Mollacəlilli (əvvəlki adı: Yeni Əlibayramlı) — Azərbaycan Respublikasının Göygöl rayonunun Mollacəlilli kənd inzibati ərazi dairəsində kənd.[1] Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Xanlar rayonunun Yeni Əlibayramlı kənd inzibati ərazi vahidi tərkibindəki Yeni Əlibayramlı kəndi Mollacəlilli kəndi, Yeni Əlibayramlı kənd inzibati ərazi vahidi Mollacəlilli kənd inzibati ərazi vahidi adlandırılmışdır.[2]
Mollacəlilli | |
---|---|
40°35′34″ şm. e. 46°22′09″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 607 m |
Saat qurşağı | |
Keçmiş adı Molla Cəmilli olmuşdur. Yaşayış məntəqəsi rayonun ərazisində inqilabçı Əli Bayramovun adı ilə bağlı ikinci kənd olduğu üçün belə adlandırılmışdır.[3]
Mollacəlilli kəndinin adının yaranması bir zamanlar bu kəndə yaşayan əslən Göygöl rayonunun Aşıxlı kəndindən olan Cəlil adlı molla ilə bağlıdır. Məhz molla Cəlilin xatirəsinə kəndin adı Mollacəlilli adlandırılmışdır.
Kənddə hal hazırda ziyarət edilən ocaq vardır.
Kənd Kiçik Qafqazın ətəyində yerləşir.
Dağətəyi bölgə olduğundan havalar adətən küləkli olur. Yayı çox isti olsa da qışı mülayim keçir. Yayda az miqdarda yağış və qışda da az miqdarda qar yağır. Axar çay və gölün olmaması səbəbindən burada yay vaxtı güclü istilər olur.
2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 1936 nəfər əhali yaşayır.[4]
Kənd əhalisi əsasən heyvandarlıqla, qismən əkinçilik və mədən daşı (Mollacəlilli daşı) istehsalı ilə məşğul olur. Gəncə bölgəsinin süd məhsullarıyla təmin olunmasında mollacəlillilərin payı yüksəkdir.
Köhnə qəbirstanlıqda Sömastalı ocağı var ki, günümüzdə də ziyarət edilir.
Göygöl rayonu haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |
Həmçinin yay aylarında köçəri maldarlıqala məşğul olurlar