Kapoşvar

Kapoşvar (mac. Kaposvár, alm. Kopisch, Ruppertsberg, Ruppertsburg‎) — Macarıstanın Şomod medyesinin paytaxtı. Şəhər Budapeştin 186 km cənub-qərbində və Kapoş çayının sahilində yerləşir.

Kapoşvar
Kaposvár
Bayraq Gerb
Bayraq Gerb
46°22′ şm. e. 17°47′ ş. u.HGYO
Ölkə
Tarixi və coğrafiyası
Sahəsi
Mərkəzin hündürlüyü 153 m
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 58.830 nəf. (1 yanvar 2024)[2]
Rəsmi dili
Rəqəmsal identifikatorlar
Telefon kodu +36 82
Poçt indeksi 7400
Digər
kaposvar.hu
Xəritəni göstər/gizlə
Kapoşvar xəritədə
Kapoşvar
Kapoşvar
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Əfsanəyə görə, şəhər Roma kimi yeddi təpə üzərində qurulmuşdur. Bu ərazidə e.ə. 5000-ci illərdən etibarən məskunlaşma başladı. Təxminən e.ə. 400-cü illərdə keltlər burada məskunlaşdılar.

Şəhər haqqında ilk dəfə 1009-cu ildə tapılan Peçin piskoposlara aid əlyazmalarında Kapoş kimi bəhs edilir. 13-cü əsrdə çayın bataqlığının üzərində qala inşa edildi. Qəsəbə 1555-ci ildə Budin bəylərbəyi Toyqun Paşanın əmri ilə ordu tərəfindən beş günlük mühasirə altında qaldıqdan sonra Osmanlılar tərəfindən işğal edildi. 1686-cı ildə Avstriya qüvvələri tərəfindən işğal olunana qədər Osmanlı İmperiyasının tərkibində qaldı. Qəsəbə 1690-cı ildə Esterhazi ailəsinin mülkiyyəti oldu. Qala 1702-ci ildə I Leopoldun əmri ilə məhv edildi. 1712-ci ildə Kapoşvar qəsəbəsi yenidən inşa edildi və ailələrin qəsəbəyə yerləşdirilməsi prosesi başlandı. 1800-cü illərdə Budapeştlə Zaqreb arasındakı dəmiryol xətti sayəsində əhəmiyyətli dərəcədə inkişaf etdi. 1894-cü ildə şəkər zavodu inşa edildi. 1942-ci ildə şəhər statusu aldı. 1950-ci illərdən etibarən meydana gələn sənayeləşmə prosesindən sonra ərazinin nüfuzu artdı. Kapoşvar Universiteti 1 yanvar 2000-ci ildə inşa edilmişdir.

Beynəlxalq əlaqələri

[redaktə | mənbəni redaktə et]

Qardaşlaşmış şəhərlər

[redaktə | mənbəni redaktə et]

Kapoşvar aşağıdakı şəhərlər ilə qardaşlaşmışdır:

Əməkdaşlıq etdiyi şəhərlər

[redaktə | mənbəni redaktə et]

Əməkdaşlıq etdiyi şəhərlər:

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]