Draqinya Vuksanoviç

Draqinya Vuksanoviç (mont. Draginja Vuksanović 7 aprel 1978, Bar) — Monteneqrolu hüquqşünas, siyasətçi və Monteneqro Universitetinin hüquq professoru. Monteneqro Parlamentinin azırkı deputatı və Monteneqro Sosial-Demokrat Partiyasının sədri. 2018-ci ildə Monteneqroda keçirilən prezident seçkilərində o, üçüncü yeri tutaraq ölkə tarixində prezidentliyə namizəd olan ilk qadın olur.

Draqinya Vuksanoviç
Doğum tarixi 7 aprel 1978(1978-04-07) (46 yaş)
Doğum yeri
Təhsili
Fəaliyyəti siyasətçi
Partiyası
İmza

Vuksanoviç 2000-ci ildə Monteneqro Universitetinin Hüquq fakültəsini bitirib, 2005-ci ildə magistr dərəcəsi, 2011-ci ildə isə eyni universitetdə doktorluq dərəcəsini almışdır. Monteneqro Universitetinin Hüquq fakültəsində və Dramaturgiya sənət kafedrasında professor vəzifəsində çalışmışdır. Fransızingilis dillərində danışır, eyni zamanda italyanispan dillərini də bilir[1].

Siyasi karyerası

[redaktə | mənbəni redaktə et]

Draqinya Vuksanoviç Monteneqro Sosial-Demokrat Partiyasının üzvü və 2012-ci ildən Monteneqro parlamentinin deputatıdır. Monteneqro parlamentinin 25-ci çağırışında o, qanunvericilik komitəsinin sədri, siyasi sistem komitəsinin, məhkəmə və idarəetmə, gender bərabərliyi komitəsinin, təhsil, elm, mədəniyyət və idman komitəsinin üzvü olmuşdur. 2013-cü ildən 2017-ci ilə qədər Vuksanoviç Avropa Şurası Parlament Assambleyasında (AŞPA) Monteneqro Parlamentinin nümayəndə heyətinin üzvü olur. Burada hüquq işləri və insan hüquqları komitəsinin üzvü, insan hüquqları alt komitəsinin üzvü, cinayət və terrorizm alt komitəsinin üzvü, mədəniyyət komitəsinin üzvü olmuşdur. 2016-cı ildə Monteneqroda keçirilən parlament seçkilərinin nəticələrindən sonra 26-cı çağırış Monteneqro məclisinin deputatı seçildir[1]. 2018-ci ilin martında Vuksanoviç qarşıdan gələn prezident seçkilərində iştirak edəcəyini açıqlayır. Sosial-Demokrat Partiyası tərəfindən namizədliyi irəli sürülür və daha sonra Demos partiyası tərəfindən dəstəklənir. Bununla da Monteneqro tarixində prezidentliyə namizəd olan ilk qadın olur[2]. Vuksanoviç 8,2 % səs toplayaraq seçkidə üçüncü yeri tutur[3]. 29 iyun 2019-cu ildə Vuksanoviç Monteneqro Sosial-Demokrat Partiyasının sədri seçilir. Nəticədə o dövrdə Monteneqro siyasi partiyasına rəhbərlik edən yeganə qadın olur[4].

  1. 1 2 "Draginja Vuksanović — SDP Crna Gora". 2021-04-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-05-29.
  2. Vuksanović poručila da neće odustati od kandidature Arxivləşdirilib 2018-04-14 at the Wayback Machine, Vijesti
  3. "Джуканович заявив про перемогу на президентських виборах у Чорногорії (аудіо) Новини Українське радіо". www.nrcu.gov.ua (ukrayna). 2019-07-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-04-06.
  4. "Draginja Vuksanović Stanković od danas na čelu SDP-a". 2021-04-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-05-29.