Duşanka Sifnios (serb. Душанка Сифниос,[5] 15 oktyabr 1933 - 14 oktyabr 2016) ən məşhur və beynəlxalq səviyyədə müvəffəqiyyətli serb balerinalarından biri olaraq qəbul edilən serbiyalı balerina və xoreoqrafdır.[6]
Duşanka Sifnios | |
---|---|
Doğum tarixi | 15 oktyabr 1933[1][2] |
Doğum yeri | |
Vəfat tarixi | 14 oktyabr 2016[3][2] (82 yaşında) |
Vəfat yeri | |
Fəaliyyəti | balerina, xoreoqraf |
15 oktyabr 1933-cü ildə Skopye şəhərində anadan olmuşdur. 1953-cü ildə Belqrad Balet Liseyini bitirib, Nina Kirsanovanın sinifində oxumuşdur. Gimnaziyada təhsil alarkən, 1951-ci ildə Belqradda Milli Teatr qrupunun üzvü oldu. Gənc balerinanın istedadı fərqləndi və tezliklə solist və sonra Milli Teatrın əsas rəqqasəsinə çevrildi.[7][8]
Onun erkən çıxışları Yugoslaviya xoreoqrafı Dimitri Parlik tərəfindən səhnələşdirilmişdir və bura "Orfey"də Evridika, "Romeo və Cülyetta"da Cülyetta daxil idi. Bu dövrdə ən müvəffəqiyyətli iki rolu, Adolf Adan tərəfindən Jizel, Béla Bartók tərəfindən "The Miraculous Mandarin" qız obrazı idi. O Jizel rolunu Belqrad Milli Teatrında 177 dəfə ifa etmişdi və bir çox Avropa şəhərlərini gəzmişdi: Venesiya, Edinburq, Vyana, Wiesbaden, Florensiya, Roma, Zürih, Berlin və Paris. O, Jizel rolu ilə Moskvanın Böyük Teatrında çıxış edərək böyük bir müvəffəqiyyətə imza atmışdı. 1958-ci ildə, Duşanka Sifnios Parisə köçdü və 1959-cu ildə Milorad Mišković və sonra Leonid Myasin qrupunun üzvü oldu. 1960-cı ildə Roma şəhərində Moris Bejartın diqqətini cəlb etdi və onun 20-ci əsr Baleti qrupunun üzvü olmuşdur. Béjart, xüsusilə onun üçün, Moris Ravelin Boléro xoreoqrafiyasını hazırladı, hansı ki müasir baletin şah əsərlərindən sayılır. Bejara qrupunun əsas rəqqası kimi, Avropa (Fransa, Almaniya, Polşa, İtaliya, İspaniya, Böyük Britaniya, Belçika), Afrika (Tunis), Asiya (İsrail, Livan) və Latın Amerikası (Meksika, Argentina, Kuba) ölkələrinə qostrollara getmişdir. Duşanka Sifnios 47 yaşında təqaüdə çıxdı. Xoreoqrafiya tədrisi ilə məşğul olub, 2013-cü ildə "Beleške slavne balerine" adlı tərcümeyi-halını nəşr etdi. O, uzun bir xəstəlikdən sonra 2016-cı il oktyabrın 14-də Brüsseldə öldü. Serbiya Madlenianum Opera salonunda onun adı verilmişdir.[9]