Edvard Asryan

Edvard Edisoni Asryan (erm. Էդվարդ Էդիսոնի Ասրյան; 22 may 1977, Azıx, Hadrut rayonu) — Ermənistan hərbçisi, Ermənistan Silahlı Qüvvələrinin general-leytenantı, 14 iyul 2022-ci ildən Ermənistan Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi,[1][2] müdafiə nazirinin birinci müavini.

Edvard Asryan
Şəxsi məlumatlar
Doğum tarixi 22 may 1977(1977-05-22) (47 yaş)
Doğum yeri
Vətəndaşlığı
Təhsili
  • Xankəndi Pedaqoji İnstitutu[d]
Hərbi fəaliyyəti
Mənsubiyyəti Ermənistan
Rütbəsi general-mayor
Təltifləri "Döyüş xidmətlərinə görə" medalı

Edvard Edisoni Asryan (22 may 1977-ci il tarixində Azərbaycan SSR-nin Martuni rayonuna bağlı Azıx kəndində anadan olmuşdur.[3] 1994–1999-cu illərdə Xankəndi Dövlət Universitetində təhsil almışdır. 2004–2006 Rusiya Federasiyası Silahlı Qüvvələri Akademiyasında hərbi təhsil əldə etmişdir. 2018-ci ildə Rusiya Silahlı Qüvvələrinin Hərbi Akademiyasının üç aylıq kurslarını, 2021-ci Rusiya Silahlı Qüvvələrinin Hərbi Akademiyasının başqa kurslarını bitirmişdir.

Hərbi karyerası

[redaktə | mənbəni redaktə et]

1994-cü ildən Ermənistan Silahlı Qüvvələrində müxtəlif rəhbər vəzifələrdə çalışmışdır. 2015–2017-ci illərdə müdafiə naziri Vazgen Sarkisyan adına hərbi universitetin rəis müavini, daha sonra isə fakültə rəhbəri vəzifələrini icra etmişdir. 2017-ci ildə Ermənistan Silahlı Qüvvələri Baş Qərargahının Əməliyyat İdarəsinin rəis müavini təyin edilmişdir. 2019-cu ildə Ermənistan Silahlı Qüvvələri Baş Qərargahının Baş Əməliyyat İdarəsinin rəisi təyin edilmişdir.[4][5]

30 oktyabr 2020-ci ildə Ermənistan Prezidenti Vaaqn Xaçaturyanın fərmanı ilə ona general-mayor hərbi rütbəsi verilmişdir. 5 iyul 2023-cü ildə Ermənistan Prezidentinin fərmanı ilə Edvard Arsyana general-leytenant hərbi rütbəsi verilmişdir.[6]

21 may 2021-ci ildə general-mayor Edvard Asryan Baş Qərargahın Əməliyyat Baş İdarəsinin rəisi – Baş Qərargah rəisinin müavini vəzifəsinə təyin edilmiş, həmin il 27 sentyabrda isə o vəzifədən azad edilmişdir.[7] 14 iyul 2022-ci ildə Ermənistan Prezidentinin fərmanı ilə Edvard Asryan beş il müddətinə Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargahının rəisi təyin edilmişdir.[4][5]

21 yanvar 2013-cü ildə Ordu Günü münasibətilə "Döyüş xidmətinə görə" medalı təltif edilmişdir.[8]

  1. content. "ՀՀ նախագահի հրամանագրով Էդվարդ Ասրյանը նշանակվել է ՀՀ ԶՈՒ ԳՇ պետ". mil.am. İstifadə tarixi: 2022-07-15.
  2. "Հանրապետության նախագահի հրամանագրերը - Փաստաթղթեր - Հայաստանի Հանրապետության Նախագահ". president.am. İstifadə tarixi: 2022-07-15.
  3. "Հայտարարագրերի ռեեստր - ՀՀ Կոռուպցիայի կանխարգելման հանձնաժողով". cpcarmenia.am. İstifadə tarixi: 2022-07-15.
  4. 1 2 "Էդվարդ Ասրյանը նշանակվել է ԶՈՒ Գլխավոր շտաբի պետ". news.am. İstifadə tarixi: 2022-07-15.
  5. 1 2 "Էդվարդ Ասրյանը նշանակվել է Զինված ուժերի գլխավոր շտաբի պետ". «Ազատ Եվրոպա/Ազատություն» ռադիոկայան. İstifadə tarixi: 2022-07-15.
  6. "Հանրապետության նախագահի հրամանագրերը - Փաստաթղթեր - Հայաստանի Հանրապետության Նախագահ". president.am. İstifadə tarixi: 2022-07-15.
  7. "Էդվարդ Ասրյանը նշանակվել է ՀՀ զինված ուժերի գլխավոր շտաբի պետ". Hetq.am. İstifadə tarixi: 2022-07-15.
  8. "Հանրապետության նախագահի հրամանագրերը - Փաստաթղթեր - Հայաստանի Հանրապետության Նախագահ". president.am. İstifadə tarixi: 2022-07-15.