Edinburq Napier Universiteti

Edinburq Napier Universiteti (şot. Oilthigh Napier Dhùn Èideann) — Şotlandiyanın Edinburq şəhərində yerləşən dövlət universiteti. Universitetdə 19,500-dən çox tələbə təhsil alır.[1] 2018-ci ilin göstəricilərinə görə universitetdə Avropa İttifaqı daxil olmaqla dünyanın 140-dan çox ölkəsindən təxminən 9500 xarici tələbə təhsil alırdı.[2]

Edinburq Napier Universiteti
Xəritə
55°55′22″ şm. e. 3°13′40″ q. u.HGYO
Əsası qoyulub 1965
Tələbə sayı 17.000
Ölkə
Sayt napier.ac.uk
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

1964-cü ildə Napier Texniki Kolleci kimi yaradılmışdır. XVI-cı əsrdə yaşamış şotland riyaziyyatçısı və ilahiyyatçısı, loqarifmlərin ixtiraçısı Con Napierin şərəfinə adlandırılmışdır.

Kollec 1986-cı ildə Napier Texnik İnstitutu adlandırıldı. 1992-ci ilin iyununda qurum rəsmi olaraq Edinburq Napier Universiteti adı aldı.

Edinburq Napier Universiteti iki dəfə Kraliçanın Yubiley Mükafatına layiq görülüb.[3]

Universitetin şüarı Nisi sapientia frustra — "Bilik olmadan hər şey əbəsdir" mənasını verir.[4] Edinburq Şəhər Şurasının devizi Nisi Dominus frustra — "Rəbb olmadan hər şey əbəsdir" şuarıyla uyğun gəlir[5]

Universitet Merçiston, Kraiglokhart və Sighthill — üç əsas kampusu ətrafında yerləşir.

Merçiston kampusu

[redaktə | mənbəni redaktə et]
Merçiston Kampusunun mərkəzindəki Merçiston qalası

Merçiston kampusunda İncəsənət və Yaradıcı sənayelər, Hesablama, Mühəndislik və Süni Ətraf Mühit məktəbləri yerləşir. Kampus universitetin adını daşıyan Con Napierin ailə evi olan Merçiston qalasının ətrafında tikilib. Merçiston Qalası hazırda milli əhəmiyyətinə görə Şotlandiyada "Kateqoriya A" siyahısında olan binadır.[6]

Kampusda həmçinin inteqral sxemin və portativ kalkulyatorların ixtiraçısının adını daşıyan 500 yerlik, 24 saat işləyən Cek Kilbi Hesablama Mərkəzi var. Tələbələr üçün şəraitə kompüter oyunları laboratoriyası, peşəkar musiqi studiyaları və 2016-cı ildə acılan yayım jurnalistikası xəbər otağı daxildir.[7]

Edinburq Napier Tələbələr birliyi (ENTB) Merçiston kampusunda yerləşir.[8]

Sighthill kampusu

[redaktə | mənbəni redaktə et]
Edinburq Napier Universitetinin Sighthill kampusu

Sighthill kampusu 2011-ci ilin yanvarında Sağlamlıq və Sosial Baxım məktəbi və Tətbiqi Elmlər məktəbinin tələbələri üçün açılıb. Kampusa beş mərtəbəli tədris resurs mərkəzi, klinik laboratoriyalar da daxil olmaqla 25 xüsusi sinif otağı, 3 İT mühazirə zalı və seminar otaqları, klinik təcrübə otaqları daxildir. Kampus davamlı layihədə mükəmməlliyə görə BREEAM Excellence sertifikatına nail olmuşdur.

