Dmitri Yermakov

Dmitri Yermakov (rus. Дмитрий Иванович Ермаков, gürc. დიმიტრი ერმაკოვი) — rus fotoqrafı. Dmitri Yermakov əsasən Qafqazda yaşayan xalqların gündəlik həyatları haqqında fotolar çəkmişdir.

Dmitri Yermakov
rus. Дмитрий Иванович Ермаков
Dmitri Yermakovun 1885-ci ildə çəkilmiş şəkili
Dmitri Yermakovun 1885-ci ildə çəkilmiş şəkili
Doğum tarixi
Doğum yeri Tiflis , Gürcüstan
Vəfat tarixi
Vəfat yeri Tiflis , Gürcüstan
Milliyyəti Rus
Fəaliyyəti Fotoqraf
Fəaliyyət illəri 1866–1916
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

1845-ci ildə, Tbilisidə doğulmuşdur. Atası italyan Luici Kambaççio, anası isə əslən avstriyalı bir gürcü idi. Atası Yermakova soyadlı bir qadınla evləndikdən sonra anasının soyadı ilə tanınmağa başladı. Təhsilini Ananuridəki Hərbi Topoqrafiya Akademiyasında başa vurmuşdur. 1860-cı illərdə, təhsilini bitirdikdən sonra Tbilisidə özünün "Rembrant" adlı fotostudiyasını açdı. Studiyada Henri Haupt, İ.Aleksandrovski, Aleksandr Roinaşvili kimi fotoqraflarla işləməyə başladı. Bir neçə il sonra Fransa Fotoqrafiya Cəmiyyəti (SFP) üzvü seçildi. 1874-cü ildə Parisdə, 1878-ci ildə isə Moskvada sərgiləri oldu. 1878-ci ildə Rusiya Qafqaz Ordusunda işləməyə başladı. 1910-cu ildə Əhməd şah Qacarın rəsmi fotoqraferi idi. Moskva Arxeologiya Cəmiyyəti Qafqaz bürosunun fəxri üzvü idi.

Yaradıcılığı

[redaktə | mənbəni redaktə et]

Əsasən Qafqaz zonası, habelə Mərkəzi Asiya xalqlarının həyatları haqqında fotolar çəkmişdir. Bir və ya iki köməkçisi vardı. Fotoların keyfiyyətli çıxması üçün böyük kamera və səyyar laboratiya quraşdırmışdı. Evində 25 mindən çox neqativi tapılmışdır. Fotoları Tiflis, Tehran, Moskva, AmsterdamParisdəki muzeylərdə sərgilənir.

1916-cı ildə vəfat etmişdir. Ölümündən sonra evi dul xanımı tərəfindən Tbilisi Dövlət Universitetinə satılmışdır.

  • John Hannavy (2008), Encyclopedia of Nineteenth-century Photography, səh. 494-5. CRC Press, ISBN 0-415-97235-3
  1. RKDartists (nid.).