EA Digital Illusions CE AB

EA Digital Illusions CE AB (EA DICE; əvvəllər Digital Illusions HBDigital Illusions CE AB) — Stokholm-əsaslı İsveç videooyun istehsalı şirkəti. "DICE" 1992-ci ildə təsis edilmişdir və 2006-cı ildən bəri "Electronic Arts" şirkətinin filialıdır. İstehsal etdiyi videooyunlar arasında "Battlefield" seriyası, "Mirror's Edge", "Star Wars Battlefront" və "Star Wars Battlefront II" var. Buna əlavə olaraq, şirkət "Frostbite" mühərrikinin yaradıcıdır.

EA Digital Illusions CE AB
Ümumi məlumatlar
Tipi Filial
Sənaye Videooyun sənayesi
Məhsulları
Təsis tarixi 1992 (32 il əvvəl) (1992)[1]
Baş qərargahın yeri
İqtisadi göstəriciləri
Ümumi kapital 127.000 milyon kron[2] (2016)
Ümumi aktivlər 468.531 milyon kron[2] (2016)
Ümumi gəliri 1,176.949 milyon kron[2] (2016)
Xalis mənfəəti 65.584 milyon kron[2] (2016)
Əməliyyat mənfəəti 86.899 milyon kron[2] (2016)
Struktur
İşçi sayı 640 (2016)
Ana şirkət Electronic Arts (2006–h.h.)
Rəhbərlik
Təsisçilər
dice.se
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

"DICE" şirkəti "Digital Illusions" adıyla 1992-ci ilin may ayında İsveçin Vekşö şəhərində dörd nəfər – Ulf Mandorf, Olaf Qustavson, Fredrik Liliqren və Andreas Akselson tərəfindən təsis edilmişdir.[1] Onlar The Silents (azərb. Səssizlər‎) adlı bir demoqrupun keçmiş üzvləri idilər.[3][4]

Şirkətin işçiləri Vekşö Universitetinin tələbələri olduğu dövrdə şirkətin qərargahı və ofisi kiçik bir yataqxanada yerləşirdi. Onlar Amiga kompüterləri üçün "Pinball Dreams", "Pinball Fantasies" və "Pinball Illusions" kimi məşhur pinbol oyunları hazırlayırdılar. 1994-cü ildə şirkət Göteborq şəhərinə köçmüşdür. Onlar 2005-ci ilə qədər burada yerləşmişdilər. Həmin il "DICE" şirkətinin baş ofisi Stokholm şəhərində yerləşən "Refraction Games" ilə birləşmişdi.[5]

1998-ci ildə şirkət İsveçin fond birjasına daxil olmuşdur. "DICE" 1999-cu ildə "Codename Eagle" adlı bir oyun hazırlamışdır. Bu oyunun az diqqət cəlb etməsinə baxmayaraq, oyunun davamı olan "Battlefield 1942" şirkət üçün inqilabi bir videooyun olmuşdur. "Battlefield" seriyasının məşhurluğu şirkətin 2004-cü ildə 55 milyon ABŞ dolları dəyərində olması ilə nəticələnmişdir.[6]

2000-ci ilin yanvar ayında "DICE" "Refraction Games" şirkətini satın almışdır. Buna əlavə olaraq, onlar "Synergenix Interactive" şirkətinin 90%-ni satın almışdır. Şirkət bir il sonra, 2001-ci ilin mart ayında baş ofisi Kanadanın Ontario şəhərində yerləşən "Sandbox Studios" studiyasını satın almışdır.

Electronic Arts

[redaktə | mənbəni redaktə et]

2004-cü ilin noyabr ayında videooyun nəşrçisi olan "Electronic Arts" "DICE" şirkətinin hər bir səhminə 61 İsveç kronu ödəyəcəyini açıqlamışdır.[7] 31 mart 2005-ci ildə "Electronic Arts" "DICE" şirkətinin 62%-nə sahib idi.[8]

2 oktyabr 2006-cı ildə "Electronic Arts" "DICE" şirkətinin bütün səhmlərini (2 milyon 600 min səhm) 175 milyon 500 min İsveç kronuna (23 milyon ABŞ dolları) satın almışdır.[8] "DICE" şirkətinin adı "EA Digital Illusions CE" olaraq dəyişdirilmiş, Baş Direktor Patrik Söderlund isə "EA" Studiya Baş Meneceri olmuşdur.[9] Fredrik Liliqren rəhbərliyindəki "DICE Canada" "Electronic Arts"ın şirkəti satın almasından dərhal sonra bağlanmışdır.[10]

2013-cü ilin may ayında şirkətin filialı olan "DICE Los Angeles" açılmışdır. "DICE LA" "Medal of Honor: Warfighter" videooyununun kommersial müvəffəqiyyətsizliyindən sonra bağlanan "Danger Close Games" studiyasının ofisində açılmışdır. Həmin studiyanın bir neçə işçisi "DICE LA" ofisinə göndərilmişdir.[11] "DICE Los Angeles" studiyası "Battlefield 4" videooyununun istehsalında "DICE Stockholm" ilə birgə işləmişdir.[12]