Sighthill kampusunda həm də biomexanika laboratoriyası və müxtəlif iqlim şəraitini kontrol etmək üçün idarə olunan temperatur və rütubət səviyyələri ilə yüksək hündürlük şəraitini yarada bilən ətraf mühit kamerası olan yeni idman kompleksi yerləşir. 2016-cı ildən Sighthill idman zalı Şotlandiyanın SRU Fosroc Reqbi Akademiyasına ev sahibliyi eləyir.[9]

Kraiglokhart kampusu

[redaktə | mənbəni redaktə et]
Edinburq Napier Universitetinin Kraiglokhart kampusu

Kraiglokhart kampusunda Biznes Məktəbi yerləşir. Bura əvvəl Kraiglokhart Hərbi Xəstəxanası kimi tanınırdı. Kraiglokhart kampusunda Hərbi Xəstəxanada müalicə olunan tanınmış şəxslərin və tibb işçilərinin fotoşəkilləri, yazıları, filmləri və xatirə əşyaları nümayiş etdirilir. Sərgi həmçinin seçilmiş müasir şairlərin əsərləri əsasında Müharibə Şairləri Kolleksiyasını təqdim edir. Sərgi rəsmi olaraq 11 noyabr 2005-ci ildə BBC-nin Dünya Məsələləri üzrə müxbiri Allan Little tərəfindən açılmışdır.[10]

Kampusda hüquq və biznes kursları keçirilir. Kraiglokhart kampusu 2004-cü ildə əsaslı şəkildə təmir edilmiş və genişləndirilmişdir. Bura iki mühazirə otağı, linqafon otağı, kompüter qurğuları və geniş kitabxana daxildir

Təşkilatı və idarəetməsi

[redaktə | mənbəni redaktə et]

Edinburq Napier Universiteti 5 ixtisaslaşdırılmış məktəbdən ibarətdir:

  • Tətbiqi Elmlər məktəbi
  • İncəsənət və Yaradıcı Sənayelər məktəbi
  • Biznes məktəbi
  • Hesablama, Mühəndislik və Süni Ətraf Mühit məktəbi
  • Sağlamlıq və Sosial yardım məktəbi

Akademik strukturu

[redaktə | mənbəni redaktə et]

QS Stars Beynəlxalq Universitet reytinqinə görə, Edinburq Napier Universiteti tədris, beynəlmiləlləşmə və işə qəbul üçün beş ulduzla qiymətləndirilib.[11] Birləşmiş Krallıqlar universitetlərinin reytinqinə görə 2021-də Edinburq Napier Universiteti Şotlandiyanın ən yaxşı müasir universiteti seçilmişdir.[12] 2020-ci il Milli Tələbə Sorğusu isə Edinburqda tələbə razılığına görə bir nömrəli universitet olaraq sıralanıb.[13]

2017-ci ildə The Guardian University Guide tərəfindən keçirilən sorğuya görə universitet tələbə dəyərini və tədrisini artıran universitet kimi Birləşmiş Krallıqlarda birinci sırada yerləşdirdi.[14] Bu xal tələbələrin qəbuldan məzuniyyətə qədər izlənilməsi və onların yekun dərəcələrinin qəbul ixtisasları ilə müqayisəsi ilə hesablanır.[15]

Edinburg Napier universiteti mühəndislik, kompüter elmləri, tibb, elm, biznes, meşə təsərrüfatınəqliyyat kimi fənlər təklif edir. Həmçinin burada kino, nəşriyyat, musiqi, aktyorluq, qrafik dizaynda daxil olmaqla bir sıra yaradıcı kurslar keçirilir.

Edinburq Napier Universiteti elm üçün gördüyü işlərə görə 2 dəfə 2009[16] və 2015-ci illərdə[17] Ali və Əlavə Təhsil üzrə Kraliçanın Yubiley Mükafatını qazanmış və Beynəlxalq mükafata layiq görülmüş qurumdur.

Tədqiqat və biliklərin ötürülməsi

[redaktə | mənbəni redaktə et]

Edinburq Napier Universiteti geniş tədqiqat mərkəzləri və institutlarına malikdir.

