Dozular

DozularAzərbaycan Respublikasının Göygöl rayonunun Dozular kənd inzibati ərazi dairəsində kənd.[1] Azərbaycan Respublikası Milli Məclisinin 26 dekabr 2006-cı il tarixli, 215-IIIQ saylı Qərarı ilə Xanlar rayonunun Dozular kəndi Çaylı kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla, Dozular kənd inzibati ərazi vahidi yaradılmışdır.[2]

Dozular
40°31′51″ şm. e. 46°28′17″ ş. u.HGYO
Ölkə
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü 674 m
Saat qurşağı
Xəritəni göstər/gizlə
Dozular xəritədə
Dozular
Dozular

Kəndin keçmiş adı Birgöz Dozular olmuşdur. XIX əsrə aid sənədlərdə Yelizavetpol qəzasında birgözdozular adlı maldar elatın adı çəkilir. Oykonim mənşəcə sofulu tayfasının tirələrindən biri olan dozuların adını əks etdirir.[3]

Coğrafiyası və iqlimi

[redaktə | mənbəni redaktə et]

Kənd Kürəkçayın sahilində, dağətəyi ərazidə yerləşir.

2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 533 nəfər əhali yaşayır.[4]

  1. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. "İnzibati ərazi bölgüsü təsnifatı, 2024" (PDF) (az.). stat.gov.az. 2024-02-28. 2024-03-14 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2024-04-05.
  2. "Azərbaycan Respublikasının Xanlar rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 26 dekabr 2006-cı il tarixli, 215-IIIQ saylı Qərarı". 2018-10-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-10-02.
  3. Dozular // Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. I cild. Bakı: Şərq-Qərb. 2007. 304. ISBN 978-9952-34-155-3.
  4. Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629