İl Ad Platforma(lar) Qeyd
1992 Pinball Dreams Amiga, MS-DOS, SNES
Pinball Fantasies Amiga, MS-DOS, SNES, 3DO
1994 Amiganoid Amiga
Benefactor
Hardcore Amiga, Sega Genesis Tam hazırlanıb, ancaq satışa çıxarılmayıb.
1995 Pinball Illusions Amiga, MS-DOS
1997 True Pinball PlayStation, Sega Saturn
S40 Racing Microsoft Windows
1998 Motorhead Microsoft Windows, PlayStation
1999 Swedish Touring Car Championship Microsoft Windows
2000 Swedish Touring Car Championship 2
Test Drive Rally Nintendo 64, PlayStation Ləğv edilib.
Rally Masters Microsoft Windows
Riding Champion: Legacy of Rosemond Hill
NASCAR Heat PlayStation "Monster Games" şirkəti ilə birlikdə.
2001 Matchbox Emergency Patrol Microsoft Windows
JumpStart Wildlife Safari Field Trip PlayStation
JumpStart Dino Adventure Field Trip Game Boy Color
Diva Starz: Mall Mania
Shrek Xbox, GameCube
2002 Rallisport Challenge Microsoft Windows, Xbox
Pryzm: Chapter One — The Dark Unicorn PlayStation 2
Battlefield 1942 Microsoft Windows, OS X
Shrek Extra Large GameCube
The Land Before Time: Big Water Adventure PlayStation
V8 Challenge Microsoft Windows
2003 Battlefield 1942: The Road to Rome Microsoft Windows, OS X Battlefield 1942 üçün genişləndirmə paketi.
Midtown Madness 3 Xbox
Battlefield 1942: Secret Weapons of WWII Microsoft Windows, OS X Battlefield 1942 üçün genişləndirmə paketi.
2004 Battlefield Vietnam Microsoft Windows
Rallisport Challenge 2 Xbox
2005 Battlefield 2 Microsoft Windows
Battlefield 2: Special Forces Microsoft Windows Battlefield 2 üçün genişləndirmə paketi.
Battlefield 2: Modern Combat PlayStation 2, Xbox, Xbox 360
2006 Battlefield 2142 Microsoft Windows, OS X
2008 Battlefield: Bad Company PlayStation 3, Xbox 360
Mirror's Edge Microsoft Windows, PlayStation 3, Xbox 360, iOS
2009 Battlefield Heroes Microsoft Windows "Easy Studios" şirkəti ilə birlikdə.
Battlefield 1943 Xbox 360, PlayStation 3
2010 Battlefield: Bad Company 2 iOS, Microsoft Windows, PlayStation 3, Xbox 360
Need for Speed: Hot Pursuit Android, iOS, Microsoft Windows, PlayStation 3, Wii, Windows Phone, Xbox 360 "Criterion Games" şirkəti ilə birlikdə.
Battlefield Online Microsoft Windows "Neowiz Games" şirkəti ilə birlikdə.
Medal of Honor Microsoft Windows, PlayStation 3, Xbox 360 Oyunun çoxnəfərli rejim askeptini hazırladı.
2011 Battlefield Play4Free Microsoft Windows "Easy Studios" şirkəti ilə birlikdə.
Battlefield 3 iOS, Microsoft Windows, PlayStation 3, Xbox 360
2013 Battlefield 4 Microsoft Windows, PlayStation 3, PlayStation 4, Xbox 360, Xbox One
2015 Battlefield Hardline "Visceral Games" şirkəti ilə birlikdə.
Star Wars Battlefront Microsoft Windows, PlayStation 4, Xbox One
2016 Mirror's Edge Catalyst
Battlefield 1
2017 Star Wars Battlefront II[13] "Criterion Games" və "Motive Studios" şirkətləri ilə birlikdə.
2018 Battlefield V
  1. 1 2 "Article Series: Part 1 Home of Digital Illusions" (şimali sami). PCgaming.nu. 23 oktyabr 2013 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14 avqust 2018.
  2. 1 2 3 4 5 "Bokslut & Nyckeltal - EA Digital Illusions CE AB" (şimali sami). allabolag.se. 22 yanvar 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14 avqust 2018.
  3. "The Silents (TSL)". Amiga Music Preservation. 13 noyabr 2008 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14 avqust 2018.
  4. Uhr, Bobiç. "4Sceners: Digital Illusions". 4Players.de. 18 yanvar 2007. 26 fevral 2009 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 avqust 2018.
  5. "Digital Illusions". dosgamesarchive.com. 5 iyul 2009 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 avqust 2018.
  6. "The Game That Started the Battlefield Series". Kotaku. 25 oktyabr 2011. 27 oktyabr 2011 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 avqust 2018.
  7. Brundin, Sverker. "Electronic Arts köper Digital Illusions" [Electronic Arts purchases Digital Illusions]. Computer Sweden (isveç). IDG.se. 15 noyabr 2004. 21 iyul 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14 avqust 2018.
  8. 1 2 Torsen, Tor. "EA rolls DICE for $23 million" (ingilis). Gamespot. 2 oktyabr 2006. 2 noyabr 2013 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14 avqust 2018.
  9. "EA Officially Picks Up DICE". Edge. 2 oktyabr 2006. 9 may 2012 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14 avqust 2018.
  10. Boyer, Brandon. "EA Closes DICE Canada Offices". Gamasutra. 5 oktyabr 2006. 19 oktyabr 2006 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14 avqust 2018.
  11. Yin-Poole, Wesley. "Star Wars: Battlefront is "DICE's interpretation of what Battlefront should be"". Eurogamer. 13 iyun 2015. 15 may 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14 avqust 2018.
  12. Hanzqard, Yens; Ledel, Yohann. "EA Opening New Los Angeles Game Studio". The Wall Street Journal. 15 may 2013. 18 may 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14 avqust 2018.
  13. "Your First Look at STAR WARS Battlefront II Is Coming at STAR WARS Celebration". ea.com. 29 mart 2017. 13 aprel 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14 aprel 2018.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]