  • Davamlı İnşaat İnstitutu[18]
  • Nəqliyyat Tədqiqat İnstitutu[19]
  • Paylanmış Hesablama, Şəbəkə və Təhlükəsizlik Mərkəzi[20]
  • Şotlandiyanın Dağ Velosipedi Mərkəzi[21]
  • Şotlandiya Kitab Mərkəzi[22]

14 Şotlandiya universiteti arasında əməkdaşlığı olan Şotlandiya Polis Araşdırmaları İnstitutu (SIPR) hazırda Edinburq Napier Universitetində yerləşir.[23]

2018-ci ilin sentyabr ayından Edinburq Napier Universiteti kriptoqrafiyablokçeyn texnologiyası üzrə ixtisaslaşan tədqiqat laboratoriyası olan Blockpass Identity Lab (BIL) nı işə salmaq üçün blokçeyn əsaslı öz müstəqil şəxsi protokolu olan Blockpass ilə əməkdaşlıq edir.[24] Laboratoriyanın məqsədi müxtəlif blokçeyn tətbiqlərinin inkişafına səbəb olmaqdır.[25]

Beynəlxalq təhsil

[redaktə | mənbəni redaktə et]

Universitet bütün dünyada ali təhsil müəssisələri ilə işləyir və Honq Konqda Birləşmiş Krallıqların ən böyük ali təhsil təminatçısıdır. Hazırda aşağıdakı ölkələrin qurumlarıyla əməkdaşlıq edir:

  1. "Arxivlənmiş surət". 2024-02-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-02-14.
  2. "Arxivlənmiş surət". 2024-02-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-02-14.
  3. "Napier University honoured with Queen's Anniversary Prize". www.edinburghnews.scotsman.com. 25 February 2016. 2016-10-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-10-28.
  4. https://web.archive.org/web/20090207090358/http://www.napier.ac.uk/aboutus/history/Documents/CampusHistory.pdf#page=28
  5. "Arxivlənmiş surət". 2019-05-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-02-14.
  6. "Arxivlənmiş surət". 2023-08-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-02-15.
  7. "TV star back at university for grilling from students". STV News. 15 February 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 19 October 2023.
  8. "Where is ENSA based?". Edinburgh Napier Students' Association (ENSA). 4 October 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 19 October 2023.
  9. "BT Sport Scottish Rugby Academy | Scottish Rugby Union". www.scottishrugby.org. 28 October 2016 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-10-28.
  10. "Arxivlənmiş surət". 2023-08-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-02-14.
  11. "Edinburgh Napier University". Top Universities. 16 July 2015. 2018-01-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-10-28.
  12. "Edinburgh Napier soars through the rankings". Napier (English). 2020-11-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-02-01.
  13. "Edinburgh Napier is top in the capital for student satisfaction". Napier (English). 2020-09-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-02-01.
  14. "University guide 2017: Edinburgh Napier University". The Guardian (ingilis). 24 May 2015. ISSN 0261-3077. 2016-10-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-10-28.
  15. Hiely-Rayner, Matt. "Methodology behind the Guardian University Guide 2017". The Guardian (ingilis). 23 May 2016. ISSN 0261-3077. 2016-10-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-10-28.
  16. "Arxivlənmiş surət". 2022-12-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-02-15.
  17. "Arxivlənmiş surət". 2023-12-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-02-15.
  18. [ttps://www.napier.ac.uk/research-and-innovation/research-search/centres/institute-for-sustainable-construction "Arxivlənmiş surət"]. 2023-08-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-02-16.
  19. "Arxivlənmiş surət". 2024-02-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-02-16.
  20. "Arxivlənmiş surət". 2024-02-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-02-16.
  21. "Arxivlənmiş surət". 2024-02-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-02-16.
  22. "Arxivlənmiş surət". 2024-02-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-02-16.
  23. "Arxivlənmiş surət". 2024-02-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-02-16.
  24. "New research lab explores latest blockchain technology". Edinburgh Napier University. 2021-11-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-02-16.
  25. "Arxivlənmiş surət". 2023-12-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-02-16.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]