə Dünya çempionatının və Saint-Vincent Open-in qalibi olub.
2005-ci ildə Monrealda keçirilən turnirin qalibi oldu. Həmin ildə Rusiya Çempionatında ikinci yeri tutdu.
2006-ci ildə Yakovenko Rusiya Çempionatında gümüş medal qazandı.
2007-ci ildə Rusiya yığmasının tərkibində Avropa Çempionu oldu.
2012-ci ildə Plovdivdə keçirilən Şahmat üzrə Avropa Çempionatında 11 oyundan 8.5 xalla, 2013-də Rusiya Kubokunda birinci yeri tutmuşdur.
2012-ci ildə keçirilən Olimpiadada Rusiya millisinin tərkibində gümüş medala sahib olmuşdur.