Dmitri Vladimiroviç Andreykin (rus. Дмитрий Владимирович Андрейкин, 5 fevral 1990, Ryazan, Rusiya Sovet Federativ Sosialist Respublikası) Rusiya şahmatçısı, qrosmeyster (2007).
Dmitri Andreykin | |
---|---|
rus. Дмитрий Владимирович Андрейкин | |
Ölkə | Rusiya |
Doğum tarixi | |
Doğum yeri |
Ryazan Rusiya Sovet Federativ Sosialist Respublikası |
Titulu | Qrosmeyster (2007) |
Son reytinqi | 2736 (yanvar 2017) |
Maksimal reytinqi | 2743 (iyun 2016) |
FİDE nömrəsi | 4158814 |
Vikianbarda əlaqəli mediafayllar |
2010-cu il gənclər arasında Dünya Çempionatının qalibidir.
2011-ci ildə Baku Open turnirində 2–3-cü yerləri bölüşdürmüşdür.
2012-ci ilin avqustunda Andreykin Moskvada keçirilən 65-ci Rusiya Çempionatının qalibi olmuşdur.
2013-cü ilin iyununda Mixail Talın Xatirə turnirində Andreykin ən aşağı əmsallı oyunçu idi, lakin yarış boyu səkkiz heç-heçə etməsi və Vladimir Kramniki məğlub etməsi ilə üçüncü yeri bölüşdürdü.
2013-cü ildə Norveçdə keçirilmiş Dünya Kubokunda Andreykin Vladimir Kramnikə məğlub olaraq ikinci oldu. Bu nəticə ilə o, 2014-cü il Namizədlər turnirinə vəsiqə aldı.
2014-cü il oktyabr-noyabr aylarında Daşkənddə keçirilən FİDE Qran-Pri turnirində o, 2852 performans ilə yarışın qalibi oldu.