"Böyük qum səddi" — ilk dəfə 2015-ci ilin martında Sakit Okean Donanmasının komandanı olmuş ABŞ admiralı Harri Harris tərəfindən Çin Xalq Respublikasının (ÇXR) 2013-cü ilin sonundan 2016-cı ilin sonuna qədər olan dövrdə Cənubi Çin dənizinin Spratli adaları ərazisində bir sıra unikal irimiqyaslı torpaq bərpası layihələrini təsvir etmək üçün istifadə edilən ad.[1]
Çin mənbələrinə görə, konsepsiya 1972-ci ildə Vyetnamın Baş Naziri Fam Van Donqun hökuməti nəzdindəki Tədqiqatlar və Xəritəçəkmə Bürosu tərəfindən çap etdirilmiş "Dünya Atlası"ında "Nanşan və Xişa adalarından Haynan adasına, Tayvan adasına, Penhuledao adalarına və Çjouşan adalarına qədər adalar silsiləsi yay şəklindədir və materik Çinini müdafiə edən böyük səddini təşkil edir" ifadəsindən yaranmışdır.[2]