Dyör

Dyör (mac. Győr) — Macarıstanın şimal-qərbində yerləşən, Dyör-Moson-Sopron inzibati bölgəsinin mərkəzi olan şəhər.

Dyör
Győr
Bayraq Gerb
Bayraq Gerb
47°41′03″ şm. e. 17°38′04″ ş. u.HGYO
Ölkə
Tarixi və coğrafiyası
İlk məlumat 1009
Sahəsi
  • 174,62 km²
Mərkəzin hündürlüyü 108 ± 1 m
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 130.191 nəf. (1 yanvar 2024)[1]
Rəsmi dili
Rəqəmsal identifikatorlar
Telefon kodu +36 96
Poçt indeksi 9000–9030
Digər
gyor.hu
Xəritəni göstər/gizlə
Dyör xəritədə
Dyör
Dyör
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
1598-ci ildə Dyör qalasının mühasirəsi

Dunay çayı boyunca uzanan bu ərazidə ilk kütləvi məskunlaşma b.e.ə V əsrə təsadüf edir. Dyörün ilk sakinləri keltlər olmuşdurlar. Onlar bu şəhəri "Ara Bona" (sonralar "Arrabona") yəni "yaxşı qurbangah" adlandırmışdılar. Şəhər VIII əsrə qədər belə adlandırılsa da, almanslovak dillərində günümüzdə də "Arrabona"nın qısaltması "Raab" adından istifadə olunur.

E.ə I əsrdə buraya romalı tacirlər köçmüşdülər. Daha sonra b.e X əsrində Qərbi Macarıstanın şimalı Roma tərəfindən işğal edilərək bu əraziyə Pannoniya adı verildi. V əsrdə slavyanlar daha sonra, lombardlar tərəfindən hücuma məruz qalan şəhərdə VI əsrin sonu ilə IX əsrin əvvəllərində avarlar hökm sürürdü.

Artıq IX əsrdə şəhər macar axınlarına məruz qaldı. İlk Macarıstan kralı I Stefan tərəfindən bu ərazidə yepiskopluq yaradıldı. Şəhərin adı dəyişərək "Dyör" adlandırıldı.

1241–1242-ci ildə monqolların hücumuna məruz qalsa da, 1526-cı ilin Mohaç döyüşündən sonra Habsburq imperiyasının tərkibinə qatılmışdır. 1594-cü ildə osmanlılar tərəfindən ələ keçirilən Dyör qalası yandırılaraq dağıdıldı, bu səbəbdən osmanlı türkcəsində şəhər "Yanıkkale" (Yanıqqala) adını daşıyırdı. 1598-ci ildə Habsburqlar ikinci dəfə bu əraziyə yürüş etdi. 1743-cü ildə Dyörə "Müstəqil Krallıq Şəhəri" statusu verildi. 14 iyul 1809-cu ildə baş verən Raab döyüşündə Avstriya imperiyası burada Napaleonun qoşunları tərəfindən məğlub edildi.

II Dünya müharibəsində şəhərin yəhudi əhalisinin sürgün edilib öldürüldü. Şəhər özü güclü dağıntılara məruz qaldı. 1970-ci ildə şəhər yenidən inşa edildi.[2]

Şəhərin ilkin qalıntısı Dunay, Raba və Rabsa çaylarının birləşdiyi nöqtə- Kaptalan təpəsidir. Püspökvar – Dyör yepiskopunun binası da qədim şəhərin qalıqlarından biridir. Dyörun ən qədim binaları XIII əsrə aid qəsr və XV əsrə aid Qotik Doçi Kafedralıdır. Kafedral ilk olaraq Roman memarlıq üslubunda tikilsə də, sonradan Qotik və Barok tərzində bərpa edilmişdir. Şəhərin digər görməli yerləri aşağıdakılardır :

  • Bələdiyyə binası
  • Karmelit kilsəsi
  • Roma Arxeologiya muzeyi
  • 1978-ci ildə tikintisi başa çatan teatr binası

1996-cı ildə Yuneskonun Ümumdünya irsi siyahısına daxil olan Pannonholma Monastrı[3] Dyörə 20 km məsafədə yerləşir.

  1. Magyarország helységnévtára, Detailed Gazetteer of Hungary (mac.). KSH, 2024.
  2. Sugar, Peter. A History of Hungary. İndiana University Press. 1994.
  3. "Arxivlənmiş surət". 2005-11-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-12-12.