Dreyer Karl Teodor (3.2.1889, Kopenhagen - 20.3.1968, Kopenhagen) - Danimarka rejissoru, ssenarist, Danimarka kinematoqrafiyasının yaradıcılarından biri. Avropanın ən tanınmış kinematoqraflarından biri [1]. 1908-ci ildən jurnalist işləmişdir.
Dreyer Karl Teodor | |
---|---|
Carl Theodor Dreyer | |
Doğum tarixi | |
Doğum yeri | Kopenhagen, Danimarka |
Vəfat tarixi | (79 yaşında) |
Vəfat yeri | Kopenhagen, Danimarka |
Vəfat səbəbi | ağciyər iltihabı |
Vətəndaşlığı | Danimarka |
Fəaliyyəti | Kinorejissor |
Fəaliyyət illəri | 1919-1964 |
Üzvlüyü | |
Mükafatları | Qızıl Şir, Venesiya Film Festivalı (1955) |
IMDb | ID0003433 |
carlthdreyer.dk | |
Vikianbarda əlaqəli mediafayllar |
Dreyer Ensa Kristiana Torpanın nigahdan kənar uşağı idi. Ensa fermer idi və uşağın anası yanında işləyən Yozefina Bernardina Nilson idi. Yozefina abort zamanı ölmüşdür. İlk iki ilini uşaq sığınacaqda yaşamış, daha sonra ciddi lüteran ailəsi, tipoqraf olan Karl Teodor Dreyerin yanında böyümüşdür. Məhs Dreyer Karl Teodor adını da onu şərəfinə almışdır.
16 yaşında Dreyer yüksək qiymətlərlə klassik qimnaziyanı başa vurmuşdur. Daha sonra qəyyumlarını (himayəçiləri) tərk edərək jurnalistlika ilə məşğul olaraq pul qazanmışdır. Dreyer əsasən liberal nəşriyyat olan «Politiken» ilə əməkdaşlıq etmişdir..
1912-ci ildən Kopenhagendəki “Nordisk Film” studiyasında titrlər müəllifi, montajçı, ssenarist olmuşdur [2]. Bu illərdə onun ssenarisi ilə 22 film çəkilmişdir [3]. “Prezident” (1919) filmi Dreyerin rejissor debütüdür. “İblisin kitabından səhifələr” (1920), “Keşişin dul arvadı” (1920), “Yaxınlarını sev” (1921), “Mixael” (1924), “Arvadına hörmət et” (1925) filmlərini çəkmişdir.
Dreyerin “Janna d’Arkın əzabları” (1927) filmi dünya kinematoqrafiyasının ən yaxşı filmlərindən biri hesab edilmişdir. Kommersiya kinosunun əleyhinə olan Dreyer ilk səsli “Vampir” filmindən sonra uzun müddət işsiz qalmışdı. 1943-cü ildə kinoya qayıtmış və “Qəzəb günü” filmini (X.Virs-Ensenin “Peterin qızı Anna” pyesi üzrə) çəkmişdir. “Söz” (1955; K.Munkun eyniadlı pyesi üzrə; Venesiya Beynəlxalq kinofestivalının baş mükafatı), “Gertruda” (1965; Y.Söderberqin eyniadlı pyesi üzrə) filmlərində Dreyer yaradıcılığının əsas mövzusu getdikcə dini-mistik məna kəsb etməyə başlamışdır. O, Danimarka sənədli kinematoqrafiyasının inkişafına böyük töhfələr vermişdir: “Analara kömək” (1942), “Danimarkanın kənd kilsələri” (1947), “Torvaldsen” (1949), “Storström körpüsü” (1950), “Qəsr içində qəsr “ (1954). Rej. Y.Rosun “Şekspir və Kronborq” (1950), “Rene və Neskenin yenidən qurulması” (1954) filmlərinin ssenari müəllifidir.
Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. ISBN 978-9952-441-00-0.