Dunay buzlaşması — Dördüncü dövrdə baş vermiş buzlaşma. Buzlaşma Pleystosen epoxasının əvvəlində başlamış, Pliosenin sonu bitmişdir (1,5 —1,8 milyon il əvvəl )[1]. Bu buzlaşma Albrext Penkin Alplarda baş vermiş dörd ənənəvi buzlaşma sxeminə daxil deyil. İlk dəfə bu buzlaşmanı alman geoloq Bartele Eberlem 1928-ci ildə[2] ayırmış və Dunay çayının şərəfinə adlandırmışdır[3]. Dunay buzlaşması Alp dağlarının \n qədim qədim buzlaşmalarından biri hesab olunur[2]. Bunu təsdiq edən sübutları İller və Lex çaylarının bölgəsində aşkar edilmişdir. Dunay buzlaşması Biber-dunay istinmə epoxasından sonra, Dunay-güns istinmə epoxasından əvvəl baş vermiş.
Dunay buzlaşması müstəqil buzlaşma kimi ayrılmazdan öncə tədqiqatçılar tərəfindən Minedl buzlaşmasının tərkibinə daxil edilirdi. Dunay buzlaşmasını Biber və Güns buzlaşmalarından ayıraraq formalaşdırmışlar. Bu ayrılma əsasən zandrların analizi nəticəsində baş vermişdir.
Diğər qədim Alp buzlaşmaları kimi, Dunay buzlaşmasının da yerini tam xarakterizə etmək mümkün deyil. Alp buzlaşması sxemi buna imkan vermir. Habbeyə görə (2007) bu buzlaşmanı Menapium kompleksinə aid etmək mümkündür. Menapium kompleksi holland buzlaşma sxemi hesab olunur. Bu sxem Şimali Almaniyada olan Pinaus buzlaşmasına uyğun gəlir. Ancaq bu fikir hələ təsdiqini tapmayıb. Əyər bu təsdiq olunarsa Dunay buzlaşması MIS 26-28 mərhələli izotop xoronologiyasına[4] əsasən 950 000—1 000 000 il əvvəl baş vermiş[5].
Dunay buzlaşması zamanı ola bilsin ki Alp bölgəsi tamamilə buz qatı ilə örtülmüşdür. Bəzi buzlaşma əraziləri isə dağ ətəyinə qədər gəlib çatmışdır. Müxtəlif vaxt təsnifatına görə, hansı ki, fosillərə əsaslanır, göstərir ki, çınqıl terrasları bir neçə etaplarla formalaşmışdır.[4]
Dunay buzlaşmasının aşağı çınqıl terraslarının qalıqları əsasən aşınmaya məruz qalmış Əhəngdaşları Alplarının çınqıllarından təşkil olunub.