Edmond Lanqli (ing. Edmund of Langley) (5 iyun 1341 – 1 avqust 1402) — İngiltərə kralı III Eduardın və xanımı Enolu Filipanın həyatda qalan dördüncü oğlu. Orta əsrlər dövrünə xas ənənəyə görə, o da doğulduğu Lanqli sarayının adını ləqəb olaraq aldı. O, York ailəsinin banisi idi ancaq bu ailənin İngiltərə taxtındakı iddiası Edmondun kiçik oğlu Riçardın, qardaşı Lionelin nəticəsi Anna Mortimerlə evlənməsi ilə başladı. Bu ailənin Gül müharibəsindəki rəqibi olan Lankasterlər də yenə Edmondun digər qardaşı Gentli Conun şəcərəsindən gəlməkdə idi.
Edmond Lanqli | |
---|---|
ing. Edmund of Langley | |
6 avqust 1385 – 1 avqust 1402 | |
Əvvəlki | - |
Sonrakı | Yorklu Eduard |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 5 iyun 1341 |
Vəfat tarixi | 1 avqust 1402 (61 yaşında) |
Fəaliyyəti | siyasətçi |
Atası | III Eduard[1] |
Həyat yoldaşları | |
Uşaqları | |
Ailəsi | York sülaləsi |
Hərbi xidmət | |
Döyüşlər | |
Vikianbarda əlaqəli mediafayllar |