Nyiredxaza

Niredxaza (mac. Nyíregyháza) — şimal-şərqi Macarıstanın və Sabolç-Satmar-Bereq vilayətinin paytaxt şəhəri. Əhalisinin sayı 118 min nəfər olan şəhər Macarıstanın 7-ci böyük şəhəridir. Bundan başqa Şimali Macarıstanın və Böyük Macar Oylağının ən əhəmiyyətli şəhərlərindəndir. Niredxaza XVIII əsrdən günümüzə həm iqtisadi, həm də mədəni baxımdan inkişaf etməkdədir.

Nyiredxaza
Nyíregyháza
Bayraq Gerb
Bayraq Gerb
47°57′ şm. e. 21°43′ ş. u.
Ölkə
Tarixi və coğrafiyası
İlk məlumat 1209
Sahəsi
Mərkəzin hündürlüyü 116 ± 1 m
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 115.711 nəf. (1 yanvar 2023)[2]
Rəqəmsal identifikatorlar
Telefon kodu +36 42
Poçt indeksi 4400
Digər
nyiregyhaza.hu
Xəritəni göstər/gizlə
Nyiredxaza xəritədə
Nyiredxaza
Nyiredxaza
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Coğrafi mövqeyi

[redaktə | mənbəni redaktə et]

Niredxaza Macarıstanın şimalında, Saboç-Satmar-Bereq əyalətində yerləşir. Şəhər əyalətin kənd təsərrüfatı mərkəzi sayılır. Niredxazanın sərhədləri çox genişdir, belə ki, ətraf kəndlər də şəhərə daxildir. Şəhər 4, 41, 36 və 38-ci nəqliyyat qovşaqlarının birləşdiyi nöqtədə yerləşdiyi üçün buraya səyahət etmək olduqca asandır. Bundan başqa Aşağı- KarpatTransilvaniyaya gedən nəqliyyat yolları da məhz Niredxazadan keçir[3].

Niredxazanın şəhər mərkəzi

Şəhər haqqında ilk yazılı məlumat 1209-cu ilə təsadüf edir. O zamanlar Niredxaza qısaca "Nir" yəni ağacqayın adlandırılırdı. Sonralar şəhər böyüdükcə Nired adlanmağa başladı. 1326-cı ilə aid bir sənəddə şəhərdə kilsə olduğu barədə məlumat verilir və güman edilir ki, onun indiki adı macar dilində kilsə mənasında işlədilən "edxaz" (mac. egyház) sözünün əlavə edilməsi ilə yaranmışdır. XV əsrin ortalarında burada 400-ə yaxın sakin yaşayırdı. Lakin, XVI əsrdə Osmanlı hücumları nəticəsində şəhər tamamilə dağılıdılmış və əhalisi tələf edilmişdi. Burada yenidən məskunlaşma 1630–1640-cı illərə təsadüf edir. II Ferens Rakoçinin apardığı müstəqillik mübarizəsindən sonra əhalinin sayında yüksəliş yaşanmışdır. Yeni sakinlər əsasən Bikeşçaba bölgəsindən gələn slovaklar idi. 1786-cı ildə Niredxazaya ildə 4 dəfə "bazar günləri" təşkil etmək hüququ verildi. Bu hadisə nəticəsində şəhər sakinlərinin sayı 7500 — ə çatdı. Artıq XIX əsrin əvvəllərində Niredxaza ölkənin ən zəngin şəhərlərindən biri idi. Bu illər ərzində şəhərdə yeni bələdiyyə binası, bir neçə məktəb, xəstəxana və restoran fəaliyyət göstərirdi. 1848–1849-cu illərdə baş verən Macar inqilabı və müstəqillik savaşında Niredxaza əhəmiyyətli rol oynayırdı. 1858-ci ildə yeni nəqliyyat yolları, teleqraf və teatr binası da daxil olmaqla bir neçə yeni bina istifadəyə verildi. 1911-ci ildə isə dəmiryollarının inşası başa çatdırıldı. I Dünya müharibəsi zamanı şəhər 6 ay müddətinə Rumınyanın işğalına məruz qalmışdı. II Dünya müharibəsində burada yaşayan 6 min yəhudi köçürülmüş, 2 min yəhudi Rusiyaya, işçi düşərgələrinə sürgün edilmiş, bir neçə əhəmiyyətli bina dağıdılmışdı. 2004-cü ildə holokost qurbanlarının xatirəsinə abidə inşa edilmişdir. Niredxaza şəhəri günümüzdə Macarıstanın əsas elm və turizm mərkəzlərindən biridir.

  1. (unspecified title). Hungarian Central Statistical Office.
  2. Magyarország helységnévtára, Detailed Gazetteer of Hungary (mac.). KSH, 2023.
  3. "Arxivlənmiş surət". 2022-08-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-12-12.