Pyotr Svidler (rus. Пётр Вениами́нович Сви́длер, 17 iyun 1976, Leninqrad) Rusiya qrosmeysteridir.
Pyotr Svidler | |
---|---|
rus. Пётр Вениами́нович Сви́длер | |
| |
Ölkə |
SSRİ Rusiya |
Doğum tarixi | |
Doğum yeri | Sankt Peterburq SSRİ |
Titulu | qrosmeyster |
Son reytinqi |
|
Maksimal reytinqi | 2769 (2013) |
FİDE nömrəsi | 4102142 |
Vikianbarda əlaqəli mediafayllar |
Svidler 3 dəfə Dünya Şahmat Çempionatında yarışıb (2001, 2005, 2007) və 2011-ci il Dünya Kubokunun sahibidir.
7 dəfə Rusiya Çempionu olmuşdur (1994, 1995, 1997, 2003, 2008, 2011, 2013) 10 dəfə Rusiya komandası ilə Olimpiadalarda çıxış etmiş və 5 dəfə qızıl, 2 dəfə gümüş komanda hesabında və şəxsi hesabda bir dəfə bürünc əldə etmişdir.
Svidler şahmatı 6 yaşında öyrənib. 1992-ci ildə gənclər arasında SSRİ Gənclər Açıq Şahmat Çempionatında 1–3-cü yerləri Rəhim Qasımov və Vadim Zvjaginsev ilə bölüşdürmüşdür. 1994-cü ildən qrosmeysterdir.
Bir necə dəfə (2001-ci ildə) Dünya Çempionluğuna gedən yolda mübarizə aparmışdır və yarımfinala yüksəlmişdir. Andrei Lukin onun məşqiçisidir.
2005-ci ildə FİDE Dünya Çempionatında Svidler Vişvanatan Anandla ikinci yeri bölüşdü. Yarışda 14 oyundan 8½ xal toplamışdır, 10 xalla Veselin Topalov qalib olmuşdur. 2007-ci ildə Dünya Şahmat Çempionatında 8 oyunçu arasında beşinci yeri tutmuşdur.
Svidler Chess960-ın (Fişerin təsadüfi şahmatı da adlanır) tərəfdarıdır. O ilk 2003-də Maynsda (Almaniyada) keçirilən Chess960 Open yarışının qalibidir, Péter Lékó-nu udaraq çempion olmuşdur. Svidler 2004-də Levon Aronyanı və 2005-də Zoltán Almási udaraq bu titulu qorudu. 2006-ci ildə Aronyana uduzaraq titulu saxlaya bilmədi.
2005-ci ildə San Luis-də keçirilən Dünya Şahmat Çempionatından sonra Dünya Şahmat Şəbəkəsinə (World Chess Network) intervyu verdi: "Mən ciddi hazırlaşmışdım və fikirləşirəm ki, əvəzini ödədi. Ancaq ümümilikdə vaxtımın çox hisəsini yoldaşımla və uşaqlarımla keçirirə, beləliklə mənim 2005-də nisbi uğurum xoş bir surpriz oldu." Onun San Luis-dəki nəticəsi 2007-də keçirilən Dünya Çempionatına vəsiqə qazandırdı. Həmin çempionatda 14 oyundan 6½ xal qazandı və 8 oyunçu arasında 5-ci yerə çıxdı.
2006-da İsrailin Rişon LeZion şəhərində keçirilən Dünya Blitz Çempionatında 15 oyundan 10½ xal toplayaraq 2-ci yerə çıxdı, birinci yerə isə Alexander Grischuk. Svidler Dortmunda 2006-da Vladimir Kramnikle birinci yeri paylaşdı.
Svidler Xantı-Mansidə baş tutan Dünya Şahmat Kuboku 2011-də Alexander Grischuku finalda 2½–1½ udaraq qalibi oldu.
2013-cu ildə Londonda baş tutan Namizədlər Turnirində 3-cü yeri tutdu (nəticəsi +4−2=8). Onun 4 qələbəsi Teymur Rəcəbov, Levon Aronyan, Vasili İvançuk və Maqnus Karlsen üzərində olmuşdur.
Həmin ilin aprelində Alyoxinin Xatirə Turnirində +0−3=6 hesabla 10 iştirakçı arasında 10-cu yerə çıxdı.