Qızılqaya — Azərbaycan Respublikasının Göygöl rayonunun Qızılqaya qəsəbə inzibati ərazi dairəsində qəsəbə.[1] Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Xanlar rayonunun Quşqara kənd inzibati ərazi vahidi tərkibindəki Qızılqaya qəsəbəsi Xanlar şəhər inzibati ərazi vahidinin tərkibinə verilmişdir.[2] Azərbaycan Respublikası Milli Məclisinin 26 dekabr 2006-cı il tarixli, 215-IIIQ saylı Qərarı ilə Xanlar rayonunun Qızılqaya qəsəbəsi Xanlar şəhər inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, bu qəsəbə mərkəz olmaqla, Qızılqaya qəsəbə inzibati ərazi vahidi yaradılmışdır.[3]
Qızılqaya | |
---|---|
Ölkə | |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Yaşayış məntəqəsi 1932-ci ildə 7-ci sovxozun malikanəsi yanında salınmış və 7-ci Sovxoz qəsəbəsi adlandırılmışdır. 1950-ci illərdən qəsəbə yaxınlığındakı Qızılqaya adı ilə tanınan qayanın adı olmuşdur. Qaya xırda mamırla örtülüdür və bu mamırdan təbii üsulla xınanı xatırladan maddə alınır. Qayanın adı da buradan yaranmışdır.[4]
Qəsəbə Gəncə şəhəri yaxınlığında yerləşir.
2009-cu ilin siyahıyaalınmasına əsasən qəsəbədə 988 nəfər əhali yaşayır.[5]
Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı — əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Göygöl rayonu haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |