Ekoloji Analitik İnformasiya Agentliyi ECORES (ing.ECORES - Information Analytic Environment Agency) - Azərbaycanda ilk müstəqil ekoloji informasiya təşkilatı (1995).
ECORES - Ekoloji Analitik İnformasiya Agentliyi ECORES
ECORES Agentliyi Azərbaycanda ilk müstəqil ekoloji informasiya təşkilatıdır 1995-ci ildə təsis edilmişdir. ECORES qeyri-kommersiya, qeyri-hökumət ekoloji təşkilatıdır. Təşkilat Azərbaycanda ekoloji vəziyyətin təhlili ilə məşğul olur və əsas məqsədi ictimaiyyəti ətraf mühit və ölkənin resursları barədə məlumatlandırmaqdır. Onun missiyası ümumi ictimaiyyətin məlumatlılığını artırmaqla Azərbaycanın ətraf mühitini qorumaqdır.
Ətraf mühitin yaxşılaşdırılması, real ekoloji vəziyyət, ölkənin resursları, inkişaf etmiş dünyada ekoloji problemlərin həlli təcrübəsi və Azərbaycanda ən yaxşı beynəlxalq təcrübənin tətbiqi məqsədlərinə nail olunması ECORES təşkilatının əsas məqsədidir.
ECORES-in ekoloji sektorda gördüyü işlərin Azərbaycanda texniki imkanların inkişafı üçün unikal və çox qiymətli olduğuna inanırıq". (UNDP Ətraf Mühit Məsləhətçisi Zeyne pOzgen, 1996)
"Bu QHT Azərbaycanda ən sürətlidir və ekoloji problemlərlə üzləşən bu ölkədə ətraf mühit məsələlərində çalışan az sayda QHT-lər arasında sayılır".
(ISAR-Azərbaycan Region direktoru, Craig McCook, 1998)
"Sahil problemləri və Azərbaycanda kritik ehtiyaclar", 1997-ci il, Alton Tobias Straub, Oxford Universiteti Doktorluq dissertasiyası (Böyük Britaniya)
"ECORES Azərbaycanın ən böyük və ən güclü ekoloji QHT-si halına gəldi."