Vladislav Artemyev (rus. Владислав Артемьев; doğ. 5 mart 1998) — Rusiya şahmatçısı, qrosmeyster (2014).
Vladislav Artemyev | |
---|---|
rus. Владислав Артемьев | |
Ölkə | Rusiya |
Doğum tarixi | |
Doğum yeri | Omsk, Rusiya |
Titulu | qrosmeyster (2014) |
Son reytinqi | 2691 (dekabr 2017) |
Maksimal reytinqi | 2696 (oktyabr 2013) |
FİDE nömrəsi | 24101605 |
Vikianbarda əlaqəli mediafayllar |
Yeddi yaşından şahmatla məşğul olmağa başlayıb.[1] İlk məşqçisi Vladimir Aleksandroviç İndrikovdur.
2011-ci ildə 14 yaşadək oğlanlar arasında Avropa birinciliyinin bürünc mükafatçısı olub.[2] 2012-ci ildə Rusiya yığmasının heyətində yeniyetmələr arasında şahmat olimpiadasının qalibi olub. 2013-cü ildə U-20 Rusiya birinciliyinin,[3] 2015-ci ildə isə Rusiya çempionatının yüksək liqasının (1—3, Motılyov və Bukavşini əlavə göstəricilərə görə üstələyib) qalibi olub.[1] 2015-ci ldə Rusiya çempionatının superfinalında 4—7-ci yerləri bölüşdürmüşdür.[4] Avropa çempionatının iştirakçısıdır (2014; 10—24-cü yerləri bölüşüb).[5] Rusiyanın komanda birinciliyində Kazanı təmsil edən "Ladya" komandasının heyətində çıxış edir.
2019-cu ildə Makedoniyanın paytaxtı Skopye şəhərində keçirilmiş şahmat üzrə şəxsi Avropa çempionatının qalibi olub.[6]