Eker-ool Keçil-ool (tuvaca: Экер-оол Түлүшевич Кечил-оол , d. 1 dekabr 1934 – 9 mart 2000) – tuvalı şair, yazıçı və tərcüməçi.[1]
Eker-ool Keçil-ool | |
---|---|
Кечил-оол, Экер-оол Дулушович | |
Doğum tarixi | |
Doğum yeri |
|
Vəfat tarixi | (65 yaşında) |
Vəfat yeri | Tıva |
Milliyyəti | Tuva türkü |
Fəaliyyəti | şair, yazıçı |
Əsərlərinin dili | Tuva dili |
İlk əsəri | Çeçekterim (1967) |
Keçil-ool 1934-cü ilin 1 dekabr tarixində Tuvanın Uluq-Hem bölgəsinin Ak-Hemə bağlı Ak-Kojagar kəndində anadan olmuşdur. Çaa-Höldə 7 illik orta təhsil müəssisəsini, sonra da Kızıl şəhərindəki Müəllim Məktəbini, ardıyca da, Kızıl şəhərindəki Müəllimlik İnistitutunu bitirmişdir. Süt-Höl bölgəsinin məktəblərində müəllimlik etmişdir. Tuva gəncləri mənasına gələn "Tuvanın anıyaktarı" qəzetində müxbirlik etmiş, həqiqət mənasına gələn "Şın" qəzetində ədəbi yazıları ilə məşhurlaşmışdır. İlk kitabı çiçəklərim mənasına gələn "Çeçekterim" adı ilə şerlər antologiyası 1967-ci ildə əşr edilmişdir. Bu əsər 1993-cü ildə təkrar nəşr edilmişdir. Sonrakı illərdə "Deerde pakusta" (1970), "Çarış adın munqanım" (1973), "Höglüg çay" (1975), rusca nəşr edilən "Ujar tıvızık" (1977), "Meen olçam" (1981), "Ekii, hünüm!" (1983), "Devideen ada" (1998) adlı kitabları nəşr edilmişdir. Bir çox rus müəllifin əsərlərini Tuva dilinə tərcümə etmişdir. SSRİ tərəfindən və Tuva Muxtar Sovet Sosialist Respubliaksı tərəfindən də bir neçə yazısına görə, mükafatlandırılmışdır.[2][3]
2000-ci ilin 9 mart günündə vəfat etmişdir.[4]