Doqquzpunktlu xətt, "U" formalı xətt və ya doqquztireli xəritə — Çinin Cənubi Çin dənizindəki ərazi iddialarını müəyyən etmək üçün istifadə etdiyi xətt.[1] Bunlar Vyetnam və Tayvanın iddia etdiyi Parasel adaları, mülkiyyət hüququ Filippin, Çin, Bruney, Malayziya, Tayvan, Vyetnam və digərləri tərəfindən mübahisə mövzusu olan Spratli adalarıdır.[2] Bəzi yerlər Çin, Tayvan və Vyetnam tərəfindən meliorasiyaya məruz qalmışdır.[3][4][5] "Doqquzpunktlu xətt" xəritəsi 1947-ci ildə Çinin milliyyətçi hökuməti tərəfindən təqdim edilmişdir.[6]
Vyetnamda "Đường lưỡi bò" – "inək dili xəritəsi" və ya "inək dili yolu" kimi də tanınır. Çin mənbələrinə görə, bu xətt ilk dəfə 1948-ci ilin fevralında Çində özəl nəşrlərdə dərc edilmiş xəritələrdə onbirpunktlu xəttdən ibarət "U" formalı xətt kimi meydana çıxmışdı. Bununla belə, Çin hökumətinin Batlonqvi adasını və ona bitişik su ərazilərini Vyetnama vermək qərarına əsasən, 1953-cü ildə ÇXR baş naziri Çjou Enlayın göstərişi ilə dəyişikliklər edilmiş, nəticədə indiki "doqquzpunktlu xətt" ortaya çıxmışdır.
Bu xətt Cənubi Çin dənizinin sularında materik Çinindən və Haynan adasından Malayziya və Bruney sahillərinə qədər demək olar ki, ekvatorda Çin maraqları zonasını müəyyən edir.[7]