Bekeşçaba (slovak. Békešská Čaba, alm. Tschabe, rum. Bichişciaba) — Macarıstanın cənubunda, Bekeş əyalətində yerləşən şəhər.
Bekeşçaba | |
---|---|
Békéscsaba | |
46°41′ şm. e. 21°05′ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Sahəsi |
|
Mərkəzin hündürlüyü | 89 ± 0 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Rəqəmsal identifikatorlar | |
Telefon kodu | +36 66 |
Poçt indeksi | 5600 |
Digər | |
bekescsaba.hu | |
Vikianbarda əlaqəli mediafayllar |
2001-ci ilin göstəricilərinə əsasən, şəhərin ümumi sahəsi 19,394 km² təşkil edir.
Bekeşçaba ərazisində ilkin məskunlaşma qədim dövrlərdən başlamışdır. Dəmir dövründə ərazidə öncə skiflər, keltlər, daha sonra isə hunlar məskunlaşdılar. Macarıstan zəfərindən sonra ərazidə bir sıra kiçik kəndlər salındı.
Orta əsrlərin macar kəndi olan Çabo 13-cü əsrdə formalaşmışdır[2] və onun haqqında ilkin məlumatlar 1330-cu illərə aiddir. Çabo ilə birlikdə digər 8 kənd də indiki Bekeşçaba şəhərinin ərazisində yerləşirdi. Türklər Macarıstanın cənub və mərkəzi hissələrini işğal etdikdə ərazi Osmanlı İmperiyasının bir hissəsi oldu. 17-ci əsrdə şəhər Türklərə qarşı mübarizə apararkən tamamilə dağıdıldı.
1715-ci ildə Çabo haqqında sahibsiz yer kimi bəhs edilirdi, lakin bir il sonra onun adı vergi ödəyən şəhərlərə aid bir sənəddə qeyd edilmişdir. Güman olunur ki, şəhər Cohan Qreqori Harrukkern tərəfindən təsis edilmişdir. Cohan Türklərə qarşı aparılna mübarizədə üstünlük qazanaraq Bekeş vilayətini satın aldı. 1847-ci ildə şəhər 22 min əhali sayı ilə Macarıstanın iyirmi ən böyük şəhərlərindən biri idi. Buna baxmayaraq, Çabo palçıqlı küçələri və köhnə təmirli evləri ilə kəndə bənzəyirdi.
1858-ci ildə şəhərdə dəmiryolu stansiyası yaradıldı. Yeni evlər, fabriklər tikildi. Şəhər zənginləşməyə başladı. 19-cu əsrin sonunda işsizlik hələ də böyük bir gərginliyə səbəb olurdu. 1891-ci ildə şəhərdə baş verən üsyan Rumıniya ordusunun köməyi ilə yatırıldı. Qəsəbənin ən önəmli şəxslərindən biri kənd partiyasının banisi olan Andras Laxim idi.
Bekeşçaba şəhərinin demoqrafiyası | |||||||||||||
İl | Əhali | Macarlar | Slovaklar | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
1880 | 32,616 | 6,250 (19.2%) | 24,073 (73.8%) | ||||||||||
1890 | 34,243 | 7,728 (22.6%) | 25,917 (75.7%) | ||||||||||
1900 | 37,547 | 9,501 (25.3%) | 27,488 (73.2%) | ||||||||||
1910 | 42,599 | 13,271 (31.2%) | 28,682 (67.3%) | ||||||||||
1920 | 46,633 | 21,407 (45.9%) | 24,710 (53%) | ||||||||||
1930 | 49,374 | 30,054 (60.9%) | 18,931 (38.4%) | ||||||||||
1941 | 52,404 | 35,258 (67.3%) | 16,781 (32%) | ||||||||||
1949 | 45,892 | 44,328 (96.6%) | 1,254 (2.7%) | ||||||||||
1960 | 50,212 | 47,840 (95.3%) | 2,170 (4.3%) | ||||||||||
1980 | 67,225 | 66,388 (98.8%) | 679 (1%) | ||||||||||
2001 | 67,968 | 63,782 (93.8%) | 4,078 (6%) | ||||||||||
2011 | 62,050 | 51,842 (83.5%) | 1,881 (3%) | ||||||||||
Bekeşçaba aşağıdakı şəhərlər ilə qardaşlaşmışdır: