Dodaq sinxronizasiyası

Dodaq sinxronizasiyası və ya ing. lip sync ( /sɪŋk/, sink), nitq və ya ifa zamanı ifaçının dodaq hərəkətlərinin oxunan və ya danışılan vokallarla uyğunlaşdırması üçün istifadə olunan texniki termindir.

Dodaq sinxronizasiyası üçün audio canlı performansda səs gücləndirici sistem vasitəsilə və ya televizor, kompüter, kinoteatr dinamikləri və ya digər audio avadanlıqlar vasitəsilə yaradılır. Termin canlı ifalar və audiovizual əsərlər kontekstində bir sıra müxtəlif texnika və proseslərdən hər hansı birinə aid edilə bilər.

Film istehsalında dodaq sinxronizasiyası çox vaxt istehsaldan sonrakı mərhələnin bir hissəsidir. Xarici dildə filmlərin dublyajı və cizgi personajlarının danışan kimi görünməsi üçün mükəmməl dodaq sinxronizasiyası tələb olunur. Bir çox video oyunlarda ekrandakı personajların danışdığı kimi görünməsi üçün dodaqla sinxronlaşdırılmış səs fayllarından geniş istifadə edilir. Musiqi sənayesində dodaq sinxronizasiyası müğənnilər tərəfindən musiqi videoları, televiziya və film çıxışları, eləcə də bəzi canlı konsertlər üçün istifadə olunur. Müğənnilər tərəfindən dodaq sinxronizasiyası canlı ifaya baxmağa gələn pərəstişkarlar üçün mübahisəli ola bilər.

Dodaq sinxronizasiyası əslində təqlid forması hesab olunur. O, aktyorların kifayət qədər oxuma qabiliyyətinə malik olduğunu göstərmək üçün yalnız səsyazma studiyasında əldə edilə bilən vokal effektini imitasiya etmək üçün istifadə edilə bilər. Səhnədə təqlidin bu formasına bəzən sinxrobuffonada deyilir.[1] Bu cür ifa ən çox dreq-kvin - drag queen şoularında istifadə olunur. Lakin bəzən müğənnilər də öz ifalarına, yəni öz fonoqramlarına uyğun dodaqlarını sinxronlaşdırırlar, çünki canlı oxumaqdan əmin deyillər və ahəngdən kənar oxumaqdan çəkinirlər.

1960-cı illərin əksər estrada şoularında vokal və instrumentalların hamısı əvvəlcədən yazılmış musiqi ilə sinxronlaşdırılırdı.[2] 1980-ci illərdə MTV yaradılandan bəri bir çox sənətçi canlı şoularında mahnı oxumaqdansa, vizual effektlərə diqqət yetirir. Artistlər tez-tez həm canlı, həm də qeydə alınmış çıxışlarda gərgin rəqs nömrələri zamanı dodaqlarını sinxronlaşdırırlar.

Kompleks performans

[redaktə | mənbəni redaktə et]

Artistlər həm canlı, həm də çəkiliş performanslarında mürəkkəb rəqslər zamanı dodaqlarını sinxronlaşdırırlar, çünki fiziki fəaliyyət zamanı mahnı ifa etmək üçün böyük nəfəs tələb olunur. Maykl Cekson buna misaldır; dodaq sinxronizasiyası ilə canlı çıxışları zamanı mürəkkəb rəqs hərəkətlərini yerinə yetirirdi.[3]

The New York Times -dan Kris Nelson yazır: " MadonnaCanet Cekson kimi sənətçilər şou üçün yeni standartlar müəyyən ediblər. Konsertlərə nəinki mükəmməl geyimlər və dəqiq vaxta uyğun pirotexniki vasitələr, həm də yüksək atletik rəqslər daxildir ". USA Today- dən Edna Gundersen müasir səhnə şousunun mürəkkəbliyi mahnı və musiqiçiliyin kiçilməsinə gətirdiyini şərh edir, Corc Maykl, Şer, Paula Abdul və digər artistləri misal gətirir.

Ən istedadlı müğənnilərin bəziləri dodaqların sinxronizasiyası zamanı fonoqramın kəsilməsi səbəbindən tamaşaçılar qarşısında rüsvay olublar.[4] İncəsənət jurnalisti Çak Teylor deyir ki, bu, "böyük cinayət" sayılır, lakin o, müğənnilərin rəqs edərkən və mürəkkəb səhnə şouları edərkən canlı oxumağın çətin olduğunu da qeyd edir.[4]

  1. "Синхробуффонада". Большая российская энциклопедия (rus). 2023-12-04. 2024-02-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-02-01.
  2. Nelson, Chris. "Lip-Synching Gets Real". The New York Times. 2004-02-01. May 12, 2011 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2010-02-25.
  3. Inglis, Ian. Performance and popular music: history, place and time. Ashgate Publishing. 2006. 119, 127. ISBN 978-0-7546-4057-8.
  4. 1 2 "Why Artists Lip-Sync, and How They Get Away With It". ABC News. 16 June 2014. 10 January 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25 March 2018.