Bənövşəli

Bənövşəli (əvvəlki adı: Mixaylovka) — Azərbaycan Respublikasının Göygöl rayonunun Yeni Zod kənd inzibati ərazi dairəsində kənd.[1] Azərbaycan Respublikası Milli Məclisinin 12 iyun 2018-ci il tarixli, 1190-VQ saylı Qərarı ilə Göygöl rayonunun Yeni Zod kənd inzibati ərazi dairəsi tərkibindəki Mixaylovka kəndi Bənövşəli kəndi adlandırılmışdır.[2]

Bənövşəli
40°28′19″ şm. e. 46°21′57″ ş. u.HGYO
Ölkə
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü 1.166 m
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 139 nəf. (2009)
Xəritəni göstər/gizlə
Bənövşəli xəritədə
Bənövşəli
Bənövşəli

Dağətəyi ərazidədir.

Çar hökumətinin ucqarlara, o cümlədən Azərbaycana köçürmə siyasəti nəticəsində 1847-ci ilSaratov quberniyasının Mixaylovka yaşayış məntəqəsindən gəlmələrin məskunlaşması nəticəsində yaranmışdır. Yeni yaşayış məntəqəsinə gəlmələrin əvvəl yaşadıqları Saratovdakı Mixaylovkanın adı verilmişdir. Beləliklə, kəndin keçmiş adı Mixaylovka miqrasiyaya uğramış oykonimdir.[3]

2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 139 nəfər yaşayır.[4]

  1. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. "İnzibati ərazi bölgüsü təsnifatı, 2024" (PDF) (az.). stat.gov.az. 2024-02-28. 2024-03-14 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2024-04-05.
  2. "Azərbaycan Respublikasının Ağsu, Astara, Goranboy, Göygöl, Xaçmaz, Xızı, Qazax, Quba, Qusar, Masallı, Oğuz, Saatlı, Samux, Şəmkir və Yevlax rayonlarının bəzi ərazi vahidlərinin adlarının dəyişdirilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 12 iyun 2018-ci il tarixli, 1190-VQ saylı Qərarı". 2022-07-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-07-04.
  3. Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427
  4. Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]